/ / Londonda keçiriləcək otüstü xokkey üzrə Avropa çempionatının medallarını “Azərsuvenir” Bakıda hazırlayıb
Londonda keçiriləcək otüstü xokkey üzrə Avropa çempionatının medallarını “Azərsuvenir” Bakıda hazırlayıb
21.08.2015 [09:58]
Avqustun 21-dən 30-dək Londonda keçiriləcək otüstü xokkey üzrə Avropa çempionatında (EuroHockey-2015) uğur qazanacaq komandalara təqdim ediləcək medallar dəsti Bakıda Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin “Azərsuvenir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb.
Çempionat ərəfəsində “EuroHockey-2015”in medallarının Britaniya paytaxtında təntənəli təqdimat mərasimi keçirilib. Müasir texnologiya əsasında yüksək peşəkarlıq və zövqlə hazırlanmış medalları sifarişçiyə “Azərsuvenir” MMC-nin direktoru Tariyel Ağayev təqdim edib, müəssisənin fəaliyyət istiqamətlərindən, ölkəmizin iqtisadi uğurlarından danışıb.
“Azərsuvenir”in xokkey üzrə növbəti qitə çempionatının medallarını hazırlamaq hüququnu tender müsabiqəsində qalib gələrək qazandığını vurğulayan T.Ağayev deyib: “Ciddi rəqabət var idi, tenderdə medal istehsalı sahəsində tanınmış brendlər iştirak edirdi. Ancaq tender komissiyası üstünlüyü “Azərsuvenir”ə verdi. Əlbəttə, bu, təsadüfi deyildir. “Azərsuvenir” bundan əvvəl “Bakı-2015” ilk Avropa Oyunlarının medallarını hazırlamışdır. Mütəxəssislər “Bakı-2015”in medallarını bütün parametrlərinə görə yüksək qiymətləndirdilər. Londondakı təqdimat mərasimində çıxış edən mütəxəssislər dönə-dönə vurğuladılar ki, dünyada idman dövləti kimi tanınan Azərbaycan artıq beynəlxalq miqyaslı yarışların medallarının hazırlanması üzrə sifarişçi ölkədən sifariş qəbul edən ölkəyə çevrilib. Bu, çox qürurverici idi. Bu, müstəqil Azərbaycanın iqtisadi, siyasi və humanitar nüfuzunun beynəlxalq aləmdə daha da artmasının göstəricisidir.
Artıq Azərbaycan qitə miqyaslı iki idman yarışının medallar dəstini hazırlayıb. Biz “Bakı-2015”də uğur qazanan idmançılara “Azərsuvenir”in hazırladığı medalların təqdim olunması mərasimlərində keçirdiyimiz sevinc hissinin xoş təəssüratlarını indi də yaşayırıq. “EuroHockey-2015”də də bizim müəssisədə hazırlanan medallar uğur qazanan komandalara təqdim olunanda bir daha qürur hissi keçirəcəyik. Çünki bu işdə “Azərsuvenir”in peşəkar kollektivinin də əməyi var”.
Sonda T.Ağayev onu da bildirib ki, “Azərsuvenir” MMC-nin yaradılmasında əsas məqsəd dövlət orden və medallarının, Azərbaycanın tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə aid olan naxışlarla işlənmiş suvenirlər hazırlamaqdır. Müasir texniki avadanlığa malik olan müəssisə bu istiqamətdə fəaliyyətini genişləndirir.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07

