Avropanın ümid yeri...
02.06.2023 [10:10]
30 illik uğurlu enerji əməkdaşlığı
İlham Əliyev: Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq
Dünyada cərəyan edən proseslər, xüsusilə də dəyişən geosiyasi reallıqlar qarşıya yeni çağırışlar çıxardıb. Bu çağırışlardan biri enerji təhlükəsizliyi ilə bağlıdır. Hazırda enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ən mühüm elementinə çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bir ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən ənənəvi təchizat zəncirinin qırılması bütövlükdə Avropa İttifaqı (Aİ) ölkələrini bu coğrafiyanın enerji xəritəsini yeniləmək zərurəti ilə üz-üzə qoyub.
Azərbaycanın artan rolu
Belə bir şəraitdə Azərbaycanın artan rolu qabarıq şəkildə nəzərə çarpır. Deyə bilərik ki, ölkəmiz qoca qitənin ümid yerinə çevrilib. Bunu ölkəmizlə enerji dialoqunun intensivləşməsi bir daha təsdiqləyir. Respublikamızda 1994-cü ildən başlayaraq keçirilən “Caspian Oil&Gas” Sərgisi neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Mayın 31-də Bakıda işinə başlayan Enerji Həftəsi çərçivəsində təşkil olunan növbəti “Caspian Oil&Gas” Sərgisinin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Həmçinin tədbirin bir çox ölkələrdən olan şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu beynəlxalq tədbirlərin təşkil edildiyi, mühüm qərarların və əməkdaşlıq məsələlərinin müzakirə edildiyi məkana çevrilib. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Xatırladaq ki, Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü zamanında ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Ulu Öndər 1994-cü ildən təşkil edilən sərgilərə daim dəstək verib. Bu il xalqımız müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. Həftə çərçivəsində Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edilmiş poçt markası buraxılıb. Sərgidə Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş xüsusi stend də nümayiş edilir.
Bakı Enerji Həftəsi çərçivəsində iyunun 3-dək davam edəcək sərgilərdə 38 ölkədən 331 şirkət iştirak edir. Sərgidə iştirakçı ölkələrin və şirkətlərin sayının artması Azərbaycana olan böyük inamı ifadə edir. Prezident İlham Əliyev sərginin açılış mərasimindəki çıxışında ölkəmizin Avropada enerji dialoqu mərkəzlərindən birinə çevrilməsindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Xəzər Neft-Qaz sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Biz təşkilatçılara davamlı dəstəyə görə təşəkkür edirik, eyni zamanda, onu da vurğulamaq istəyirəm və hesab edirəm ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Mənim sözümün təsdiqi o ola bilər ki, kimlər bu tədbirə öz məktublarını ünvanlayır - ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak. Bu, onun göstəricisidir ki, bizim bu tədbir qlobal əhəmiyyətə malikdir. Bu fürsətdən istifadə edərək, mən ABŞ Prezidentinə, Böyük Britaniyanın Baş nazirinə və onların buradakı nümayəndələrinə təşəkkürümü bildirmək istəyirəm ki, bizə xoş sözlər göndəriblər və onların sözləri bizi ruhlandırır”.
Dövlətimizin başçısının bildirdiyi kimi, respublikamızın ulu öndər Heydər Əliyevin əsasını qoyduğu enerji siyasəti çətin dönəmlərdən keçib. 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Yəni, o zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyimizin cəmi 3 yaşı var idi. O dövrdə dünyada Azərbaycan barəsində təsəvvürlər zəif idi. Ölkəmiz kemiş sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Bununla yanaşı, ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması - bütün bunlar, əlbəttə ki, sərmayəçiləri bir növ qorxudurdu. Belə mürəkkəb şəraitdə investorların cəlb olunması böyük səylər tələb edirdi. Digər ciddi bir problem infrastrukturla bağlı idi. Bizim neft kəmərlərimiz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Bu kimi reallıqlar fonunda Heydər Əliyevin böyük səyləri sayəsində investorların Azərbaycana cəlb olunması, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması yeganə düzgün addım idi. “Əsrin müqaviləsi”nin imzalanması ilə enerji siyasətinin əsasının qoyulması və sonrakı mərhələlərdə uğurla davam etdirilməsi Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi.
Mənbələrin şaxələndirilməsi
Son dövrlərdə müşahidə edilən proseslər Prezident İlham Əliyevin hər il keçirilən Xəzər Neft-Qaz Sərgisində etdiyi çıxışlarda əsaslandırdığı “enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir” tezisinin nə qədər doğru olduğunu bir daha təsdiqləyir. Biz son illərdə bir sıra təchizatçıların özlərinin monopolist mövqelərindən sui-istifadə etməklə enerji amilini istehlakçılara qarşı siyasi təzyiq vasitəsinə çevirdiklərinin şahidi olduq. Soyuq qış aylarında müqavilələrə əməl olunmaması, istehlakçılara yeni şərtlər diqtə edilməsi hansı anlama gəlir? Azərbaycan isə belə niyyətdən uzaqdır. Ölkəmizin uğurlu enerji siyasəti ədalət prinsipinə əsaslanır, dövlətimizin başçısı dəfələrlə o qənaəti ifadə edib ki, layihələrə töhfələr verən bütün iştirakçıların mənafeləri qorunmalı və onlar bundan fayda görməlidirlər. İstehlakçılar Azərbaycanın timsalında enerji təchizatında iki mühüm məsələnin həll olunduğunun şahidi olurlar - respublikamız həm yeni mənbədir, həm də şaxələndirilmiş nəql marşrutuna malikdir.
