Zəfər ovqatlı
17.11.2022 [09:58]
Milli Dirçəliş Günü
MÜBARİZ
17 noyabr Azərbaycanın həyatında əlamətdar bir gündür-xalqımız Milli Dirçəliş Gününü qeyd edir. Respublikamız üç onillikdir ki, müstəqillik yolu ilə inamla irəliləyir və böyük uğurlara imza atıb. Bu gün iqtisadi və siyasi müstəqilliyini tam təmin edən Azərbaycan dünya birliyində layiqli yerini tutur, üçrəngli bayrağımız, BMT-nin, digər beynəlxalq təşkilatların önündə dalğalanır, himnimiz dünyanın ən mötəbər salonlarında səslənir. Bütün dünya azərbaycanlıları müstəqil dövlətimizi özlərinə arxa, dayaq sanır və uğurlarımızla qürur duyurlar. XX yüzillikdə ikinci dəfə müstəqilliyə qovuşanadək isə uzun yol keçilib.
Ulu Öndərin yaratdığı iqtisadi və ideoloji zəmin
Müstəqillik üçün zəruri əsaslar, o cümlədən iqtisadi və ideoloji zəmin yaradılmalıdır. Bunsuz nə müstəqilliyi qazanmaq, nə də onu qoruyub saxlamaq mümkün deyil. Azərbaycan üçün belə fundamental əsasları xalqımızın ümummilli lideri Heydər Əliyev yaradıb. Ulu Öndərin respublikamıza rəhbərliyi iki fərqli ideoloji formasiyaya təsadüf edir. Onlardan biri sərt qadağaların, milli məhdudiyyətlərin hökm sürdüyü keçmiş sovet dönəmi, digəri isə müstəqilliyimizin ilk illəridir. Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi onda idi ki, O, hər iki dönəmdə Azərbaycanın müstəqilliyi naminə böyük işlər görməyi bacarmışdır. Birinci mərhələdə Heydər Əliyev keçmiş sovet dönəminin sərt qadağalarına baxmayaraq, xalqımızın özünüdərk hissinin güclənməsi üçün məqsədyönlü fəaliyyət həyata keçirirdi. Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək azərbaycanlı gəncin yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına nail oldu. Həmin kadrlar sonradan müstəqil Azərbaycanın idarə olunmasında fəal iştirak edəcəkdilər. Ulu Öndər keçmiş ittifaqdakı nüfuzundan istifadə edərək bir sıra iqtisadi layihələrin məhz respublikamızda reallaşdırılmasına, o cümlədən neft-maşınqayırma sənayesinin modernləşdirilməsinə, yeni istehsalatların yaradılmasına, aqrar sektorun gəlirli sahələrinin inkişafına nail oldu. Bunlar isə gələcək müstəqil Azərbaycan üçün güclü iqtisadi dayaqlar idi. Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Ulu Öndərin milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.
Ulu Öndərin səpdiyi toxumlar ötən əsrin səksəninci illərinin sonlarından etibarən cücərməyə başladı. Ümummilli Liderin zamanında məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi, mədəni və ideoloji əsaslarına çevrildi. Bu zəngin irsdən kənarda müstəqil Azərbaycanın bugünkü həyatını təsəvvür etmək mümkün deyil.
İş elə gətirdi ki, sonradan Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyinin qorunması missiyasını da Heydər Əliyev yerinə yetirdi. 1993-cü ilin yayında müstəqilliyimizin əldən getməsi təhlükəsi tam real idi. Belə çətin şəraitdə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər atdığı qətiyyətli addımlarla müstəqilliyimizi qorumağa və hadisələri müsbət məcraya yönəltməyə nail oldu.
El gücü, sel gücü!
Sərt qadağalarla, süni təbliğatla idarə olunan keçmiş ittifaqın nə vaxtsa süqutu labüd idi. Onilliklər boyunca gizli gedən bu proses ötən əsrin sonlarına doğru müəyyən formalarda açıq şəkildə təzahür etməyə başladı. Milli ideyaları əxz edən, özünəinam hissi artan Azərbaycan xalqı bəhs olunan dövrdə böyük bir imperiyada başlayan proseslərin aktiv iştirakçıları sırasında yer alırdı. Azərbaycanda milli-azadlıq hərəkatı Ermənistanın respublikamıza qarşı ərazi iddiaları fonunda açıq müstəviyə keçdi. 1988-ci ilin əvvəlindən etibarən Ermənistanın Azərbaycana qarşı təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar tarixi torpaqlarımız olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirilməsini tələb edirdilər. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan indiki Azadlıq meydanında keçmiş sovet hakimiyyətinin xalqımıza qarşı apardığı siyasətə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin izdihamlı mitinqi başlandı. Mitinq iştirakçıları respublikamıza qarşı ərazi iddiaları irəli sürən Ermənistanla iqtisadi əlaqələrin kəsilməsini, Topxanada görülən işlər barədə ətraflı məlumat verilməsini, Ağdam şəhərində qadağa saatının ləğv edilməsini, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanlarının buraxılmasını, orada Azərbaycanın hüquqi və siyasi hakimiyyətinin bərpa olunmasını və digər tələbləri irəli sürürdülər. Bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq, milli azadlıq hərəkatı idi. Respublikanın, bütün Azərbaycanın ürəyi Azadlıq meydanında döyünürdü. Həmin gün haqqında danışan ulu öndər Heydər Əliyev deyib ki, xalqın qanında yaşayan azadlıq istəyinin, müstəqillik arzusunun qabağını heç bir qüvvə, hətta ən güclü sel belə kəsə bilməz.
Noyabrın 17-?si başlayan izdihamlı mitinqlər günlərlə gecə və gündüz davam etdi. Dekabrın əvvəllərində keçmiş sovet qoşunları ümumxalq mitinqini dağıtmağa nail olsalar da, sonradan xalqımızın müstəqillik uğrunda mübarizəsi dönməz bir məcraya yonəldi.
Müstəqillik yolunda ən böyük uğurumuz
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altına düşməsi müstəqillik tariximizin ən böyük itkisi idi. Azərbaycan bu itkiyə o dövrdə respublikamızda hakimiyyətdə olan AXCP-Müsavat iqtidarının səriştəsizliyi, korafəhmliyi ucbatından düçar olmuşdu. İşğal faktı üç onilliyi əhatə etdi və buna yalnız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti sayəsində son qoyuldu. 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı şanlı Zəfər sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu və bununla da tarixi ədalət öz yerini tapdı. Tale elə gətirib ki, müstəqillik tariximizin ən böyük uğuru-şanlı Qələbəmiz də təqvimin noyabr ayına düşüb. Artıq ikinci ildir ki, xalqımız Milli Dirçəliş Gününü Zəfər ovqatı ilə qeyd edir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

