Cüdo üzrə Azərbaycan çempionatında 55 idman klubundan 500-dək idmançı yarışır
27.12.2017 [10:11]
Dekabrın 26-da Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək 55 idman klubundan 500-dək cüdoçunun qatıldığı çempionatın əhəmiyyətini yüksək qiymətləndirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev ölkəmizdə idmanın bu növü üzrə parlaq nəticələrin əldə edilməsinin sevindirici olduğunu vurğulayıb. İdmanın bu növünün inkişafında belə mötəbər turnirlərin önəmini qeyd edən M.Quliyev veteran cüdoçular adından iştirakçılara uğurlar arzulayıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bir müddət əvvəl dövlətimizin başçısı İlham Əliyevin idmançıları, o cümlədən cüdoçuları da mükafatlandırdığını diqqətə çatdırıb. Vitse-prezident 2017-ci ildə qazanılan uğurlarda cüdoçuların böyük payının olduğunu, “Tokio-2020” Yay Olimpiya Oyunlarında onlara böyük ümidlər bəslənildiyini vurğulayıb.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev cüdoçularımızın 2017-ci ildə də mühüm uğurlar qazandıqlarını deyib. Federasiya prezidenti Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etdiklərinə görə cüdoçulara minnətdarlığını bildirib. O, bu uğurların növbəti ildə də təkrarlanması üçün idmançılara hər cür şəraitin yaradıldığını qeyd edib.
Çempionatı açıq elan edən Rövnəq Abdullayev cüdoçulara uğurlar arzulayıb.
Açılış mərasimi tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.
Azərbaycan çempionatı dekabrın 28-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

