/ / Arpaçay Karate Klubunun ən böyük hədəfi beynəlxalq müstəvidə Azərbaycanı layiqincə təmsil etməkdir
Arpaçay Karate Klubunun ən böyük hədəfi beynəlxalq müstəvidə Azərbaycanı layiqincə təmsil etməkdir
22.06.2019 [09:14]
Əməkdar məşqçi Yavər Hüseynov: Biz həvəslə işləyirik, zirvəyə çatmaq üçün də bu yoldan dönməyəcəyik
Son illərdə sürətli inkişaf göstəricilərinə görə dünyanın ən qabaqcıl ölkələri sırasına çıxan Azərbaycanda idman sahəsinə dövlət qayğısı daim hiss olunur. Gənc nəslin sağlam yetişməsi üçün hər il yeni-yeni idman-sağlamlıq obyektləri və müəssisələri, olimpiya idman kompleksləri tikilib istifadəyə verilir. Azərbaycanın gələcəyi olan uşaq və gənclərə yaradılan şəraitə görə idmanın bütün növlərinə axın ildən-ilə artır. Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına karate-donun rəsmi olaraq olimpiya növü kimi daxil edilməsi son illər Azərbaycanda karateyə marağı daha da artırıb. Uzun illər bu sahədə fəaliyyət göstərən, respublika və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticə göstərən, eyni zamanda, daim Azərbaycanın adını beynəlxalq müstəvidə tanıtmaq və bayrağını dalğalandırmaq əzmi ilə yaşayan karate məşqçiləri üçün bu hadisə ikiqat stimul rolunu oynayıb. Müsahibimiz Dünya Kombat-Şotokan Federasiyasının Azərbaycan üzrə nümayəndəsi, Azərbaycan Milli Karate-do Federasiyasının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin rəhbəri, Arpaçay Karate Klubunun prezidenti, IV dan qara kəmər sahibi, Əməkdar məşqçi Yavər Ənvər oğlu Hüseynov da onlardan biridir.
- Yavər müəllim, əvvəlcə idman sahəsinə gəlişiniz və sonrakı fəaliyyətiniz haqqında məlumat verməyinizi xahiş edirik.
- 1973-cü ildə Şərur rayonunda anadan olmuşam. Karate ilə tanışlığım 13 yaşımda olub. 1986-cı ildə Şərur rayonunun Dizə kəndində məşqçi Nadir Həsənovun rəhbərliyi ilə karatenin sirlərini öyrənmişəm. Azərbaycanın karate üzrə milli komandasının üzvü kimi 1990-cı illərdə yarışlarda iştirak etmişəm. Həmin vaxt hərbi xidmətdə olsam da, iştirak etdiyim bir neçə beynəlxalq yarışın qalibi olmuşam. Ordudan tərxis olunduqdan sonra, 1994-cü ildən Şərur rayonunda karate-do məktəbi yaratmışam. Gənc məşqçi olsam da, o vaxt bizim məşqlərə kifayət qədər axın yarandı. Elə vaxt olub ki, 240-dan çox tələbəm olub.
Onu da qeyd edim ki, 1995-ci ildən Naxçıvan daxilində yarışlar təşkil etmişik. Naxçıvanla yanaşı, İran və Türkiyədə keçirilən yarışlarda idmançılarımızın iştirakını təmin etmişik. 1999-cu ildən sonra Bakıya gələrək, burada dövlət və özəl müəssisələrdə çalışmaqla yanaşı, fərdi şəkildə karateçilər hazırlamışam. Daha sonra Sərhədçi Olimpiya Mərkəzində 5 il müddətində məşqçi kimi fəaliyyət göstərmişəm.
- İndi isə klubunuzun yaranma tarixi və nailiyyətlərinizdən bəhs edərdiniz.
