Azərbaycan Heydər Əliyevsiz qalmışdı...
02.12.2021 [10:34]
Moskva isə intibah dövrünü yaşayırdı
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Ulu Öndərin 2001-ci il Dünya azərbaycanlılarının I qurultayında səsləndirdiyi bu tarixi fikri, yəqin ki, oxucular bu gün də yaxşı xatırlayır. O, bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etdi. Və buna nail oldu!
1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdən xalqımızın həyatında köklü dönüş baş verir. Sovet üsul-idarəsi dönəmində sərt mərkəzləşdirmə siyasəti respublikamız üçün kifayət qədər problemlər yaratmışdı. Bu şəraitdə öz varlığını, dilini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq son dərəcə mürəkkəb xarakter almışdı. Heydər Əliyev bütün bu problemləri ümumdövlət səviyyəsinə qaldırdı və ciddi nailiyyətlərə imza atdı. Məhz Onun fəaliyyəti nəticəsində Azərbaycan qüdrətli sənaye respublikasına, intellektual səviyyəsi bütün müsəlman dünyası və Şərqə nümunə olan diyara çevrildi.
Dövlət idarəçiliyinin xalqın mənafeyinə uyğun olaraq gücləndirilməsi və düşünülmüş milli-mədəni dirçəliş siyasətinin həyata keçirilməsi ilə əlamətdar olan həmin dövr Azərbaycanın ictimai-iqtisadi həyatında böyük canlanmanın, yüksəlişin baş verməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət və digər sahələrdə ciddi nailiyyətlərin əldə edilməsi ilə də yadda qalır. Prezident İlham Əliyev çıxışlarının birində deyirdi: “71 il ərzində biz Sovet İttifaqı tərkibində yaşamışıq. Sovet rejiminin diktəsi altında olan zaman belə Azərbaycanın yeri digər respublikalardan öndə idi. Çünki, məhz 70-ci illərdən sonra Azərbaycanda sürətli inkişaf dövrü başlamışdır. 70-ci illərin sonlarında respublikalar arasında birinci yerə sahib olan Azərbaycan o dövrün iki donor respublikasından birinə çevrilmişdi. Həmin illərdə sənaye potensialımız yaradılmış, xüsusilə neft sənayesi inkişaf etmişdir. O potensial bu gün də bizə böyük dəstəkdir. Kənd təsərrüfatının yüksəlişi, infrastruktur layihələrinin icrası, əlbəttə ki, Azərbaycanın inkişafını təmin edirdi. Ancaq biz müstəqil, azad deyildik və taleyimiz əlimizdə deyildi”.
1982-ci ilin dekabrında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilir. Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü və Sovet İttifaqının rəhbərlərindən biri olarkən SSRİ kimi nəhəng bir ölkənin vacib strateji sahələrinə təyinat aldı. Buraya geniş spektrli problemlərin həlli, xarici siyasətlə bağlı Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya, Latın Amerikası ölkələri ilə məsələlərin həlli daxil idi. Həmçinin həmin dövrdə Heydər Əliyev ölkənin ağır sənaye, nəqliyyat, tikinti, səhiyyə, təhsil, gənclərlə iş kimi mühüm sosial-iqtisadi sahələrinə nəzarət və rəhbərlik edirdi. Kreml Ümummilli Liderə maşınqayırma, yüngül sənaye, nəqliyyat və təhsil kimi ən mühüm sahələrə nəzarət etməyi tapşırır. O, Baykal Amur Magistralının (BAM) tikintisinə, magistral xətt boyunca yüzlərcə stansiyanın, şəhərlərin inşasına rəhbərlik edir. Ulu Öndərin BAM-ın tikintisində oynadığı tarixi rol barədə bir faktı diqqətə çatdıraq. Noyabrın 29-da Rossiya-24 televiziya kanalında Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşü barədə videomaterial yayımlanıb. Görüşdə xüsusi olaraq vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən həmin dövrdə dünyanın ən mürəkkəb tuneli sayılan və xarici ölkə şirkətlərinin inşa edə bilmədiyi Baykal Amur Magistralındakı Severomuyski tuneli uğurla tikilir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisi vüsət götürən magistralın 210 kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edilir və onun ətrafında Ulkan qəsəbəsi salınır. Həmin qəsəbənin salınması isə birbaşa Ulu Öndərin nəzarəti altında həyata keçirilir. Onu da əlavə edək ki, Azərbaycandan ilk inşaat dəstəsi bu ərazilərə 1975-ci ilin əvvəlində gəlir. Azərbaycanlıların da iştirakı ilə tikilən və 209 km uzunluqda olan dəmiryolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılır.
