Bakıda təşkil olunacaq F1 üzrə Avropa Qran-pri yarışlarının marşrutu müəyyənləşib
09.10.2014 [10:01]
2016-cı ildə ilk dəfə Azərbaycanda Formula-1 (F1) üzrə Avropa Qran-pri yarışları keçiriləcək. Uzun sürən müzakirələrdən sonra turnirin marşrutu müəyyənləşib.
AzərTAc xəbər verir ki, bu barədə oktyabrın 7-də “Fairmont Baku” mehmanxanasında keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazir bildirib ki, bu turnir F1 azarkeşlərinə böyük hədiyyədir. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, milyonlarla azarkeşi və böyük maraq dairəsi olan qeyri-olimpiya idman yarışları da təşkil edilir. Avropa Qran-pri yarışları bu tədbirlərin davamıdır.
Azərbaycanda idmana dövlət qayğısından danışan Azad Rəhimov trekin müəyyənləşdirilməsi üçün geniş fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, turnirin keçirilməsi üçün yeni infrastruktur inşa olunmayacaq. Yarış Bakının mərkəzində keçiriləcək və paytaxtımızın gözəlliyi bütün dünyaya nümayiş olunacaq. Qran-pri yarışlarında birinci Avropa Oyunları üçün yaradılan infrastrukturdan istifadə ediləcək və Azadlıq meydanında müvəqqəti qurğular hazırlanacaq.
Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov ölkəmizdə bu sahədə peşəkar idmançıların, mütəxəssislərin hazırlanmasının və yüksək standartlara cavab verən idman infrastrukturunun yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, AAF bunun üçün bütün imkanlarını səfərbər edib. “Biz avtomobil idmanı növləri, klassik avtomobillərin təqdim olunması, offroad yarışları və müxtəlif klublara dəstək verilməsi istiqamətində işlər görürük. Həmçinin, nəqliyyatda təhlükəsizlik və nəqliyyat turizmi sahəsində layihələr həyata keçiririk” - deyə Anar Ələkbərov vurğulayıb.
Avropa Qran-pri yarışlarının Azərbaycanın idman tarixində əlamətdar hadisə olacağını diqqətə çatdıran AAF-ın prezidenti ilin sonunadək təşkil ediləcək tədbirlər barədə məlumat verib. Belə ki, oktyabrın 11-də “V1 Challenge Azerbaijan” yarışı və Almaniya şirkətləri ilə birgə klassik avtomobillərin sərgisi keçiriləcək. Avtomobil həvəskarları üçün yaxın zamanlarda Bakının yaxınlığında xüsusi ərazinin ayrılması nəzərdə tutulub. Burada müxtəlif avtomobil idman növləri üzrə baza, klassik avtomobillər muzeyi və azarkeşlərin istifadəsi üçün zonaların yaradılması planlaşdırılır.
“Formula-1 Group”un baş icraçı direktoru Berni Ekklestoun Bakıda olmasından məmnunluğunu ifadə edərək Avropa Qran-pri yarışlarının ölkəmizdə təşkilini yüksək qiymətləndirib. Qeyd edib ki, Bakı Şərq və Qərb mədəniyyətini özündə cəmləşdirən unikal şəhərdir. F1 yarışlarında şəhərin gözəlliyi, tarixi və coğrafiyası mühüm amil hesab olunur. “Biz də Bakının tarixini və gözəlliyini bütün dünyadakı F1 azarkeşlərinə nümayiş etdirmək qərarına gəldik. Ümid edirəm ki, yarış yüksək səviyyədə təşkil olunacaq və yerli azarkeşlər bundan böyük zövq alacaqlar” - deyə Berni Ekklestoun bildirib.
“Tilke” mühəndislik şirkətinin baş icraçı direktoru Herman Tilke Bakının F1 yarışları üçün əlverişli şəhər olduğunu və burada ən sürətli yarışın təşkil olunmasının mümkünlüyünü qeyd edib. Bildirib ki, Avropa Qran-pri yarışlarında marşrutun uzunluğu 6 min 6 metr və 8 sağ, 12 sol döngədən ibarətdir. Turnirdə orta sürət 210, maksimum sürət isə 340 kilometr/saatdır. Bu da ən sürətli yarışlar kateqoriyasına daxildir. Yarışın start və finişi Hökumət evinin qarşısında olacaq. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaradacaq. Yarışları 25 mindən artıq tamaşaçının izləməsi üçün şərait yaradılacaq. Üç gün davam edəcək yarış zamanı tamaşaçı sayının artırılması da mümkündür.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29

