Təhlükə olsa...
29.07.2023 [10:12]
Təxribatların qarşısını almağa Azərbaycanın gücü və qətiyyəti çatır
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi, sülh məsələsi yeni mərhələyə qədəm qoyub. Artıq üç aya yaxındır ki, bu istiqamətdə aparılan danışıqlar prosesi intensivlik qazanıb - həm, ABŞ-ın təklifilə baş tutan görüşlər, həm Aİ-nin vasitəçiliyi ilə keçirilən rəsmi və qeyri-rəsmi toplantılar, həm də Moskvanın moderatorluğu ilə reallaşan təmaslar müəyyən mənada uzlaşmanın əldə oluna biləcəyinə ümidləri artırır. Azərbaycanın ərazi bütövlüyünün detallı şəkildə tanınması kimi bəzi detallar proseslə bağlı müəyyən ümidlər formalaşdırsa da, Ermənistanın qeyri-müəyyən mövqeyi, manipulyasiya cəhdləri çaşqınlıq yaradır. Hətta bəzən elə məqamlar olur ki, Ermənistanın siyasi rəhbərliyinin apardığı siyasət sülhlə uzlaşmır - tam əksinə, regionun təhdid altında saxlanmasına xidmət göstərir ki, bu da yolverilməzdir. Məsələn, 10 noyabr üçtərəfli Bəyanatının bir sıra maddələrinin icra edilməməsi buna misal göstərilə bilər - Ermənistanın silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyib və bu fakt mütəmadi təxribatlarla müşayiət olunur. Həmin silahlı birləşmələr əllərinə fürsət düşən kimi, yeni silahlı təxribatlar törətməyə çalışır, qarşılıqlı etimad mühitinin yaranmasına mane olur.
Amma Ermənistan səmimi sülhə tərəf irəliləmək yerinə yenə də fərqli bəhanələr “axtarır”, manipulyasiyalara əl atmağa niyyətlənir. Məğlub Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döyür”.
Silahlandırılma və sosial şəbəkələrdə “təxribat” təbliğatı...
Sirr deyil ki, bəzi ölkələrin Ermənistanın aktiv silahlandırması ilə bağlı informasiyalar yayılmaqdadır. Fransa, Hindistan və digər dövlətlərin bu işdə daha çox fəallıq nümayiş etdirməsi isə rəsmi şəkildə təsdiqini tapır - bu, regionda sülh arxitekturasının formalaşmasına mühüm təhdidlər yaradır. Azərbaycan hər zaman sülhün və əmin-amanlığın tərəfdarı kimi çıxış etsə də, bu kimi halların qarşısını almaq iqtidarındadır - yeri gəlmişkən, sosial şəbəkələrin bəzi erməni seqmentlərində də adıçəkilən silahlı tör-töküntünün guya fəallaşmaq niyyətində olması ilə bağlı xəbərlər gözə dəyirdi. Təbii ki, bu kimi hallar Azərbaycanın maraqlarına uyğun deyil və yenidən antiterror məsələsini aktuall?şdırır. Rəsmi Bakının məsələdəki mövqeyi hər kəsə bəllidir - Qarabağ Azərbaycan torpağıdır və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Sadəcə sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq tam bu hüquqa malikdir. Və ən əsası Azərbaycanın buna həm hərbi gücü, həm də qətiyyəti çatır. Bundan əvvəlki antiterror əməliyyatları da buna misaldır. İndiki dövrdə bu kimi antiterror əməliyyatlarını aktuallaşdıran isə mühüm səbəbələr mövcuddur.
Yeni reallıqda...
Qeyd edək ki, Ermənistan ilə keçirilən görüşlərin davamlı xarakter daşıması üçün vasitəçi tərəflərin səyləri göz önündədir - hətta moderatorluq edən ölkələr və təşkilatlar bəzi beynəlxalq tədbirlər çərçivəsində belə iki ölkə rəsmilərinin görüşlərini təşkil etməyə çalışır, müəyyən müzakirələrin aparılmasına nail olmaq istəyir. Bütün müzakirələrdə isə bir fakt xüsusi olaraq qırmızı xətlə keçir - 2020-ci ildə baş vemiş Vətən müharibəsində qazanılan qələbə istər regional, istərsə də qlobal miqyasda mühüm nəticələrə yol açıb. 30 ilə yaxın davam edən işğal faktını aradan qaldıran, torpaqlarını azad edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Həm siyasi, həm də hərbi sferadakı üstünlüklərini prosesə uğurla transformasiya edən Azərbaycan bölgədə tənzimləyici rolu üstlənib. Eyni zamanda, regionla bağlı verilən qərarlarda mütləq şəkildə Azərbaycanın milli maraqları nəzərə alınır. Bu fakt vasitəçilər tərəfindən də xüsusi vurğulanır. Bu mənada, Azərbaycan regionda davamlı sülhün təmini istiqamətində öz mövqeyini qəti şəkildə ortaya qoyub - sülh müqaviləsi Azərəbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşdırılmalıdır.
Ermənistan sülhə gəlməlidir
Ölkəmizin təqdim etdiyi və dayanıqlı sülhün söykənəcəyi müddəalar isə Azərbaycan tərəfindən yaradılan ədalət mənzərəsini bir daha ortaya çıxarmaqla yanaşı, beynəlxalq hüquqa söykənməyi ilə seçilir. Azərbaycan hər zaman bəyan edib ki, dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması ən vacib məsələlərdəndir. Düzdür, Ermənistan artıq bir ilə yaxındır ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə ifadə edib - bununla yanaşı, rəsmi İrəvan ölkəmizə qarşı hər hansı bir iddia irəli sürməyəcəyi ilə bağlı öhdəlik götürməlidir. Bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəlxalq qanunvericiliyə əsaslanır. Bu amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ən mühüm addım sayıla bilər. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmamasının təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi mövqelərin yaxınlaşmasında əsaslı dəyişikliklər yarada bilər. 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalqın arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı, normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur.
Suveren hüququmuzdur...
Eyni zamanda, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdən irəli gələn addımlar da münasibətlərin gələcək inkişafı üçün stimul sayıla bilər. Nəzərə alınmalıdır ki, Ermənistan hələ də nəqliyyat və kommunikasiyaları blokda saxlayır - onların açılması və digər müvafiq kommunikasiyaların qurulması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın formalaşdırılmasına zəmin formalaşdırar.
Son bir neçə ayda Laçın sərhəd buraxılış məntəqəsi ətrafında Ermənistanın yaratmağa çalışdığı süni şou da fiaskoya uğradı. Artıq bütün beynəlxalq instansiyalar - hətta, Beynəlxalq Ədalət Məhkəməsi belə ermənilərin Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı iddialarının əsassız olduğunu təsdiqləyib. Hətta Ermənistanın havadarları belə etiraf edirlər ki, Laçın sərhəd buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur. Bu baxımdan da, sülh prosesinin irəlilədiyi bir vaxtda yeni hərbi təxribatlar haqda eyhamlar vurmaq, hətta sosial şəbəkələrdə onun “anonsunu” təşkil etmək yaxşı heç nə vəd etmir...
Azərbaycan yeni müharibə istəmir...
Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və sülhə razılaşmalıdır - Sülh prosesinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda, Azərbaycan yenidən öz hüququndan istifadə etməli olacaq. Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istərsə də vasitəçi tərəflər üçün aydındır. Bu ölkənin mövqe(sizli)yi ona baha başa gələ bilər. Onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Prezident İlham Əliyev bir müddət öncə yerli televiziyalara müsahibəsində bildirmişdi ki, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər: “Mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

