/ / “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə “Procter&Gamble” şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə “Procter&Gamble” şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
22.05.2014 [09:01]
Mayın 21-də “Fairmont Baku” mehmanxanasında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) ilə “Procter&Gamble” (P&G) şirkəti arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın turizm potensialı və “Bakı-2015”ə hazırlıqla bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini diqqətə çatdırıb: “Avropa Oyunlarının birinci rəsmi tərəfdaşı kimi “P&G” şirkətini alqışlayıram. Ümid edirəm ki, bu əməkdaşlıq ümumi işimizə öz töhfəsini verəcək və hər iki tərəf üçün uğurlu olacaq”.
A.Rəhimov qeyd edib ki, gələn həftə Kiprin paytaxtı Nikosiyada Avropa Olimpiya Komitəsinin toplantısı keçiriləcək. Həmin tədbirdə “Bakı-2015” ilə bağlı təqdimat olacaq. İştirakçılara Avropa Oyunlarına hazırlıq və idman infrastrukturu ilə bağlı məlumat veriləcək.
Yaxın günlərdə ölkəmizdə Avropa Oyunlarına iki hazırlıq turnirinin keçiriləcəyini diqqətə çatdıran A.Rəhimov, atletika və bədii gimnastika üzrə təşkil olunacaq yarışların əhəmiyyətindən danışıb.
Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya məsələləri üzrə direktoru Çarli Vijeratna müqavilənin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, P&G-nin idman yarışlarına sponsorluq etmək baxımından böyük təcrübəsi var. Beynəlxalq Olimpiya Komitəsi ilə tərəfdaş olan şirkətin “Bakı-2015” ilə əməkdaşlığı bu mötəbər yarışın təşviqinə öz töhfəsini verəcək.
Ölkəmizin satış bazarında P&G-nin özünə məxsus çəkisinin olduğunu diqqətə çatdıran Ç.Vijeratna, bu əməkdaşlıq sayəsində “Bakı-2015”in bölgələrdə daha da populyarlaşmasına şərait yaradacaq.
P&G-nin Azərbaycan nümayəndəliyinin direktoru Tayqun Günay əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Şirkətin yaranma tarixi və fəaliyyətindən bəhs T.Günay şirkətin Azərbaycanda həyata keçirdiyi sosial yönümlü layihələr barədə məlumat verib və videoçarx nümayiş olunub.
Sonra Azad Rəhimov və Tayqun Gunay tərəfdaşlıq müqaviləsini imzalayıblar.
Sonda üzərində “Bakı-2015”in loqotipi olan tort kəsilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10

