Madrid prinsipləri olmasaydı...
15.04.2023 [10:25]
Azərbaycanın ərazi bütövlüyü məsələsi beynəlxalq hüquqla təsbit olunur
Qarabağ məsələsi Azərbaycanın daxili işidir və heç bir dövlət bu məsələyə qarışa bilməz
İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni siyasi, o cümlədən hərbi reallıqlar formalaşdırdı. Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin yekunlaşması da bu reallıqların tərkib hissəsidir. Azərbaycan dövləti əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edib. Eyni zamanda, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası ən mühüm amildir.
Ermənistanın sülhdən boyun qaçırmsı, qeyri-adekvat mövqe nümayiş etdirməyə çalışması isə bu ölkənin ikiüzlü siyasət yürütdüyünü təsdiqləyir. Bir müddətdir ki, sülh prosesinin uzadılması üçün çalışan Ermənistan bu yolla nələrəsə nail olmaq fikrindədir. Bir yandan sülh gündəliklərinə, imzalanan razılaşmalara və bəyanatlara “sadiq olduğunu” bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən Paşinyan hökuməti, İrəvana qayıdanda tamam fərqli şeylər danışır, hərbi təxribatlara belə əl atmaqdan çəkinmir. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üçtərəfli bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur - həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bununla yanaşı, Ermənistan bu yolla həm də digər məsələdə manipulyasiya etməyə cəhdlər göstərir - onlar dəfələrlə Qarabağı yenidən danışıqlar predmetinə çevirməyə, hətta oradakı separatçı rejimi “danışıqların tərəfi” kimi ortaya atmağa çalışıblar. Azərbaycanın isə bu məsələdə mövqeyi qətidir - bu isə yolverilməz və Azərbaycan üçün qəbulolunmazdır. Qarabağ məsələsi Azərbaycanın daxili işidir və heç bir dövlət bu məsələyə qarışa bilməz. Vurğulanmalıdır ki, bu, beynəlxalq hüquqla təsbit olunur. Ermənistan isə bu fakt qarşısında acizdir - faktları nə qədər təhrif etməyə çalışsalar da, mümkün olmur ki, olmur...
Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb
Yeri gəlmişkən, Ermənistanın aş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı” zamanı çıxışında bildirib ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. “Əgər Madrid prinsiplərindən əvvəl Qarabağın öz müqəddəratını təyinetmə yeri SSRİ idisə, Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin “parlaq” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrildi”, - deyə Paşinyan bildirib. Onun sözlərinə görə, Madrid prinsiplərinə əsasən, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və onlar “bu gün həmin sənədin meyvələrini yığırlar”. “Bizim səhvimiz bu oldu ki, bunu hələ 2018-ci ilin mayında deməli idik, lakin fikirləşdik ki, gələcəkdə birtəhər bu tələdən çıxa bilərik. Tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”, - deyə Ermənistanın hökumət başçısı əlavə edib.
Paşinyan qeyd edib ki, “Madrid prinsiplərindən əvvəl Ermənistan tərəfinin mövqeyi belə idi ki, Qarabağ heç bir zaman müstəqil Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin dağılması kontekstində öz müqəddəratını təyin etmək hüququndan istifadə edir:
“SSRİ-nin digər subyektləri, Alma-Ata Bəyannaməsində qeyd olunanlara əsasən, öz müqəddəratını təyinetmə hüququndan istifadə edib müstəqillik əldə etdilər, o cümlədən də Qarabağ və nəticədə Qarabağ SSRİ-dən ayrıldı. Madrid prinsipləri 2007-ci ildə Ermənistanda hakimiyyətin ötürülməsi zamanı Serj Sarkisyanın aş nazir, Robert Koçaryanın isə prezident olduğu dövrdə meydana çıxıb ki, burada da ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ öz əksini tapıb. Bu zaman müəyyən edilib ki, Qarabağın statusu Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir və bununla da çox ciddi konseptual dəyişiklik baş verdi. Etibarlı mənbələrin məlumatlarına görə, Madrid prinsiplərin, müəllifi elə erməni tərəfi olub. Əgər biz Qarabağı Azərbaycanın bir hissəsi hesab etmiriksə, onda onun statusu məsələsi niyə Azərbaycanla razılaşdırılmalıdır? Bu isə məntiqlə o deməkdir ki, Qarabağ öz müqəddəratını təyin etmək üçün Azərbaycanın tərkib hissəsi olmalıdır, əks halda, o, öz müqəddəratını kimdən müəyyən edir? Beləliklə də, bizim ən böyük səhvimiz bu barədə 2018-ci ildə xalqa izahat verməməyimizdir. Qarabağı danışıqlar prosesindən çıxaran Ermənistan sonradan “Mən Qarabağın öz müqəddəratını təyinetmə hüququndan istifadə etməyə gəlmişəm” dedi. Bunun cavabında isə Ermənistana dedilər ki, əgər bunu sən deyirsənsə, o zaman bu, ərazi mübahisəsidir, ərazi iddiasıdır. Qarabağ probleminin bütün mahiyyəti deformasiyaya uğrayıb”.
