Dağları fəth edənlər...
08.08.2024 [09:38]
Beynəlxalq Alpinizm Günüdür
Yeganə BAYRAMOVA
Onlar insan ayağı dəyməyən yerlərdən keçirlər. Dağlarda bədbəxt hadisə baş verən zaman ən müasir vertolyotlar, avtomobillər, heç bir texnika köməyə gedə bilməyəndə yalnız həmin şəxslər bu çətin işin öhdəsindən gəlirlər. Ölüm təhlükəsi olsa da, həmişə dara düşən insanların köməyinə tələsirlər.
1786-cı il avqustun 8-də iki nəfər isveçrəli - həkim Mişel Qabriel Pakkard və dağ bələdçisi Jak Balm Alp dağlarındakı Monblan zirvəsinə qalxıb. Məhz bu tarix dünyada Beynəlxalq Alpinizm Günü və ya Alpinist Günü kimi qeyd olunur. O vaxtdan uca zirvələrə qalxmağı alpinizm adlandırmağa başladılar.
Əslində bir çoxları alpinizmi idman adlandırmaq istəmir, ancaq burada fiziki cəhətdən güclü və səbirli idmançılar toplaşırlar. Yalnız cəsur, dözümlü və igid adamlar sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən bağlanmış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilər. 18-19-cu əsrlərdə ?vropalı varlı təbəqənin boş vaxtlarını qiymətləndirmək və stabil keçən həyatlarını yeni macəralarla bəzəmə nəticəsində bir idman növü sayılmağa başlayan alpinizm, 20-ci əsrin əvvəllərində başqa xalqların da maraq dairəsini əhatə etməyə başladı.
Alpinistlər çox vaxt idman məqsədi ilə zirvəyə qalxarkən elmi araşdırmalar da aparırlar. Onlar uca dağ metrostansiyalarında işləyir, dağlarda su-elektrik stansiyalarının tikintisində iştirak edir, 7 min metr hündürlükdə müxtəlif aparatlar yerləşdirirlər.
Beynəlxalq Alpinizm Günü sərhəd tanımır, kişiləri və ruhən möhkəm qadınları birləşdirir. Yüksəklikləri fəth edənlər Alpinizm Günündə görüşlər keçirir, təcrübə mübadiləsi aparır, yeni rekordlar müəyyən edir, təsirli tamaşalar göstərirlər. Dünyanın bəzi şəhərlərində idman klubları həmin gün yarışlar, konsertlər və digər bayram tədbirləri təşkil edirlər.
Beləliklə, 8 avqustu yalnız dağ zirvələrini fəth edənlər deyil, həm də sənaye alpinizmi ilə məşğul olanlar öz bayramları hesab edirlər. Məlumdur ki, dünyada hər il göydələnlərin, hündürmərtəbəli binaların sayı artır. Belə mütəxəssislər binaların fasadlarını və pəncərələrini yuyur, rəngləyir, təmir edir, qardan və sırsıradan təmizləyir, kondisionerləri montaj edirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