Qeyd olunduğu kimi, əvvəllər Azərbaycanın Avropa ilə enerji dialoqu yalnız neft seqmentini əhatə edirdi. İndi isə həm də qaz sahəsi müzakirə mövzusudur. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə bundan xeyli çoxdur. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Eyni zamanda, yaxın perspektivdə “Abşeron” yatağından yaxşı nəticələr əldə ediləcəyi gözlənilir. Böyük qaz ehtiyatına malik digər yataqlar da çox ümidvericidir. Bütün bunlar Azərbaycanla Avropa arasında enerji əməkdaşlığının bundan sonra da onilliklər boyunca davam edəcəyinə ciddi əsaslar yaradır. Prezident İlham Əliyev enerji əməkdaşlığında əldə olunan uğurlardan məmnunluğunu ifadə edib, eyni zamanda, perspektivdə bu əməkdaşlığın genişləndirlməsi üçün böyük imkanlar olduğunu nəzərə çatdırıb: “Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Mən sonuncu sərgidən bu yana bir neçə mühüm nailiyyəti qeyd edə bilərəm. İyulda biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik”.
Azərbaycana yeni mənbə kimi üstünlük qazandıran həm də ölkəmizin müasir və şaxələndirlmiş nəql infrastrukturuna malik olmasıdır. Ölkəmizin moderatorluğu ilə inşa olunan 3500 kilometr uzunluğa malik Cənub Qaz Dəhlizinin inşası 2020-ci ilin dekabr ayında tamamlanıb. Aradan az vaxt ötməsinə baxmayaraq, hazırda Azərbaycan və Aİ Xəzər sahillərindən Avropaya daha böyük həcmlərdə mavi yanacaq daşınmasını təmin emək üçün Cənub Qaz Dəhlizinin genişləndirlməsi ilə bağlı intensiv müzakirələr aparırlar. O cümlədən bu kəmərin TANAP və TAP seqmentlərinin ötürücülük imkanlarının artırılması hədəflənib. TANAP-ın indiki ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. TAP -ın illik ötürmə imkanları isə 10 milyard kubmetrə bərabərdir. Bu göstəricilər müvafiq olaraq 32 və 20 milyard kubmetrə çatdırılacaq. Azərbaycanın səyləri ilə yaradılan şaxələndirlmiş enerji infrastrukturunun önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb”.
İxrac coğrafiyasının genişlənməsi
Avropa üçün yeni və etibarlı mavi yanacaq mənbəyi qismində çıxış edən Azərbaycanın qısa müddətdə nəql coğrafiyasını genişləndirməsi böyük uğurdur. Buna nail olmaq üçün vacib tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı idi. İnterkonnektorun açılş mərasimi dövlətimizin başçısının iştirakı ilə baş tutdu. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Hazırda Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanları nəzərdən keçirilir. Rumıniya artıq yeni əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar bu ilin sonuna qədər inşa edilsə, Azərbaycan qazı Macarıstana və Serbiyaya da nəql ediləcək. Bununla da ölkəmizin qaz ixracımızın coğrafiyası daha da genişlənəcək.
Marşrutların şaxələndirilməsi ilə bağlı digər bir mühüm tədbir bu ilin aprel ayında Sofiya şəhərində keçirilib, Bolqarıstan Prezidentinin təşəbbüsü ilə. Bu, “Həmrəylik Halqası” adlandırılan layihədir. Bu layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bu da elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək. Bütün bunlar bir daha təsdiqləyir ki, Avropa İttifaqının yüksəkrütbəli rəsmiləri Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırırlarsa, bu, tamamilə doğrudur. “Bizim təchizatın coğrafiyası, əminəm ki, genişlənməkdə davam edəcək. Çünki Azərbaycan qazına ehtiyac artmaqdadır. Son ilyarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın. Onu da vurğulayım ki, bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyacımız var. Bilirik ki, bu gün “yaşıl enerjiyə” gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Enerji dialoqunun yeni istiqaməti
Azərbaycanın Avropa ilə üç onilliyi əhatə edən enerji əməkdaşlığının yeni istiqaməti isə “yaşıl enerji” üzrədir. Bu, həm Avropa, həm də Azərbaycan üçün yeni bir çağırışdır. Qoca qitə enerji təhlükəsizliyinin transformasiyasında “yaşıl enerji”yə keçidi mühüm prioritetlərdən biri kimi bəyan edib. Eyni zamanda, Azərbaycanın bu sahədə zəngin potensialı var. Artıq ilkin hesablamalar aparılıb, yalnız Xəzər dənizində 157 qiqavat həcm proqnozlaşdırılıb. Ölkəmiz quruda da zəngin bərpaolunan enerji potensialına malikdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.
Əlamətdar haldır ki, ayrı-ayrı xarici şirkətlər də respublikamızda bərpaolunan enerji sektoruna böyük həcmlərdə investisiyalar yönəltməyə başlayıblar. Bu sırada Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliyinin şirkətlərinin, eləcə də BP şirkətinin fəallığını xüsusi qeyd edə bilərik. İnvestorlar yeni bərpaolunan enerji layihələrini həm Xəzər sahillərində, həm də Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə həyata keçirirlər. Xarici investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək. “Ümumilikdə, saziş və memorandumları nəzərə alsaq, biz artıq 25 qiqavatlıq sazişlər imzalamışıq. Əlbəttə, anlaşma memorandumu imzalamaq o demək deyil ki, o, dərhal reallaşacaq və müqavilə olacaq. Ancaq biz elə şirkətlərlə anlaşma memorandumları imzalamışıq ki, onlar bərpaolunan enerji sahəsində qlobal liderlərdir. Ona görə də bunların real müqaviləyə çevrilməsi ehtimalı olduqca yüksəkdir. Ancaq imzalanan memorandumların yarısı belə reallaşsa, bu, olduqca böyük rəqəm olacaqdır və Azərbaycanın özünün daxili istehlakından iki dəfə artıq olacaqdır. Yəni, dediyim kimi, biz bu gün enerji istehsalı üçün istifadə etdiyimiz böyük qaz həcminə qənaət edəcəyik və onu da beynəlxalq bazara çıxaracağıq”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
28 Sentyabr 18:00

