Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hesabat dövründə Azərbaycanda Rus İcmasının fəaliyyəti müsbət qiymətləndirilib

Hesabat dövründə Azərbaycanda Rus İcmasının fəaliyyəti müsbət qiymətləndirilib

07.11.2009 [11:06]

Dünən Bakıda, Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanda Rus İcmasının III qurultayı keçirilib.
Təxminən 68 min üzvü olan icmanın 38 şəhər, rayon və regional qurumunu qurultayda 320 nümayəndə təmsil edib. Azərbaycanda yaşayan rusların sayı isə 160 min nəfərdən çoxdur. Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin qurultayı açaraq, nümayəndələri və qonaqları salamlayıb, tədbirin gündəliyini elan edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
M.Zabelin təbrik məktubuna və icmanın fəaliyyətinə verilən yüksək qiymətə görə Rus İcması adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycanda yaşayan ruslar Onun siyasi xəttini daim  dəstəkləyirlər.
Qurultayda çıxış edən Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata vurğulayıb ki, ruslar Azərbaycanın tamhüquqlu vətəndaşlarıdırlar. çoxmillətlilik Azərbaycanın sərvətidir, Rus İcması bu varlığın bir hissəsidir.
Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin bildirib ki, Azərbaycanda tolerantlıq yüksək səviyyədədir. ölkədə milli azlıqların öz milli mədəni dəyərlərini qorumaq üçün bütün şərait yaradılıb və bu şəraitdən düzgün istifadə etmək çox vacibdir. Azərbaycanda Rus İcması kağız üzərində deyil, reallıqda fəaliyyət göstərir.
Sonra M.Zabelinin Azərbaycanda Rus İcmasının beşillik fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib.
Sədr məruzəsində vurğulayıb ki, rus dilinə kifayət qədər tələbat olan Azərbaycanda rus diasporu rahat və sakit həyat yaşayır, onların heç bir hüququ pozulmur.
M.Zabelin bildirib ki, Azərbaycanda Rus İcması beş il ərzində çox vacib layihələr həyata keçirib. Cənubi Qafqaz dövlətləri nümayəndələrinin regional konfransı, dünyanın 15 ölkəsindən nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş rusiyalı həmvətənlərin yığıncağı, Azərbaycanın ali məktəblərində “Moskva merinin təqaüdü” proqramının həyata keçirilməsi bu qəbildən olan ən mühüm layihələrdəndir. Respublika ictimaiyyəti  Bakı-Xəzəryanı Yeparxiyanın yenidən yaradılmasının 10-cu ildönümünün qeyd edilməsinə böyük maraq və diqqətlə yanaşıb.
Məruzəçi deyib ki, II qurultayın qərarlarını yerinə yetirən Respublika Şurası beynəlxalq qurumlarla əlaqələrini möhkəmləndirib, Azərbaycanın nailiyyətlərini təbliğ edib, rusiyalı həmvətənlər təşkilatlarının beynəlxalq fəaliyyətində yaxından iştirak edib.
Sonra Moskva hökumətinin təmsilçisi Aleksey Yesipenko şəhərin meri Yuri Lujkovun adından beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelina xatirə hədiyyəsi təqdim edib.
Qurultayda təftiş və mandat komissiyalarının hesabatları, rayon bölmələrinin rəhbərlərinin çıxışları dinlənilib. Hesabat dövründə  Azərbaycanda Rus İcmasının fəaliyyəti  müsbət qiymətləndirilib.
Bundan əlavə, qurultayda iqtisadi problemlər müzakirə edilib. Faşizm üzərində Böyük Qələbənin 65 illiyinə hazırlıq da qurultayda əsas məsələlərdən biri olub.
Daha sonra icma sədrini və Respublika Şurasının yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilib. M.Zabelin yekdilliklə yenidən 5 il müddətinə sədr, 25 nəfərdən ibarət Respublika Şurasının üzvləri seçilib. Beləliklə, Respublika Şurasının üzvlərinin sayı 17-dən 25-ə çatdırılıb.
İcmanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, növbəti 5 il müddətinə perspektiv plan təsdiqlənib.
Qurultayda qətnamə, Rusiya Prezidenti Dmitri Medvedevə müraciət qəbul olunub.
Azərbaycanda Rus İcmasının III qurultayı bədii proqramla başa çatıb. Qurultayda Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlar, Rusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və sabiq səfir Vasili İstratov, RF Prezidenti Administrasiyasının, Dövlət Dumasının nümayəndələri, qraf Pyotr Şeremetyev, knyaz Dmitri Romanov və digər xarici qonaqlar iştirak ediblər.

Paylaş:
Baxılıb: 1161 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31