- Arpaçay Karate Klubu 2015-ci ildə təsis olunub. Klubun rəhbəri mən, klubumuzun baş məşqçisi beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Vüqar Kərimov, “Sumqayıt-Binəqədi” filialının məşqçisi peşəkar idmançı Mehman Əlirzayev, digər gənc məşqçimiz isə Toğrul Adillidir. Yeni qatılan üzvlərlə yanaşı, klubumuzun 150-yə yaxın idmançısı var, 30-a yaxın üzvü olan “yığma komanda”mız mövcuddur. Yaranmasının 4 ili tamam olan klubumuzun üzvləri bu müddət ərzində Azərbaycanın daxilində və beynəlxalq yarışlarda müntəzəm iştirak edərək kifayət qədər yüksək nəticələr əldə ediblər. Lakin bizim hədəfimiz təkcə klubumuzun Azərbaycan daxilində 1-ci olması deyil, dünya üzrə 1-ci yerə çıxmasıdır. Təbii ki, bu istək beynəlxalq idman arenalarında Azərbaycanın bayrağının daha tez-tez dalğalanması, himnimizin davamlı olaraq səslənməsini təmin etmək arzusundan qaynaqlanır.
Onu da xatırladım ki, son respublika çempionatında Arpaçay Karate Klubu sağlam rəqabət şəraitində 70-ə yaxın klub arasında ön sıralardan birini tutub. Bu, onu göstərir ki, sağlam rəqabət olan yerdə inkişaf da olur. Buna baxmayaraq, özümüzdən razı deyilik. Ona görə ki, klubumuzun belə bir şüarı var: “Biz demirik ki, bizdən yoxdur, biz deyirik ki, biz də varıq”.
- Azərbaycanın karate üzrə milli komandasında xeyli yetirməniz var, həmçinin beynəlxalq turnirlər təşkil edirsiniz. Klubunuzun uğurlarının sirri nədədir?
- Təvazökarlıqdan uzaq olsa da, Arpaçay Karate Klubunun bu 4 il müddətində əldə etdiyi uğurları özümün karatenin şotokan növü üzrə 27 illik təcrübəm, klubumuzun baş məşqçisi Vüqar Kərimovun çoxillik təcrübə və bacarıqları, digər məşqçilərimizin peşəkarlığı və əzmi ilə əlaqələndirə bilərəm. Təbii ki, burada gənc idmançıların karate idman növünü sevərək, onun incəliklərini mənimsəyərək yerli və beynəlxalq turnirlərdə tətbiq etməsi də böyük rol oynayır. Belə ki, biz son 1 ildə klublararası yarışlarda 12-13 və 14-15 yaşlı idmançılar arasında dəfələrlə 1-ci yeri qazanmışıq. Klubumuzun üzvləri nəinki respublika üzrə turnirlərdə, dünya, Avropa çempionatlarında həmişə medal qazanıblar. Elə bu günlərdə Macarıstanda keçirilən məktəblilərin dünya çempionatında yeniyetmələrdən ibarət milli komandada təmsil olunan iki yetirməmiz - Ramil Baxşəliyev və Hüseyn Hüseynzadə çempion olublar. Həmin turnirdə Azərbaycan milli komandası medal sayına görə 1-ci yerə çıxıb.
Lakin biz bu nəticələrlə kifayətlənmirik, çünki hədəfimiz daha da yüksəkləri fəth etməkdir. Bunun üçün klubumuzda kifayət qədər hazırlıqlı idmançılar var. Təkcə bir faktı deyim: yığma komandamızın 3-8 il müddətində intensiv məşq keçən idmançıları arasından müxtəlif yaş qruplarında 13 nəfər yüksək nəticə göstərərək Milli Karate Federasiyasının Azərbaycan milli komandasının yeniyetmə və gənclər üzrə komandasının tərkibinə daxil ola biliblər.
- Hər il keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpachay Open” turniri ilə yanaşı, digər beynəlxalq və klublararası turnirlər də təşkil edirsiniz. Nəticələr sizi qane edirmi?
- Mən xarici ölkələrdə keçirilən yarışlarda iştirak edəndə həmin turnirlərin bizdə təşkil edilməməsinə görə məyusluq hissi keçirirdim. Bu hisslər məni beynəlxalq yarış təşkil etməyə məcbur etdi. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ilk beynəlxalq yarış da bu hədəfdən qaynaqlandı. Bəzi müəllim və hakimlər böyük riskə getdiyimizi desələr də, biz 2016-cı ilin yanvarında bu yarışı keçirə bildik. Bundan sonra ənənəvi olaraq 20 Yanvar faciəsinin ildönümü ərəfəsində təşkil etdiyimiz beynəlxalq yarışlar yüksək səviyyədə baş tutdu. 2016-cı ildəki ilk açıq çempionatda 400, 2017-ci ildə 600, 2018-ci ildəki üçüncü turnirdə 810, ən nəhayət, 2019-cu ildə keçirilən, sonuncu “Arpachay Open” adlanan beynəlxalq turnirimizdə 10 ölkədən 1150 nəfər idmançı iştirak edib. 2020-ci ilin yanvarında keçiriləcək növbəti beynəlxalq turnirimizdə 17 ölkədən idmançıların iştirakı gözlənilir.
