Əli Kərimli İrana “lazımi mesajlar” göndərir... - VİDEO
20.10.2021 [17:41]
AXCP sədri Azərbaycandakı İran şəbəkəsinin ifşa olunmasından niyə narahatdır?
AXCP bir aya yaxındır ki, İranın bəzi rəsmi dairələrinin anti-Azərbaycan kampaniyasını özünəməxsus və müəmmalı sükutla izləməkdədir. Yeri gəlmişkən, ölkəmizdə fəaliyyət göstərən ictimai-siyasi təşkilatların, hətta müxalifət partiyalarının belə mütləq əksəriyyəti bu məsələdə milli maraqlardan çıxış etdilər, İranın qərəzli kampaniyasına qarşı vahid mövqedə birləşdilər. Lakin AXCP-də, o cümlədən "Milli şura"da təmsil olunan “siyasətçi”lər İranın səhvini üzünə demək cəsarəti göstərmədilər. Özünü cəmiyyətə hər zaman "vətənpərvər" qiyafədə təqdim etməyə çalışan AXCP sədri Əli Kərimli isə Sevinc Osmanqızının internet televiziyasında səsləndirdiyi fikirlərlə həm özünü ifşa etdi, həm də İrana “lazımi mesajlar” göndərdi...
"Qərbpərəst" Kərimlinin "Şərq manevri"...
Bir neçə il əvvəl din pərdəsi arxasında gizlənmiş bəzi radikal qruplarla bağlı dövlətin keçirdiyi tədbirləri xatırlamaq yerinə düşər. Nardaran hadisələrindən, arxasında İran faktoru dayandığı aşkar görünən radikal qruplaşmanın zərərsizləşdirilməsindən sonra Əli Kərimlinin xüsusi aktivliyi müşahidə olunurdu.
“Kaş ki, İran bunun Azərbaycana qarşı olduğunu deməyəydi"
Bir neçə gün əvvəl isə Ə.Kərimlinin İran ilə Azərbaycan arasındakı mövcud vəziyyətin “təhlilinə” həsr olunmuş açıqlaması AXCP sədrinin əsl niyyətini və İrana göndərdiyi üstüörtülü mesajları gün işığına çıxarır.
AXCP sədri çıxışının əvvəlində İranın Azərbaycanla sərhəd ərazilərində keçirdiyi hərbi təlimlərə haqq qazandırır, bunu onun "suveren haqqı" sayır. Onun düşüncəsinə görə, İranın səhvi yalnız ondadır ki, öz niyyətini gizlətmir və aşkar şəkildə bəyan edir ki, bu təlimlər Azərbaycan-Türkiyə birliyinin regionda güc mərkəzi kimi formalaşmasına qarşı yönəlib. Sitat: "İran kaş sakitcə təlimini keçirəydi, açıq-aşkar bunun Azərbaycana qarşı olduğunu deməyəydi"...
Sual olunur: Əli Kərimli İranın öz məkrli niyyətini açıqlamasından niyə qorxur? Onun bu narahatlığı həm də bu günə qədər üzünə çəkdiyi pərdənin yırtılacağından, maliyyələşdiyi bəzi Qərb dairələrinin ondan üz çevirəcəyindən qaynaqlanır? "Smokinqdən əbaya keçid"in ona sözün həqiqi mənasında baha başa gələcəyindən ehtiyatlanır?
S.Osmanqızına müsahibəsində Azərbaycanda İran şəbəkəsinin bu ölkənin böyük “səyi” nəticəsində yarandığını məmnunluq hissi ilə vurğulayan Əli Kərimli deyib: "Azərbaycanın daxilində müəyyən bir qruplaşma var, müəyyən sayda Azərbaycan vətəndaşları var ki, iranpərəst mövqedən çıxış edirlər. Hətta söhbət Azərbaycanın dövlət maraqlarından gedəndə də, İranın mövqelərini müdafiə edirlər, təəssübkeşlik göstərirlər. Hesab edirəm ki, İran rəsmiləri bu münaqişəni, bu mübahisəni dərinləşdirən zaman bu itkilərini də nəzərə almalıdırlar. Dediyim kimi, uzun illər ərzində onlar səy göstəriblər. Azərbaycanda müəyyən bir şəbəkə qurublar. Özlərinə bağlı olan müəyyən bir şəbəkə var. İstənilən situasiyada İranın mövqeyini müdafiə edən bir şəbəkə var. Onları da pis vəziyyətdə qoyurlar. O adamları pis vəziyyətə salmasınlar”.
Onun “pis vəziyyətə qoyulan” insanların təəssübünü çəkməklə nə demək istədiyi və hansı niyyəti güddüyü maraq doğurur. Görünən isə odur ki, Ə.Kərimli İran şəbəkəsinin Azərbaycanda fəaliyyətinin ifşa olunmasından ciddi narahatdır. Və İrana Azərbaycana qarşı qərəzli siyasətini gizlədib, “saman altından su yeritmək” üsulundan istifadə etməyi məsləhət görür.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

