Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

30.08.2018 [08:56]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Zurab Pataradze fəxri qarovul dəstəsinin qarşısından keçib.
Zurab Pataradze etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstanın fəal əməkdaşlığı nəticəsində həyata keçirilən bir sıra mühüm qlobal layihələrin təkcə bölgə üçün deyil, daha geniş məkanda böyük önəm daşıdığını deyib. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirərək, səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Zurab Pataradze qeyd edib ki, o, dost Azərbaycana səfir vəzifəsinə təyin olunmasından şərəf hissi duyur. Azərbaycanın Gürcüstan üçün mühüm strateji tərəfdaş olduğunu vurğulayan Zurab Pataradze iki ölkə arasında qardaşlıq münasibətlərinin daim möhkəmlənəcəyinə əminliyini ifadə edib. Səfir fəaliyyəti dövründə siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini bildirib.

Paylaş:
Baxılıb: 981 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30