Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Çinin Azərbaycanda yeni sərmayə planları

Çinin Azərbaycanda yeni sərmayə planları

24.10.2024 [09:16]

Pekində Çin şirkətlərinin ölkəmizdə rəqəmsal və “yaşıl layihələr”də iştirakına dair yeni razılaşmalar əldə olunub

Pekində “Bir Kəmər Bir Yol” mövzusunda keçirilən Enerji Nazirlərinin 3-cü iclasında Çinin tanınmış texnologiya şirkətlərinin ölkəmizlə bağlı investisiya planları da diqqət mərkəzində olub. Azərbaycanın energetika naziri Pərviz Şahbazov tədbir çərçivəsində nüfuzlu Çin şirkətlərinin rəhbərləri ilə görüşərək ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm sahələrindən birinə çevrilmiş “yaşıl enerji” əməkdaşlığının mövcud vəziyyəti və inkişaf etdirilməsi perspektivlərini müzakirə edib. Ümumilikdə, iclas Azərbaycan və Çin şirkətləri arasında bərpa olunan enerji sahələrində yeni layihələrin qiymətləndirilməsi və sərmayə imkanları baxımından məhsuldar olub.

Çinin “yaşıl texnologiyalar” üzrə tanınmış korporosiyalarından biri olan “China Energy International Group Co.,Ltd.” şirkətinin vitse-prezidenti Lin Siadon Azərbaycanın bərpa olunan enerji güclərinin inteqrasiyası, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, enerji avadanlıqlarının istehsalının təşkili və “yaşıl enerji” dəhlizləri üzrə əməkdaşlığın artırılmasına dəstəyini ifadə edib. Şirkətin azad ərazilərdə təmsil olunduğu layihələrin effektivliyini müsbət dəyərləndirən Lin Siadon Füzuli rayonunda 60 MVt-lıq və 100 MVt-lıq günəş elektrik stansiyalarının tikintisini yaxşı nümunə adlandırıb. Həmin bölgədə “yaşıl güclərin” potensialının yüksək olması nəzərə alınaraq şirkətin digər layihələrdə də təmsil olunmaq niyyəti bəyan edilib. Çin şirkəti işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirilməsinə, inzibati və yaşayış binalarının avadanlıqlarla təchizatında da iştirak etmək imkanlarını artırmaq niyyətindədir. Həmçinin, digər ərazilərdə də günəş enerjisi, dənizdə külək enerjisi layihələrinə sərmayə qoyuluşları müsbət dəyərləndirilib və bu istiqamətlərdə əməkdaşlığın hüquqi istinadı kimi işçi qrupunun yaradılması qərara alınıb. Yaxın günlərdə bununla bağlı Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

“China Energy” və “China Datang”in “ağıllı texnologiya”ları...

Qeyd edək ki, “China Energy” Dövlət Neft Şirkəti (SOCAR) ilə də sıx əməkdaşlıq edir. Bir müddət əvvəl Bakıda olan şirkətin nümayəndə heyəti quruda və dənizdə külək enerjisi ilə bağlı potensialları qiymətləndirərək istehsal zəncirinə qoşulmağa qərar verib, iyun ayında SOCAR-la Əməkdaşlıq Sazişi imzalanıb. Sənədə əsasən, “yaşıl hidrogen” daxil olmaqla bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində birgə işlər həyata keçiriləcək.

Azərbaycanın energetika nazirinin “China Datang Corporation Limited” şirkətinin İdarə Heyətinin sədri Cou Ley ilə görüşündə rəqəmsal texnologiyalar sahəsində əlaqələrin inkişaf etdirilməsinə toxunulub. Qeyd edilən şirkət qlobal bazarlarda rəqəmsal texnologiaylar üzrə liderlərdən biri kimi fiberoptik “yaşıl kanallar”ın çəkilişində əsas təchizatçılarındandır. Bu baxımdan Azərbaycandan Avropaya “yaşıl enerji”nin ixracını nəzərdə tutan Xəzər-Qara dəniz- Avropa” “yaşıl kabel”inin çəkilişində Çinin adıçəkilən şirkəti investor və texnologiya təminatçısı kimi fəal rol oynaya bilər.

“China Datang” şirkətinin də Azərbaycanda “yaşıl layihə”lərə marağı böyükdür. Bu şirkət müxtəlif sektorlarda, xüsusilə də sənaye sahələrində karbon qazının idarə edilməsi və emissiyasının azaldılmasında rol oynayan müasir “ağıllı texnoilogiya”ların tətbiqi üzrə nüfuz qazanıb. Asiya və Avropanın bir çox regionlarında şirkətin təmsilçiliyi sayəsində sənaye və tikintidə ekoloji mühitlə bağlı layihələrdə uğurlar əldə olunub. Eləcə də elektrik enerjisinin planlaşdırılması və mühəndislik institutunun yaradılması sahəsində bu şirkətin təcrübəsi böyükdür. Bu baxımdam “China Datang” şirkətinin təcrübəsindən ölkəmizdə də istifadə edilməsi məqsəduyğun hesab olunur. Şirkətlə yaxın günlərdə əməkdaşlıq sənədinin imzalanması nəzərdə tutulur ki, bu, Azərbaycanda təmiz enerjiyə keçid transformasiyasına töhfə verə bilər.

