/ / Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
22.11.2019 [10:07]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz. Düşünürəm ki, ölkələrimizi bir-birinə bağlayan məsələlər haqqında danışmaq üçün yaxşı imkandır. Mən şadam ki, münasibətlər çox uğurla inkişaf edir. Əlbəttə, yüksək səviyyədə qarşılıqlı səfərlər bizim əlaqələrimizi möhkəmləndirir. Mən bir neçə dəfə, o cümlədən rəsmi səfərlə sizin ölkənizdə olmuşam. Bolqarıstan prezidentləri dəfələrlə Azərbaycana səfər ediblər. Həmçinin Baş Nazir cənab Borisov da bizim qonağımız olub. Beləliklə, ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur.
Əlbəttə ki, biz energetika sahəsində də əməkdaşlıq edirik. Bolqarıstan Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının işində həmişə yüksək səviyyədə, nazir səviyyəsində iştirak edir. Əminəm ki, ölkələrimizi birləşdirən bu layihə yaxın vaxtda uğurla başa çatdırılacaq. Beləliklə, uzun illər ərzində biz energetika gündəmi ilə bağlı olacağıq. Lakin, həmçinin əmtəə dövriyyəsinin də artırılmasını nəzərdə tuturuq. Düşünürəm ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından sonra ölkələrimizin biznes qurumları bir-biri ilə daha çox əlaqə saxlayacaq və daha sıx əməkdaşlıq edəcəklər.
Gələcək əməkdaşlığın daha bir istiqaməti nəqliyyat sahəsidir. Azərbaycan artıq qonşu ölkələrə və digər dövlətlərə yüklərin Şərq-Qərb marşrutu ilə daşınması üçün tranzit xidmətləri göstərir. Beləliklə, əminəm ki, bu mühüm dəhlizin genişləndirilməsi ilə ölkələrimizdən yük göndərənlər əməkdaşlıq üçün əlavə imkanlar əldə edəcəklər.
Əlbəttə, siz səfər çərçivəsində həm Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq mövzusuna, həm də ictimai asayişin, təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərə toxunacaqsınız. Təcrübə mübadiləsi də böyük əhəmiyyət kəsb edir. Daxili işlər orqanları ictimai asayişin qorunması, vətəndaşların dinc yaşayışının təmin edilməsi üzrə mühüm vəzifəni yerinə yetirirlər. Lakin qeyd etməliyəm ki, artıq uzun illər ərzində həm Bolqarıstanda, həm də Azərbaycanda ictimai-siyasi sabitliyin olduğunu nəzərə alaraq, polis orqanlarının işi sizin bəzi həmkarlarınızın işindən daha azdır. Biz bir sıra inkişaf etmiş ölkələrin polis orqanlarının demək olar ki, hər gün nümayişçilərlə necə davrandığını, onları döydüklərini, öldürdüklərini, xəsarət yetirdiklərini, qaz, su, dəyənəklə, itlərlə qovduqlarını və çox böyük qəddarlıq nümayiş etdirdiklərini televiziyada görürük. Həm də biz bu cür halları dünyanın müxtəlif ölkələrində, müxtəlif regionlarında, o cümlədən ən inkişaf etmiş ölkələrdə görürük. Lakin Azərbaycanda bizi bir məsələ həmişə maraqlandırır, nə üçün insanların hüquqlarının təmininə cavabdeh olan beynəlxalq təşkilatlar bəzən dinc nümayişçilərin qəddarcasına, qeyri-insani dağıdılmasını görərkən susurlar? Azərbaycanda hansısa kiçik epizod baş verdikdə isə, məsələn, təxminən bir ay əvvəl qanunsuz aksiyanın qarşısının heç bir güc tətbiq etmədən alınmasından sonra beynəlxalq təşkilatlar, bəzi ölkələrin Azərbaycandakı səfirləri bəyanatlar verməyə başlayıblar və az qala hökumətimizi ittiham etməyə cəhd ediblər. Bu hal Avropada həm də qurbanlarla, qətllərlə, xəsarətlərlə, nümayişlərin dağıdılması ilə baş verdikdə isə hüquq müdafiə təşkilatları və beynəlxalq strukturlar susurlar. Bu, ikili standartların təzahürüdür və bu ikili standartlar onları nümayiş etdirən həmin təşkilatları nüfuzdan salır. Kimisə hər hansı məsələdə ittiham etmək üçün, ilk növbədə, buna mənəvi haqqın olmalıdır. Bizi isə bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər.
Lakin bir daha demək istəyirəm ki, istər Bolqarıstanda, istərsə də Azərbaycanda ictimai-siyasi sabitlik və asayiş xalqın iradəsi ilə təmin olunur. Sizin ölkəniz mənim dostum cənab Borisovun rəhbərliyi ilə inkişaf və sabitlik yolu ilə irəliləyir. Biz bunu yüksək qiymətləndirir və sizi bütün bu uğurlar münasibətilə təbrik edirik. Beləliklə, mən bizim daxili işlər orqanlarının işinin o qədər də çox olmadığını dedikdə məhz bunu nəzərdə tuturam. Arzu edirəm ki, həmişə sizin işiniz az olsun.
Bir daha xoş gəlmisiniz”.
* * *
Daxili İşlər naziri Mladen Marinov deyib: “Hörmətli cənab Prezident, çox sağ olun. Sizin məni qəbul etməyiniz mənim üçün böyük şərəfdir. İcazə verin, Sizi cənab Baş Nazir Boyko Borisovun adından salamlayım.
Azərbaycan bizim həm energetika sahəsində, həm də gələcək nəqliyyat dəhlizlərinin inkişafında, iqtisadi əlaqələr üzrə və təhlükəsizlik sahəsində strateji tərəfdaşımızdır. Cənub Qaz Dəhlizinin tikintisinin vaxtında başa çatdırılmasına nail olmaq və beləliklə, bir milyard kubmetr qaz tədarükünü təmin etmək bizim üçün çox vacibdir”.
* * *
Prezident İlham Əliyev Bolqarıstanın Baş Naziri Boyko Borisovun salamlarına görə minnətdarlığını bildirib, Onun salamlarını Bolqarıstanın Baş Nazirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17

