Dövlət və vətəndaş həmrəyliyi, yüksək iqtisadi potensial...
02.08.2022 [10:10]
Yeni sosial-iqtisadi inkişafın təminatıdır
M.FEYİZLİ
Azərbaycan ötən illərdə ardıcıl şəkildə həyata keçirilən iqtisadi məzmunlu islahatlar sayəsində böyük uğurlara imza atıb. Bu uğurlar isə ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açır. Bəs bir sıra mühüm dəyişikliklərlə, yeni reallıqlarla səciyyələnən indiki strateji mərhələdə sosial-iqtisadi inkişaf sahəsində Azərbaycanın prioritetləri nədən ibarət olacaq? Bu mərhələnin keçilməsi ölkəmizi hansı inkişaf səviyyəsinə çatdıracaq? Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bu kimi suallara aydınlıq gətirilib.
Keçilən yol, respublikamızın iqtisadi-maliyyə imkanları, müasir dövrün reallıqları, qlobal çağırışlar nəzərə almaqla hazırlanan sənəddə qarşıdakı strateji mərhələ üçün inkişaf hədəfləri müəyyənləşdirilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sənədin önəmini yüksək dəyərləndirib. Onun sözlərinə görə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın qəbul edilməsi keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün şərait yaradır. “Əsas hədəflərimiz yüksək rifah cəmiyyətinin qurulması, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə inteqrasiyasını, milli iqtisadiyyatın innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsidir”, - deyə M.Cabbarov vurğulayıb. Nazirin bildirdiyi kimi, bu sənəd ölkənin sosial-iqtisadi həyatının bütün aspektlərini əks etdirir.
Yüksək iqtisadi artım hədəfi
Strategiyada qarşıdakı dövr üçün yüksək iqtisadi artım hədəfi müəyyənləşdirilib. Vurğulandığı kimi, yeni sosial-iqtisadi inkişaf modelinin reallaşdırılması üçün ölkədə zəruri iqtisadi resurslar və müasir infrastruktur bazası mövcuddur. Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlılıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Ölkədəki möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik mühiti, uzaqgörən daxili və xarici siyasət son 10 ildə qarşıya qoyulmuş mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə ölkənin ərazi bütövlüyünün bərpa edilməsində həlledici rol oynayıb. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15% böyüyüb, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunub. Qarşıdakı strateji dövrdə yeni sosial-iqtisadi inkişaf modeli əvvəlki dövrlərdə əldə edilmiş nailiyyətlərə əsaslanmaqla reallaşdırılacaq. Beynəlxalq nüfuza malik güclü lider, çətin dövrlərdə yüksək dövlət və vətəndaş həmrəyliyi, yeniliyə açıq və biliyi hər şeydən üstün tutan cəmiyyət, eləcə də uzun illər ərzində formalaşmış yüksək iqtisadi potensial yeni milli sosial-iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin təminatıdır. Sənəddə qeyd olunur ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması hesabına davamlı və yüksək iqtisadi artım təmin olunacaq. Keyfiyyətli məhsul və xidmətlər ixracı hesabına ölkə iqtisadiyyatı qlobal dəyər zəncirinə inteqrasiya ediləcək. Bu məqsədlə daha sağlam və rəqabətli biznes mühiti yaradılacaq, sahibkarlığın inkişafına dövlət geniş dəstək verəcək. Nəticədə, ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artacaq. Özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaq.
Səmərəliliyin və maliyyə təminatının gücləndirilməsi
İqtisadiyyat naziri Mikayıl Cabbarov yuxarıda bəhs olunan açıqlamasında bu və ya digər sahələrdə özəlləşdirmənin həyata keçirilməsinin, biznesin maliyyələşməsi imkanlarının genişləndirilməsinin zəruriliyindən bəhs edib. Həqiqətən də, bu kimi məsələlərin aktuallığı çox böyükdür. Dövlətə məxsus hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin arzuedilən səviyyədə olmaması narahatlıq yaradan məsələdir. Bununla bağlı çoxsaylı müzakirələr aparılsa da, hələlik nəticə qənaətbəxş deyil. Sənəddə vurğulanır ki, yeni strateji mərhələdə dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəliliyi yüksəldiləcək, idarə edilməsi yaxşılaşdırılacaq və şəffaflığı artırılacaq. O cümlədən Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin effektivliyi, maliyyə dayanıqlılığı və rəqabət qabiliyyəti artırılacaq. İqtisadiyyatda dövlətin bilavasitə iştirakı optimallaşdırılacaq, strateji sahələr istisna olmaqla, dövlət mülkiyyətində olan aktivlərin mərhələli şəkildə özəlləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək ki, bu da dövlət resurslarına olan tələbatı və riskləri azaldacaq. Həmçinin özəlləşdirilməsi müəyyən müddət məqsədəuyğun hesab olunmayan təsərrüfat subyektlərinin kommersiyalaşdırılması və ya idarəetməyə verilməsi yolu ilə səmərəlilik göstəricilərinin daha da yaxşılaşmasına nail olunacaq.
