“Bakcell” “UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016”nın rəsmi sponsoru oldu
19.03.2016 [10:10]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell”in baş ofisində “UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016”nın Yerli Təşkilat Komitəsi ilə şirkət arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi, Avropa Çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və “Bakcell”in baş icraçı direktoru Riçard Şirer tərəfindən imzalanan sponsorluq müqaviləsinin şərtlərinə əsasən şirkət 5-21 may 2016-cı il tarixində Azərbaycanda keçiriləcək çempionatın təşkilati işlərinə maliyyə dəstəyi göstərməklə yanaşı, turnirin mobil rabitə partnyoru olacaq, həmçinin Yerli Təşkilat Komitəsinin əməkdaşlarını mobil cihazlar və rabitə ilə təmin edəcək.
“Azərbaycanda mühüm idman tədbirlərinin keçirilməsi ənənəvi hal alıb. Biz də milli operator olaraq, öz növbəmizdə, bu tədbirlərə dəstək göstərməyi özümüzə borc hesab edirik. Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində AFFA ilə tərəfdaşlığımız çərçivəsində davamlı şəkildə bir çox işlər görmüşük. Bundan öncə Azərbaycanda keçirilən “FIFA U-17” Qadınlararası Dünya Çempionatının da rəsmi sponsoru olmuşduq. Bu il Bakıda təşkil olunacaq “UEFA U-17” Avropa Çempionatının keçirilməsində əlimizdən gələn dəstəyi göstərməyimiz üçün AFFA tərəfindən verilən imkana görə təşəkkürümüzü bildiririk”, - deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.
“Sevindirici haldır ki, 2012-ci ildən etibarən “Bakcell” şirkəti təkcə AFFA ilə deyil, ümumilikdə Azərbaycan futbolu ilə həmrəylik nümayiş etdirir. Bildiyiniz kimi, “FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan-2012”nin təşkili zamanı da biz “Bakcell” ilə əməkdaşlıq etmişik. İndi isə “Bakcell” “UEFA U-17” Avropa Çempionatının rəsmi sponsoru olacaq. Bundan əlavə, “Bakcell”in əməkdaşlığı ilə “Mançester Yunayted Futbol Məktəbi” layihəsi də uğurla həyata keçirilir. Ümid edirəm ki, gələcəkdə də bu səmərəli əməkdaşlığı davam etdirəcəyik”.
Qeyd edək ki, “FIFA U-17” Avropa Çempionatı UEFA-nın üzvü olan ölkələrin “U-17” milli yığma komandaları arasında 2001-ci ildən etibarən keçirilir. Sonuncu dəfə 2015-ci ildə bu çempionat Bolqarıstanda keçirilib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10

