Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Naxçıvan iqtisadiyyatı türkdilli ölkələr üçün cəlbediciliyi ilə seçilir

Naxçıvan iqtisadiyyatı türkdilli ölkələr üçün cəlbediciliyi ilə seçilir

07.10.2009 [10:22]

Türkdilli dövlətlərin sərmayəçiləri Muxtar Respublikanın iqtisadi potensialından yararlanmaq imkanlarına malikdirlər
Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü və yeni yaradılan Əməkdaşlıq Şurası dövlətlərin siyasi-iqtisadi birliyinin möhkəmlənməsinə və onlar arasında sıx inteqrasiyanın daha da dərinləşməsinə səbəb olacaq. Bu tədbir türkdilli dövlətlərin bütün sahələrdə, o cümlədən, iqtisadiyyat, ticarət, maliyyə, turizm və digər bölmələrdə əməkdaşlığı üçün yeni imkanlar açır. Yeni əməkdaşlıq layihələrində iştirak etməklə onlar dünya müstəvisində güclü iqtisadiyyata malik olmalarını, siyasi qüdrətlərini, dünyanın enerji resursları ilə təmin olunmasında mühüm rol oynadıqlarını təsdiq etmiş olacaqlar.
Zirvə görüşünün Azərbaycanın ən qədim və geostrateji baxımdan mühüm bölgələrindən birində - Naxçıvanda keçirilməsi isə bir sıra siyasi-iqtisadi məqamları özündə ehtiva etmiş olur. Belə ki, Naxçıvan Muxtar Respublikası (MR) Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın digər bölgələri ilə, xüsusilə də, paytaxtla hava nəqliyyatı istisna olmaqla nəqliyyat-kommunikasiya əlaqələrindən təcrid olunmuş vəziyyətə düşüb. MR blokada şəraitində olsa da, quruculuq və inkişaf meyilləri hər il dinamikliyin yüksəlməsinə səbəb olub. Amma buna baxmayaraq, Muxtar Respublikanın nəqliyyat imkanlarının məhdud olması xarici bazarlara çıxışına, digər layihələrin həyata keçirilməsinə təsir göstərir. Xüsusilə də, MR-in əlverişli geocoğrafi mövqeyi onun turizm imkanlarını genişləndirir. Həmin resurslardan və əlverişli potensialından istifadə üçün xarici investorların bu bölgəyə cəlb edilməsini təşviq etmək olduqca vacibdir. Türkdilli dövlətlərin Naxçıvanın iqtisadi resurslarından faydalanması daha çox onların sərmayədar kimi imkanlarının artmasına səbəb ola bilər. Qeyd edək ki, MR iqtisadiyyatına son illərdə xarici investisiyaların qoyuluşunda artım hiss olunur. Son 5 ildə Naxçıvana 1 milyard dollardan artıq sərmayə yatırılıb. İnkişaf tempinə görə, Muxtar Respublika digər regionlar içərisində ilk yerdə dayanır. Son illərdə türkiyəli sərmayədarlarla yanaşı, İran, Latviya, Almaniya və digər ölkələrdən olan investorların da bu bölgəyə marağı artıb.
Göründüyü kimi, türkdilli dövlətlərin sıx inteqrasiyası təkcə bu ölkələr arasında iqtisadi tellərin möhkəmlənməsinə və sərmayə qoyuluşlarının həcminin artmasına deyil, eyni zamanda, həmin dövlətlərin vilayətləri və bölgələri arasında qarşılıqlı inteqrasiyanın, investisiya layihələrinin gerçəkləşməsinə təkan verəcək. Zirvə görüşünün Naxçıvanda keçirilməsi isə türkdilli dövlətlərin MR-in iqtisadi və turizm potensialı ilə daha yaxından tanış olması, iqtisadiyyatın müxtəlif sektorlarına kapital yatırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Türkdilli ölkələrin dövlət başçılarının Muxtar Respublikanın bir sıra obyektlərində, o cümlədən, bütün regionda ən məşhur turizm və sanatoriya mərkəzi kimi tanınan “Duzdağ”da olması bu bölgəyə marağın daha da artması üçün stimul verir.