Eyni zamanda, qeyri-neft/qaz sektoruna birbaşa xarici investisiya (BXİ) cəlbi təşviq ediləcək, dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasiyası baş verəcək. Strateji sahələr istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərin özəlləşdirilməsi və dövlət-özəl tərəfdaşlıq mexanizmləri ilə iqtisadiyyatın maliyyələşdirilməsi həyata keçiriləcək. Dövlət investisiyalarının effektivliyi artırılacaq, onun özəl investisiyaları stimullaşdırma potensialı yüksəldiləcək. BXİ-ləri prioritet iqtisadi sahələrə yönəltmək üçün yeni mexanizmlər formalaşdırılacaq, investorlarla birbaşa dialoq mexanizmləri tətbiq olunacaq. Beynəlxalq inkişaf institutlarının, xüsusilə özəl sektorun inkişafının maliyyələşməsi üzrə ixtisaslaşan institutların maliyyələşmə potensialından optimal istifadə təmin ediləcək və nəticədə, qeyri-neft/qaz sektoru üzrə BXİ-lərin həcmi illik 10-15% artacaq.
İnnovasiya əsaslı iqtisadiyyat quruculuğu
İnnovasiya əsaslı iqtisadiyyat quruculuğu yeni strateji mərhələdə Azərbaycanın qarşısında duran əsas hədəflər sırasında yer alır. Yeni mərhələdə rəqəmsal texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi üçün normativ hüquqi baza yaradılacaq və bu sahə dövlət tərəfindən tənzimlənəcək. Strategiyada vurğulanır ki, rəqəmsal texnologiyaların inkişafı məqsədilə xüsusi fondlar və inkişaf institutları fəaliyyət göstərəcək, bu əsasda internet, yüksəksürətli mobil internet (5G texnologiyası daxil olmaqla), xüsusilə genişzolaqlı internet xidmətlərinin əhatəsi 95%-ə çatdırılacaq. Aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artacaq, həmçinin yeni iş yerləri yaradılacaq. Dövlətin stimullaşdırıcı dəstəyi ilə bu sahələrin qlobal dəyər zəncirinə dayanıqlı inteqrasiyası təmin olunacaq. Dövlət aqrar sektor, sənaye və xidmət sahələrinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri, turizm və rekreasiya zonaları yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Nəticədə, 2022-2026-cı illərdə kənd təsərrüfatı hər il orta hesabla 4% artacaq. Nəqliyyat sektorunda orta illik artım tempi 5%-i üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 mln. manatdan 2 dəfəyədək artaraq, 450 mln. manata çatacaq.
Son illərdə Azərbaycanda sənayeləşmə sahəsində böyük uğurlara nail olunub. Bütün ölkə üzrə istehsalın təmərküzləşdiyi sənaye zonalarının yaradılması geniş vüsət alıb. Bu sənaye zonalarının rezidentləri dövlət investisiyaları hesabına qurulan infrastrukturdan və vergi güzəştlərindən geniş şəkildə bəhrələnirlər. İnnovativ əsaslı sənaye quruculuğuna verilən hərtərəfli dövlət dəstəyinin nəticəsidir ki, son illərdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeydə alınır. Strategiyaya əsasən müasir sənaye quruculuğu siyasəti yeni mərhələdə də davam etdiriləcək. Sənəddə oxuyuruq: “Qeyri-neft/qaz sənayesi hər il orta hesabla 8,3% artacaq, sənaye zonalarının qeyri-neft/qaz sənaye istehsalında payı 15%, qeyri-neft/qaz sənaye ixracında payı isə 25% olacaqdır. İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10%-dən çox, tikinti sektorunda isə təxminən 3% artım olacaqdır”.
Xarici borcun azaldılması
Qarşıdakı dövrdə dayanıqlı iqtisadi artım üçün ölkədə makroiqtisadi sabitlik və dayanıqlılıq təmin olunacaq, maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi gücləndiriləcək. Strategiyada vurğulanır ki, makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin gücləndirilməsi iqtisadi artımın davamlılığı üçün vacibdir. Ölkənin makroiqtisadi dayanıqlılığı - irihəcmli strateji ehtiyatlarının mövcudluğu milli iqtisadiyyatımızın xarici mühitdəki dəyişikliklərə dayanıqlı olmasını gücləndirəcək. Fiskal sabitlik üçün tənzimləmə çərçivəsi təkmilləşdiriləcək və bu təməl şərtlərlə illik inflyasiya 4±2% intervalında qorunacaq, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft/qaz ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2026-cı ilin sonunadək 17,5% təşkil edəcək, bu şəraitdə Dövlət Neft Fondunun aktivləri dayanıqlı səviyyədə saxlanılacaq. Növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənir.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51