Mövqe qəti və dəyişməzdir...
Ermənistanın baş nazirinin bu etirafı çox şeydən xəbər verir. Azərbaycanın tarixi torpağı olan Qarabağ üzərində suveren hüquqlarımızın təsbiti, onun beynəlxalq hüquq üzərindən dünya ictimaiyyətinə təqdimatı tarixi Qarabağ zəfərinə gedən yolda Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin ən mühüm detallarından biri kimi çıxış edib. İlmə-ilmə, kərpi-kərpic hörlən bu siyasət günümüzün rakursundan bəlkə də daha aydın sezilir. Azərbaycan dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin milli-strateji maraqlarını qoruya bilmək qabiliyyətini ortaya qoyub - aparılan danışıqlarda milli mənafeyimizi tam və uğurla müdafiə etməklə yanaşı, bunun hüquqi əsaslarını formalaşdırıb. Məhz Prezident İlham Əliyevin uğurla yürütdüyü siyasət nəticəsində çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb.
2020-ci ildə baş vermiş Vətən müharibəsi isə kompleks şəkildə əldə olunan uğurların təntənəli nümayişinə çevrildi.
Hər zaman olduğu kimi, bu gün də sülh prosesini önə çəkən, regional əməkdaşlığı hədəf kimi müəyyənləşdirən Azərbaycanın ərazi bütövlüyümüzlə bağlı mövqeyi dəyişməz və qətidir - Ermənistanla imzalanacaq hər hansı bir sülh sənədində belə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, müzakirə predmeti deyil - nə Ermənistanla, nə də qeyri birisi ilə. Yeri gəlmişkən, bu ilin fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində də bildirmişdi ki, əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir: “Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi”.
Delimitasiyaya hazırdırlarmı?
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasından əvvəl ölkəsinin Soçi və Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazır olduğunu da deyib. O qeyd edib ki, baş verən bütün hadisələrə baxmayaraq rəsmi İrəvan regional məsələlərin, Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqdir. O, Ermənistanın əvvəllər elan olunmuş prinsiplər əsasında regional nəqliyyat və iqtisadi marşrutları açmağa hazır olduğunu da bildirib.
Qeyd edək ki, sərhədlərin delimitasiyası ilə bağlı məsələ artıq uzun müddətdir ki, tərəflər arasında müzakirə predmetinə çevrilib. Bu prosesin uğurla sona yetməsinə ən böyük maneə elə Ermənistanın özüdür. Dəfələrlə bununla bağlı görüşlərdən boyun qaçıran, prosesi ləngitməyə çalışan rəsmi İrəvanın hazırk fikirləri isə sülh prosesinin yaxınlığından xəbər verir.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın Baş naziri Əli Əsədovun imzaladığı sərəncamla Murad Nəcəfbəyli Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının katibi vəzifəsinə təyin edilib. Azərbaycan və Ermənistan arasında müvafiq dövlət komissiyalarının 2022-ci ildə mayın 24-də iki ölkənin sərhədində, avqustun 30-da Moskvada, noyabrın 3-də Brüsseldə görüşləri keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52