Xəbər lenti
28 Sentyabr 17:23

Xəbər lenti
28 Sentyabr 17:20

Xəbər lenti
28 Sentyabr 17:14

Xəbər lenti
28 Sentyabr 16:25

Xəbər lenti
28 Sentyabr 16:22

Xəbər lenti
28 Sentyabr 16:16

İdman
28 Sentyabr 15:43

Xəbər lenti
28 Sentyabr 15:23

Dünya
28 Sentyabr 15:00

Xəbər lenti
28 Sentyabr 14:46

Xəbər lenti
28 Sentyabr 14:24

Xəbər lenti
28 Sentyabr 14:17

Xəbər lenti
28 Sentyabr 14:15

Xəbər lenti
28 Sentyabr 14:01

İdman
28 Sentyabr 13:58

Xəbər lenti
28 Sentyabr 13:52

Xəbər lenti
28 Sentyabr 13:31

Xəbər lenti
28 Sentyabr 13:21

Xəbər lenti
28 Sentyabr 13:11

Xəbər lenti
28 Sentyabr 13:08

Xəbər lenti
28 Sentyabr 12:58

Xəbər lenti
28 Sentyabr 12:56

Xəbər lenti
28 Sentyabr 12:53

Xəbər lenti
28 Sentyabr 12:52

Xəbər lenti
28 Sentyabr 12:50

Xəbər lenti
28 Sentyabr 12:35

Xəbər lenti
28 Sentyabr 12:33

Mədəniyyət
28 Sentyabr 12:28

İqtisadiyyat
28 Sentyabr 12:20

Xəbər lenti
28 Sentyabr 12:16

Xəbər lenti
28 Sentyabr 12:14

Mədəniyyət
28 Sentyabr 12:11

Siyasət
28 Sentyabr 12:05

Xəbər lenti
28 Sentyabr 12:04

Xəbər lenti
28 Sentyabr 11:57

Sosial
28 Sentyabr 11:54

Xəbər lenti
28 Sentyabr 11:41

Siyasət
28 Sentyabr 11:38

Xəbər lenti
28 Sentyabr 11:32

Xəbər lenti
28 Sentyabr 11:27

MEDİA
28 Sentyabr 11:20

Xəbər lenti
28 Sentyabr 11:15

Sosial
28 Sentyabr 11:10

Xəbər lenti
28 Sentyabr 11:02

Xəbər lenti
28 Sentyabr 10:58

Analitik
28 Sentyabr 10:55

Xəbər lenti
28 Sentyabr 10:50

Xəbər lenti
28 Sentyabr 10:44

Siyasət
28 Sentyabr 10:40

Xəbər lenti
28 Sentyabr 10:33

Xəbər lenti
28 Sentyabr 10:32

Xəbər lenti
28 Sentyabr 10:31

İqtisadiyyat
28 Sentyabr 10:30

Siyasət
28 Sentyabr 10:20

Gündəm
28 Sentyabr 10:10

Siyasət
28 Sentyabr 10:00

Xəbər lenti
28 Sentyabr 09:54

Xəbər lenti
28 Sentyabr 09:38

Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00

Xəbər lenti
27 Sentyabr 18:35

Siyasət
27 Sentyabr 18:04

Xəbər lenti
27 Sentyabr 17:25

Xəbər lenti
27 Sentyabr 16:46

Xəbər lenti
27 Sentyabr 16:34

Xəbər lenti
27 Sentyabr 16:08

Dünya
27 Sentyabr 16:05

Xəbər lenti
27 Sentyabr 15:21
