Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının media akkreditasiyası prosesinə start verilib

“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının media akkreditasiyası prosesinə start verilib

02.03.2016 [09:25]

Martın 1-dən “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının media akkreditasiyası prosesinə start verilib.
AZƏRTAC xəbər verir ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi martın 31-dək onlayn qaydada təşkil olunacaq. Akkreditasiya iyunda Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsində (www.bakucitycircuit.com/az) aparılır.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-prisinin milli mətbuat katibi Nigar Arpadarai jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət edərək deyib: “Bakıda ilk dəfə keçiriləcək Avropa Qran-prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də “Formula-1” kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.
Avropa Qran-pri yarışları iyunun 17-19-da Bakıda təşkil olunacaq. Qran-pri yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox insan seyr edir. Sinqapur, Monako və Melbrun kimi, Bakıda da bu mötəbər yarış şəhər trekində keçiriləcək.

Paylaş:
Baxılıb: 1171 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28