/ / Çingiz Hüseynzadə: Avropanın bütün idmançıları Beynəlxalq Olimpiya Gününü Azərbaycanda qeyd edirlər
Çingiz Hüseynzadə: Avropanın bütün idmançıları Beynəlxalq Olimpiya Gününü Azərbaycanda qeyd edirlər
24.06.2015 [09:43]
İyunun 23-də Milli Olimpiya Komitəsində (MOK) “Bakı-2015” birinci Avropa Oyunlarının sambo yarışlarında gümüş medallar qazanan Azərbaycan idmançıları ilə ənənəvi görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Nazim Hüseynov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, “Bakı-2015” birinci Avropa Oyunlarının 11-ci günündə - iyunun 22-də 13 dəst medalın sahibləri müəyyənləşib. Hesabına 4 gümüş medal əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 39-a çatıb. Azərbaycan 14 qızıl, 11 gümüş və 14 bürünc medalla komanda hesabında ikinci pillədəki mövqeyini qoruyub.
Yarışların 11-ci günündə Azərbaycana qələbə sevinci yaşadan samboçularımız Nəzakət Xəlilova, İslam Qasımov, Amil Qasımov və Vasif Səfərbəyova MOK-un hədiyyələri təqdim olunub. Sonra samboçularımızın uğurlu çıxışlarını əks etdirən kadrlar nümayiş olunub.
Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, iyunun 23-ü Beynəlxalq Olimpiya Günü kimi dünyanın bütün ölkələrində geniş qeyd olunur. Azərbaycanda da hər il bu bayram münasibətilə müxtəlif yarışlar təşkil olunur. Bu il Azərbaycanda ilk Avropa Oyunları keçirilməsi Beynəlxalq Olimpiya Gününə böyük töhfədir. “İndi dünyanın diqqəti “Bakı-2015” birinci Avropa Oyunlarına yönəlib. Xüsusi fərəh hissi ilə deməliyəm ki, Avropanın bütün idmançıları Beynəlxalq Olimpiya Gününü məhz Azərbaycanda qeyd edirlər”, - deyə Ç.Hüseynzadə bildirib. O diqqətə çatdırıb ki, sambonun Avropa Oyunlarının proqramına daxil edilməsi MOK-un prezidenti, dövlətimizin başçısı İlham Əliyevin səyi nəticəsində mümkün olub. Sevindirici haldır ki, samboçularımız idmanın bu növündə də medallar qazandılar.
MOK-un vitse-prezidenti deyib: “Cəmi beş gündən sonra ilk Avropa Oyunlarının bağlanış mərasimində iştirak edəcəyik. Tarixdə əbədi qalacaq “Bakı-2015” birinci Avropa Oyunları qəlblərdə uzun müddət yaşayacaq. Əminəm ki, qarşıdakı yarışlarda da idmançılarımız möhtəşəm qələbələri ilə xalqımızı sevindirəcəklər”.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07

