“Bakı 2015”in Əməliyyat Komitəsi Avropanın üç ölkəsi ilə əsas yayım müqaviləsi bağlayıb
10.09.2014 [09:50]
“Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi qitənin üç ölkəsi-Rumıniya, Macarıstan və Belçika ilə beynəlxalq yayım müqaviləsi bağlayıb.
Bu müqavilələrin bağlanması ilə idman azarkeşləri gələn ilin yayında keçiriləcək 17 günlük birinci Avropa Oyunlarını canlı izləyə biləcəklər.
Bağlanmış müqavilələrə görə “DigiSport” şirkəti Rumıniya və Macarıstanda, “Sport 10” şirkəti isə Belçikada Avropa Oyunlarını yayımlayacaqlar.
“Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq qeyd edib: “Bu üç müqavilənin bağlanması bütün qitədə birinci Avropa Oyunlarını izləməyə marağın yüksək səviyyədə olduğunu göstərir. Rumıniya, Macarıstan və Belçikanın idman sahəsində möhtəşəm uğur tarixi var. Oradakı azarkeşlərin gələn yay keçiriləcək yarışlarda öz idmançılarının nailiyyətlərini izləmələri üçün zəmanətin verilməsi gözəl haldır. Bağlanmış müqavilələrlə ev sahibi olan yayım şirkətimiz - Beynəlxalq İdman Yayımı Şirkətinin birgə fəaliyyəti sayəsində idman azarkeşləri bir sıra media platformaları üzərindən hərtərəfli yayımdan yararlanacaqlar”.
Beynəlxalq İdman Yayımı Şirkəti Avropa Oyunları müddətində oyunların 800 saatlıq canlı, müasir təqdimatını təmin edəcək.
Hər üç ölkədə hər gün tədbirin kadrları, eyni zamanda, tam şəkildə açılış və bağlanış mərasimləri yayımlanacaq. İlkin proqramlaşdırma və gündəlik olaraq yarışların maraqlı məqamlarından seçilmiş videomateriallar da yayımlanacaq.
Rumıniyanın “DigiSport” şirkətinin baş redaktoru Georgi Dobre deyib: “Biz “Bakı 2015” ilə belə müqavilələrin bağlandığına çox şadıq. Rumıniya və Macarıstandakı azarkeşlərə Avropa Oyunlarının gündəlik, canlı və müstəsna yayımını təqdim etməyi səbirsizliklə gözləyirik”.
“Sport 10” şirkətinin idarəetmə üzrə direktoru xanım Karin Stup bildirib: “Birinci Avropa Oyunları bütün dünyada tamaşaçılar üçün böyük marağa səbəb olacaq. Belçikalı azarkeşlər üçün yarışlardan yüksək səviyyəli kadrları təqdim ediləcək”.
Keçən həftə Türkiyənin “NTV Spor” kanalı Avropa Oyunlarının yayımı haqqında beynəlxalq müqavilə imzalayan ilk şirkət olmuşdur.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “Birinci Avropa Oyunlarına çox az vaxt qaldığı üçün biz bir sıra müqavilələrin bağlanmasını yekunlaşdırırıq. Həmin müqavilələrə görə azarkeşlərin hər bir idman növü üzrə yarışlardan zövq almaları üçün “Bakı 2015” Avropa Oyunları bütün dünyada canlı olaraq yayımlanacaq”.
Qeyd edək ki, gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı-2015” Avropa Oyunları idmanın 20 növü üzrə yarışlar keçirəcək. Bunlardan 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançı mübarizə aparacaq. İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat yarışlarına imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.
Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55

