/ / Türkiyə mətbuatı “Bakı-2015”ə hazırlıq və birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbirlərə geniş yer ayırıb
Türkiyə mətbuatı “Bakı-2015”ə hazırlıq və birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbirlərə geniş yer ayırıb
13.11.2014 [09:52]
Türkiyə mediası 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb.
AzərTAc Heydər Əliyev Fondunun saytına istinadla xəbər verir ki, qardaş ölkə mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə yazıb. Məqalələrdə qeyd olunub ki, 2015-ci il iyunun 12-28-də keçiriləcək oyunlarda 49 ölkədən 6 mindən artıq idmançı 20 növ üzrə mübarizə aparacaq: “Avropada yeni bir həyəcan yaradacaq və hər dörd ildən bir keçiriləcək Oyunlar həm də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları ərəfəsində idmançılara özlərini sınamaq fürsəti verəcək, idmanın bəzi növlərində isə seçmə mərhələ funksiyası daşıyacaq”.
Ölkə gündəminə təqdim olunan reportajlarda bildirilir ki, 2002-ci ildən başlayaraq taekvondodan gimnastikaya, voleyboldan futbola qədər idmanın müxtəlif növləri üzrə 36 beynəlxalq yarışa ev sahibliyi edən Azərbaycanda sonuncu dəfə bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatı keçirilib. İyirmi üç illik müstəqilliyi dövründə 200-dən artıq atletlə Yay və Qış Olimpiya oyunlarında təmsil olunan Azərbaycan bu günə qədər olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb.
Yazılarda qeyd olunur ki, Azərbaycandakı birinci Avropa Oyunları 21 məkanda keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud məkanlar isə təmir olunaraq Oyunlara hazır vəziyyətə gətirilir: “2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edən “Baku Crystal Hall”da Avropa Oyunlarında həndbol və qapalı məkanlarda keçirilən digər idman növləri üzrə yarışlar təşkil olunacaq. Bununla yanaşı, Bakıda 7300 yerlik Olimpiya şəhərciyi də tikilir”.
KİV-lərdə diqqətə çatdırılıb ki, açılış mərasimi hazırda inşası davam edən 65 min yerlik Bakı Olimpiya Stadionunda keçiriləcək. Stadionun təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, FİFA və UEFA prezidentləri Zep Blatterin və Mişel Platininin iştirak etdikləri xüsusi vurğulanıb.
Avropa Oyunları 2012-ci il dekabrın 9-da Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis olunub və Avropa Olimpiya komitələrinin yekdil qərarı ilə yaradılıb. Baş Assambleyanın yığıncağında Oyunlara ev sahibliyi hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Avropa Oyunlarının Bakıda keçirilməsinə məsul olan Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 17 yanvar tarixli Sərəncamı ilə yaradılıb. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir.
Türkiyə mətbuatında yer almış materiallarda Heydər Əliyev Fondu tərəfindən bu günədək bir neçə ölkədə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbirlərin keçirildiyi qeyd edilir. Bu sırada Kann, Afina və Berlində birinci Avropa Oyunlarının təqdimatına həsr olunan tədbirlərin təşkil edildiyi bildirilir.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55