Onu da qeyd edək ki, hazırda Naxçıvanda əsas sərmayəçi kimi Türkiyə dövləti diqqəti cəlb edir. Qardaş ölkə bu bölgədə ən mühüm layihələri gerçəkləşdirib. ötən il Prezident İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda görüşü zamanı MR-də layihələrin miqyasının artırılması qərara alınıb və Naxçıvanda energetika, maşınqayırma, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı, xidmət və digər sahələrdə təmsil olunan türk iş adamlarının yeni layihələrə cəlb olunmasının zəruriliyi vurğulanıb. Muxtar Respublikanın inkişafını nəzərdə tutan nəqliyyat və enerji layihələrinin gerçəkləşdirilməsi həmin danışıqlarda başlıca mövzulardan olub. Qars-Naxçıvan dəmiryolunun, Ərzurum-Naxçıvan qaz kəmərinin çəkilişi və Naxçıvan-İstanbul aviareysinin açılması da bu layihələrin əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, iki ay əvvəl MR-də İğdır-Naxçıvan qaz kəmərinin tikilməsi ilə bağlı razılaşmanın əldə olunması bu bölgənin tranzit məkanına çevrilməsinə səbəb olacaq. Yeni İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi iqtisadi mahiyyəti ilə yanaşı, siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Bu addım, Azərbaycan hökumətinin İğdır-Naxçıvan qaz kəmərinin işə düşməsi ilə Naxçıvanı blokadadan çıxartmaq istiqamətində siyasətinin təntənəsi kimi də qiymətləndirilə bilər. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti Naxçıvanın iqtisadi blokadada qalmasına səbəb olub. Amma Muxtar Respublikanın zəngin iqtisadi resursları və əlverişli iqtisadiyyatı qonşu ölkələrin marağının artmasına səbəb olub və Naxçıvanla sıx əlaqələrin qurulması MR-in inkişafına yol açıb. Son illər həm qardaş Türkiyə, həm də qonşu İranla Naxçıvan arasında iqtisadi təmasların dərinləşməsi Muxtar Respublikanın sabit və dinamik inkişafı üçün əhəmiyyətli zəmin yaradıb. 92 kilometr uzunluğunda İğdır-Naxçıvan elektrik xəttinin çəkilməsi, Naxçıvana elektrik enerjisinin verilməsi, nəqliyyat magistrallarının birləşdirilməsi, sərnişin avtobusu və hava reyslərinin açılması, nəqliyyat xidmətlərinin genişləndirilməsi, eləcə də, Türkiyə-Asiya-Avropa fiberoptik kabel magistralının Naxçıvanı əhatə etməsi Muxtar Respublikanın iqtisadi yüksəlişinə səbəb olmaqdadır.
Türkiyə ilə bərabər, Naxçıvan iqtisadiyyatı ilə yaxından tanış olan digər türkdilli dövlətlərin liderləri öz ölkələrinin sərmayəçilərin Muxtar Respublikanın iqtisadiyyatının potensial imkanlarından daha səmərəli istifadəyə təşviq etməyə səy göstərəcəklər. Bu, MR-in iqtisadi inkişafı ilə bərabər, xarici ölkələrlə sıx inteqrasiyasını da sürətləndirəcək. Qeyd edək ki, bu gün MR-in istehsal etdiyi 35 növdə sənaye məhsulları xarici ölkələrə ixrac olunur. Hazırda ixrac potensialının inkişaf etdirilməsi və istehsal olunan məhsulların xarici ölkələrin bazarlarına çıxarılması, həmin ölkələrlə qarşılıqlı inteqrasiyanın təşviqi Muxtar Respublikada həyata keçirilən siyasətin əsas məzmununu təşkil edir.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1113 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31