Azərbaycan iqtisadiyyatı ən yüksək templə inkişaf edir
16.04.2010 [09:45]
2009-cu ili yüksək iqtisadi artım meyilləri ilə başa vuran Azərbaycan dinamik inkişaf tempini 2010-cu ilin ilk 3 ayında da davam etdirib. Yeni maliyyə ilinin birinci rübündə Respublikamızın iqtisadi-sosial, infrastruktur və investisiya bölmələrində 10 faizə yaxın artım qeydə alınıb. Bütün makroiqtisadi bölmələrdə əhəmiyyətli dərəcədə inkişaf meyilləri nəzərə çarpıb. Bu ilin ilk rübündə Azərbaycan iqtisadiyyatı 5,4 faiz artıb. Sənaye istehsalı 5,6 faiz, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz yüksəlib. Bu dövrdə inflyasiya 3,8 faiz təşkil edib. Eyni zamanda, əhalinin pul gəlirləri və banklara qoyulan əmanətlərin həcmi 30 faizdən çox artıb. ümumilikdə, 2010-cu ilin birinci rübü Respublikamız üçün uğurlu makroiqtisadi göstəricilərin əldə olunması ilə yadda qalıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan edib ki, ötən dövr bir çox dövlətlər üçün ağır sınaq ili olsa da, Azərbaycan iqtisadiyyatı ən yüksək templərlə artıb və iqtisadiyyatımız öz dinamikliyi ilə seçilib. Dövlət başçısı qlobal böhrana baxmayaraq, ölkəmizin hərtərəfli inkişafını davam etdirdiyini vurğulayıb: “Bütün makroiqtisadi göstəricilərimiz bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir. Büdcə xərcləri tam şəkildə təmin edilir. Əlbəttə ki, buna büdcə gəlirləri zəmin yaradır və bu məsələ ilə də bağlı heç bir problem yoxdur. Valyuta ehtiyatlarımız artır. Həm keçən il və həm də bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız artmışdır. Bu gün Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Bu, çox böyük məbləğdir. İstənilən ölkə üçün böyük məbləğdir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil və ölkə iqtisadiyyatına qoyulan sərmayələr də yüksək səviyyədədir, əlbəttə ki, biz gələcəkdə də valyuta ehtiyatlarımızın artımını görəcəyik. çünki əvvəlki illərdə görülən işlər, xüsusilə neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatlarımızı yığaq ki, öz növbəsində həm iqtisadi, həm infrastruktur, həm sosial məsələlərin həlli üçün onlardan istifadə edək və güclü bir maliyyə resursları əldə edək”.
2010-cu ilin birinci rübünün makroiqtisadi göstəriciləri respublikamızda həyata keçirilən siyasi, iqtisadi və sosial islahatların və məqsədyönlü siyasətin uğurlarının davamı kimi qiymətləndirilə bilər. Dünya ölkələrinin əksəriyyətində iki ilə yaxındır ki, davam edən böhran tendensiyasının mənfi fəsadlarını dəf edən Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib. ötən dövr ərzində hökumət iqtisadiyyatın diversifikasiyası ilə bağlı siyasəti dərinləşdirərək inkişafın sürətlənməsinə nail olub.
Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, ticarət qaydalarının və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, investorların hüquq və maraqlarının qorunması, vergi-gömrük və fiskal qanunvericiliyin təkmilləşdirilməsi və digər islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentləridir. Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasətin uğurla icra edildiyini bəyan edib: “Əgər belə olmasaydı, biz bu böhran aylarında özümüzü o qədər arxayın hiss etməzdik. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı. Məhz ona görə biz birinci yeri tutmuşuq ki, iqtisadiyyatımız çoxşaxəlidir, bir sektordan asılı deyildir. Neft-qaz sənayesi, güclü neft-qaz potensialımız, o sektora cəlb edilən investisiyalar, onlardan düzgün istifadə edilməsi bizə imkanlar yaratdı ki, iqtisadiyyatımızı şaxələndirək. Bu gün biz buna nail ola bilmişik və dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 51-ci yerdədir. Bu, çox böyük uğurdur, böyük nəticədir. Əminəm ki, biz bu yüksək yerləri daim əlimizdə saxlayacağıq”.
Təbii ki, iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi neft sektorundan asılılığın minimuma endirilməsinə və innovativ iqtisadiyyata keçidin təmin edilməsinə zəmin yaratmış olur. Şaxələndirmə siyasətinin başlıca tələblərindən olan biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi 2010-2015-ci illərin və sonrakı illərin əsas iqtisadi ssenarilərini təşkil edəcək.
Dövlətin sahibkarlıq sektoruna dəstəyini daha da dərinləşdirməsi 2010-cu ildə iqtisadi siyasətin əsas prioritetlərindən birini təşkil edir və bu sahəyə hərtərəfli dəstəyin göstərilməsi özünü maliyyə təminatında büruzə verməkdədir. Təkcə 2010-cu ilin ilk rübündə ölkə sahibkarlarına 20 milyon manata yaxın güzəştli kreditlər verilib ki, bu da 2009-cu illə müqayisədə 2 dəfə çoxdur. ümumilikdə, ötən 3 ay ərzində 197 sahibkarlıq subyekti kreditlərlə təmin olunub. Sahibkarların uzunmüddətli və ucuz kreditlərin alınmasına çıxış imkanlarının artırılması bu sektorun daha intensiv inkişafına əlavə güclü impuls verəcək.
Qeyd edək ki, dünyada maliyyə böhranının zəifləməsi və artıq bir çox ölkələrin iqtisadiyyatında inkişaf meyillərinin müşahidə olunması ümumilikdə, maliyyə bazarlarının canlanmasına və yanacaq-enerji məhsullarının qiymətlərinin artmasına stimul verib. Bu isə dünya bazarında böyük yanacaq ixracatçısı kimi tanınan Azərbaycanın maliyyə imkanlarının daha da yaxşılaşmasına səbəb olmaqdadır. Kapital resurslarının həcmini artıran Azərbaycan hökuməti valyuta gəlirlərini ilk növbədə, xalqın rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi ilə bağlı davamlı proqramların icrasına yönəldir. Dövlət başçısı bu il respublikamızın maliyyə imkanlarının daha da güclənəcəyinə əminliyini ifadə edib: “Əminəm ki, 2010-cu ilin yekunları da Azərbaycanın imkanlarını daha da genişləndirəcəkdir. Elə etməliyik ki, makroiqtisadi sabitlik qorunub saxlanılsın. Keçən il bu baxımdan çox müsbət il olmuşdur. Hamımız yaxşı xatırlayırıq ki, ondan əvvəlki illərdə inflyasiya ikirəqəmli idi. Bu ilin birinci rübündə 3,8 faizlik inflyasiya müsbət səviyyədədir. Elə etməliyik ki, makroiqtisadi sabitlik təmin olunsun. İstehlak qiymətlərinə nəzarət həmişə güclü olmalıdır. Bu istiqamətdə də çox müsbət addımlar atılmışdır. Həm iqtisadi tədbirlər görülməklə, eyni zamanda, istehlak qiymətlərinə ciddi nəzarət etməklə süni qiymət artımının qarşısının alınması məsələləri daim diqqət mərkəzində olmalıdır ki, Azərbaycan vətəndaşları 2010-cu ildə öz yaşayış səviyyəsini artıra bilsinlər”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01