Ulu Öndər Siyasi Büro Üzvü, SSRİ Nazirlər Sovet Sədrinin Birinci müavini olarkən bir çox beynəlxalq qərarların hazırlanması və qəbulunda da fəal iştirak edir. 1985-ci ilin martında Mixail Qorbaçov Sov.İKP MK-nın baş katibi seçilir, həmin ilin aprelində Sov.İKP MK-nın plenumunda “sürətləndirmə” konsepsiyası irəli sürülür, həmin ilin dekabrında “Daşnaksütyun” partiyasının Afinada keçirilən XXIII qurultayında isə “Böyük Ermənistan” uğrunda mübarizə yenidən gündəmə gətirilir. Sov. İKP MK-nın 1987-ci il aprel plenumunda “aşkarlıq” xətti elan edilir, Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosu üzvlüyündən istefa verir. 1988-ci ilin əvvəllərində Qorbaçov SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilir. Ermənistanda azərbaycanlılara qarşı terror aktları güclənir, 1988-ci il yanvarın 19-da “Ermənistanı türklərdən təmizləməli”, “Ermənistan ermənilərin olmalıdır” və digər bu kimi şüarlar altında İrəvanda, Xankəndində mitinqlər keçirilir, Bakıda isə etiraz mitinqləri başlayır. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Xalq deputatları vilayət komitəsi DQMV-nin Azərbaycanin tərkibindən çıxarılaraq Ermənistana verilməsi tələbini irəli sürür. Elə həmin aydan da başlayaraq Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə aparılır, 230 mindən çox azərbaycanlı tarixi yurdlarından kütləvi şəkildə zorla köçürülür. Vaxtilə Stalin və Mikoyanın sayəsində Azərbaycanın Göyçə və Zəngəzur mahallarına, Qərbi Azərbaycanın müəyyən bir hissəsinə sahib çıxan erməni daşnakları indi də Heydər Əliyevin SSRİ miqyasında nüfuzunun artmasına siyasi qısqanclıqla yanaşan, antitürk mövqeli və ermənipərəst Qorbaçovun siyasi dəstəyi ilə türk olmayan Qərbi Azərbaycana, eləcə də Dağlıq Qarabağa yiyələnməkdən ötrü fəal mübarizəyə başlayırlar.
Bu fikri birmənalı söyləmək olar ki, erməni ekstremistləri məhz Heydər Əliyevin mərkəzi komitədən uzaqlaşdırılması sayəsində Qarabağ istiqamətində daha təşkilatlanmış mübarizə aparmağa nail oldular.
Bəs o vaxt Heydər Əliyevsiz qalmış Azərbaycanda nələr yaşanırdı?
O vaxt respublikaya rəhbərlik edən nomenklatura üzvləri reallıqları adekvat qiymətləndirə, xalqı müxtəlif bəlalardan xilas edə bilmədilər. Hakimiyyət böhranından, kommunist rejiminin devriləcəyindən qorxan imperiya 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yanvar qırğınını törətdi. Həmin dövrdə respublikaya rəhbərlik edən qüvvələrin qətiyyətsizliyi və xalqın mənafeyinə zidd siyasəti böyük faciələrə yol açdı. Azərbaycanın bu faciəli durumda yanında duran da, onun haqq səsini dünyaya çatdıran da MK-ya vaxtilə barəsində qalaq-qalaq anonim məktublar yazılmış, lakin ürəyi həmişə Azərbaycanla döyünən Heydər Əliyev oldu. Bu faciədən xəbər tutan Heydər Əliyev təhlükəli bir vəziyyətdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək imperiyanın Azərbaycana qoşun yeritdiyini, demokratiya, suverenlik uğrunda mübarizə aparan və torpaqlarının müdafiəsinə qalxan xalqa silahlı təcavüz olduğunu, dinc, günahsız əhaliyə divan tutulduğunu dünyaya bəyan etdi. Ulu Öndərə qarşı haqsızlıqlar bundan sonra da davam etdi. 20 Yanvar faciəsini xalqa unutduran sovet rejiminin Bakıdakı əlaltıları Heydər Əliyevə təzyiqlər edərək Onun siyasi fəaliyyətə qayıdışını əngəlləməyə çalışdılar. Oxucular, yəqin ki, parlamentdəki müzakirələr zamanı səslənən “reqlament, reqlament” həqarətini unutmayıblar. Mərkəzdən idarə olunan bu təzyiqlərdən yayınmaqdan ötrü Ümummilli Lider Naxçıvana, doğma vətəninə getdi və xalq Onu böyük coşqu ilə qarşılayaraq dəstək durdu. Beləliklə, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndələyində Heydər Əliyevin verdiyi bəyanat Azərbaycanda gedən müstəqillik hərəkatına həlledici təsir göstərdi. Ulu Öndərin hələ 90-cı illərin əvvəllərində start verdiyi milli-azadlıq mübarizəsi, sovet imperiyasının cəza tədbirlərinə açıq etirazı ilə başlayan hərəkat bu gün müstəqil, suveren, beynəlxalq aləmdə ciddi nüfuz sahibi olan, torpaqlarını erməni işğalından azad edən qüdrətli Azərbaycan dövlətinin formalaşmasının başlıca nəticəsi sayılmalıdır.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

