Qafqazda sülh üçün ən yaxşı amil...
08.12.2023 [10:20]
Ermənistan sülhü imzalamalıdır!
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi, başqa sözlə, regionda sülhün formalaşdırılması yeni dövrdə yeni siyasi reallıqlar fonunda müzakirə olunur. 3 ay öncə Azərbaycan ərazisindəki separatizmi ləğv edib, suverenlik bərpa olunub - sülh prosesi ilə bağlı isə Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Son addımlardan sonra təmaslar əsasında formalaşan impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalətli mənzərə ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. Bunun üçün isə Ermənistanın sülh müqaviləsi imzalaması əsas şərtdir - sadəcə bəyanatlar səsləndirməklə onların səmimi olacağına inam çox azdır. Çünki bunu tarixi təcrübə də göstərir. Ermənistan hər zaman sərsəm və yalan ideologiyasını “əlində bayraq” edərək Azərbaycana qarşı ərazi iddiası irəli sürməkdə davam edib. Bu kimi əsassız iddiaların birdəfəlik sona çatması üçün isə mütləq şəkildə sülhün imzalanması əsaslı şərtdir.
İrəvanın manipulyasiya manevrləri...
Sülhlə bağlı son təmaslar isə məhz detalların razılaşdırılmasını özündə əks etdirib ki, Azərbaycan öz təkliflərini hələ sentyabrın 11-də Ermənistana göndərmişdi. Ermənistan isə bu təklifləri dəyərləndirib cavablandırmaq üçün 70 gün gözlədi - Prezident İlham Əliyev bildirib ki, bu, 20-dən az maddədən ibarət maksimum altı-yeddi səhifəlik bir sənəddir. Beləliklə, belə kiçik bir sənədə Ermənistana bizə cavab vermək üçün 70 gün vaxt lazım olub və onlar yalnız Azərbaycanın xarici işlər naziri bunu açıqlayandan sonra (“İki aydır gözləyirik, niyə cavab vermirsiniz?” deyəndən sonra) cavab verdilər.
İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün Azərbaycanın ortaya qoyduğu səylər olduqca əsaslı şərait yaradıb - ölkəmizin beynəlxalq hüquqa söykənən addımları sülhü daha da əlçatan edib. Məsələn, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağda baş tutan antiterror tədbirləri zamanı nümayiş etdirdiyi mövqe bunun bariz sübutudur. Azərbaycanın yaratdığı bu reallıq gələcək yaxınlaşmalar üçün də baza formalaşdırır. Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik. Azərbaycan kifayət qədər açıq və beynəlxalq hüquqa söykənən proqrama əsaslanır - dövlətimizin delimitasiya və demarkasiya məsələləri və digər müzakirə predmetləri üzrə mövqeyi ortadadır.
İmzalanacaq sənəd şübhəsiz ki, əhəmiyyət kəsb edir...
Dövlət başçısı Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundandakı çıxışında bildirib ki, imzalanacaq sənəd şübhəsiz ki, əhəmiyyət kəsb edir, amma bizim üçün xüsusilə də 30 ildir ermənilərin torpaqlarımızın bir santimetrini belə azad etmək istəməməsindən sonra vacibdir: “2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyəndə prezident olan əvvəlki Qarabağ klanının liderləri yox, Paşinyanın özü nə demək istəyirdi? Heç kim ona bu sualı vermirdi. Onun müdafiə naziri 2019-cu ildə də Azərbaycanı işğalla hədələyən “yeni ərazilər uğrunda yeni müharibə olacaq” deyəndə bu, Köçəryan-Sarkisyan qruplaşması deyildi. Bu, Paşinyan idi, o idi. İndi o, “Qarabağ Azərbaycandır” deyir. Ona görə deyir ki, çünki biz müharibədə qalib gəlmişik, ideologiyasını dəyişdiyi üçün yox. İdeologiya eynidir. Onlar hələ də bu ideologiya ilə yaşayırlar. Ermənistan iqtidarı ilə müxalifətin fərqi yalnız ondan ibarətdir ki, Ermənistan hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyümüzə qarşı çıxmağa davam etsələr, arxasında kimin durmasından asılı olmayaraq, biz onları yenidən əzəcəyik, onların arxasında kimin dayanmasından və ya o məşhur, gözəl Avropa paytaxtında kimin onlara nə deməsindən asılı olmayaraq. Müxalifət bunu istəyir, çünki Paşinyanı devirmək istəyirlər. Onlar bunun baş verməsini istəyirlər. Onlar istəyirlər ki, o, bu səhvi etsin, sonra hakimiyyətə gəlsinlər. Deməli, bizim gözümüzlə görə biləcəyimiz zəmanətlər lazımdır. Bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaq”.
Bəli, məsələnin real həlli üçün Ermənistan özündə iradə tapmalı və sülhü imzalamalıdır. Nəzərə alınmalıdır ki, hətta sülhyaratma prosesində vasitəçilik edən tərəflərin moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi də Ermənistanın mövqesizliyi olub. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının qurulmasına mane olur. Bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışır. Bu kimi qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.
Beləliklə, Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü şərtlər əsasında sülhə razılaşmalı, sənədi imzalamalıdır. Rəsmi İrəvan prosesin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan həm də yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən yenə də kənarda qalma təhlükəsi yaşayacaq - Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr isə ümumən regiona yeni inkişaf tempi qazandırmaqdadır. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə “israrlı olarsa”, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