Yeri gəlmişkən, ötən ay Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxchıvan Open” beynəlxalq turniri keçirdik. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən (10 ölkə) 400-ə yaxın idmançı iştirak etdi. Bu günlərdə isə FHN-in Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş karate üzrə seminar və Xətai rayon birinciliyi keçirdik. İkiqat dünya çempionu, VII dan qara kəmər sahibi Füzuli Musayevin rəhbərliyi ilə seminar böyük maraqla qarşılandı.
Onu da deyim ki, bizim yerli, klublararası, respublika və beynəlxalq turnirlərimizin hamısı tarixi hadisələrə və vətənpərvərliyə həsr olunub. Bizim bu yöndə fəaliyyətimiz davamlı olacaq. Məsələn, bu ilin sentyabrında Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirməyi planlaşdırırıq.
- Yeri gəlmişkən, gələcək planlarınız və qarşılaşdığınız çətinliklər barədə nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin idmana qayğısı və diqqəti bütün idmançılar kimi, bizim üzərimizdə də hər zaman hiss edilməkdədir. Biz də bu qayğıdan ruhlanaraq, fəaliyyətimizi genişləndirir, karateçilərin hazırlığı və yarışların keçirilməsi üçün əzmlə çalışırıq.
Çətinliklərə gəlincə, bütün müstəqil klublar kimi, təbii ki, nisbətən aşağı yaşda olan idmançıların respublikadaxili yarışlar və beynəlxalq turnirlərə hazırlığı və iştirakının təmin olunmasında müəyyən çətinliklərimiz olur. Buna görə də həm dövlət orqanları, həm də özəl sektorlarda olan dostlarımıza vaxtaşırı sponsorluq üçün müraciət edirik. Ümid edirəm ki, dostlarımız və digər karatesevər şəxslər bu çağırışlara biganə qalmayacaqlar.
Bütün çətinliklərə baxmayaraq, gələcəyə nikbin baxırıq və əzmlə çalışırıq. Ona görə ki, qarşımıza qoyduğumuz hədəfə həmişə çatmışıq. Belə ki, Arpaçay Karate Klubunu yaradanda ilk hədəfimiz o olmuşdu ki, qısa müddətdə ölkə daxilində klubumuzu tanıdaq. Biz buna, doğrudan da, nail olduq.
Sonrakı hədəfimiz klubumuzun üzvlərindən perspektivli gəncləri seçərək və hazırlayaraq “yığma komanda” yaratmaq və bu yığmadan Azərbaycanın karateçilərindən ibarət milli komandaya idmançı yetişdirmək olub. Bu hədəfə də biz artıq nail olmuşuq.
2020-ci ildən sonra növbəti hədəfimiz mənim və Vüqar müəllimin yetişdirdiyi artıq yeniyetmə dövrünü adlayan idmançıların dünya və Avropa çempionatlarına, olimpiya oyunlarına hazırlanmasıdır. Həmin idmançıların dünya arenasına çıxması və medal qazanması, birincisi, Azərbaycanın uğurudur, ikincisi də, gələcək planlarımızın həyata keçirilməsidir. Biz həvəslə işləyirik, zirvəyə çatmaq üçün də bu yoldan dönməyəcəyik.
Digər ən mühüm hədəfimiz gələcəyimiz olan uşaqların sağlam böyüməsinə töhfə verməkdir. Bu prosesdə karate-do idman növünə marağı təşviq etməklə uşaq və gənclərin sağlam həyat tərzi sürməsi yönündə dövlətimizin yürütdüyü siyasətə xidmət edirik. Bunların hamısı isə Vətənə sevgidən, ümumAzərbaycan marağından qaynaqlanır. Arpaçay Karate Klubunun ən böyük hədəfi isə beynəlxalq müstəvidə Azərbaycanı layiqincə təmsil etməkdir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27

