Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

17.11.2025 [12:46]

Noyabrın 15-də və 16-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 34, dələduzluğa görə axtarışı aparılan 21 və ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı həyata keçirilən 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə və 9 min ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan 4 avtomat silahı, 8 tüfəng, 8 patron darağı və müxtəlif çaplı 229 ədəd patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30