“Huavey”ə Qarabağ və Şərqi-Zəngəzurda...

Dünya texnologiyalar sektorunun liderlərindən biri olan “Huawei” şirkəti xeyli müddətdir ki, Azərbaycanın İKT sektorunda təmsil olunur. 2000-ci illərin əvvəlində ölkəmizin  İKT bazarına daxil olmuş bu transmilli şirkət rabitə avadanlıqlarının təchizatı, quraşdırılması, təkmilləşdirilməsi, müxtəlif növ müasir texnoloji həllərin tətbiqi, mobil avadanlıqlar və smartfonların tədarükü ilə bazar payını 50 faizə yaxınlaşdırıb. Hazırda “Huavey”ə 5G texnologiyasının Azərbaycanda tətbiqi ilə yanaşı, Qarabağ və Şərqi-Zəngəzurda mobil sistemlərin qurulması, “ağıllı şəhər” və kəndlərin rəqəmsal avadanlıqlarla təchizatı prosesində iştirak etməkdədir. Şirkətin vitse-prezidenti Kay Son bildirib ki, Azərbaycanla əməkdaşlıq çərçivəsində “Huawei” öz texnoloji potensialını və rəqəmsal enerji sahəsindəki təcrübəsini daha da genişləndirmək niyyətindədir. Xüsusilə də azad ərazilərdə rəqəmsal enerji, “ağıllı şəbəkə” infrastrukturunun təminatında daha çox yer almaq istəyir. Bundan başqa, Asiya-Azərbaycan-Avropa fiber-optik kabel layihələrində “yaşıl enerji” əsaslı məlumat mərkəzinin yaradılmasına öz töhfəsini vermək niyyətindədir.

Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti isə Azərbaycanda 2 giqavatt gücündə bərpaolunan enerji layihələrini icra edəcək. Şirkət sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi istehsalı, enerji saxlama və inteqrasiya olunmuş “ağıllı enerji” sistemlərinin qurulması,”yaşıl hidrogen” istehsalına investisiya qoyuluşu proqramını açıqlayıb və yaxın vaxtlarda niyyət sənədinin imzalanması gözlənilir.

Çinin “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti isə müasir rəqəmsal infrastrukturların qurulmasında öz köməyini təklif edir. Oktyabrın 15-də Azərbaycan İnvestisiya Holdinqi ilə şirkət arasında imzalanmış əməkdaşlıq üzrə Anlaşma Memorandumuna əsasən, “ağıllı infrastruktur”, innovativ mexanizmlər və informasiya texnologiyaları istiqamətlərində layihələr icra olunacaq.

2030-cu il hədəfinə töhfə...

“FiberHome”un icraçı direktoru Hai Lan bildirib ki, şirkət telekommunikasiya texnologiyaları sahəsində ən son modellərin Azərbaycanda tətbiqi üçün sərmayə proqramı icra etməyə hazırlaşır. Həmçinin Çinin “Wenzhou Nixin Trading Co. Ltd”, “Wontai Power” və digər İT və “ağıllı texnologiyalar” üzrə ixtisaslamış şirkətləri də ölkəmizdə təmiz enerjiyə keçid strategiyasına əsasən, müasir sənaye klasterlərinin, rəqəmsal idarəetmə mərkəzlərinin yaradılmasında iştirak etmək planlarını nəzərdən keçirir.

Ümumilikdə, Çinin digər şirkətlərinin də ölkəmizin “yaşıl sektoru”na marağı böyükdür. Son aylarda bu ölkənin şirkətləri ilə bərpa olunan enerji, enerji saxlancı sistemləri və şəbəkə infrastrukturları, “ağıllı texnologiyalar”ın təchizatı, “yaşıl enerji” və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair əldə edilmiş razılıqlar yaxın perspektivdə Azərbaycanın İT və “yaşıl texnologiyalar” sektorunda Çinin böyükhəcmli sərmayə bumunun başlayacağından xəbər verir. Sərmayələrin artması isə Azərbaycanın 2030-cu ilə dair sosial-iqtisadi inkişaf prioritetlərində nəzərdə tutulan əsas hədəflərdən birinin - ölkəmizin innovasiyalar məkanına çevrilməsinin gerçəkləşməsində əhəmiyyətli rol oynayacaq.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Qalibiyyət sevinci

05 Noyabr 17:22

YAP xəbərləri

Mədəniyyət

Uğura gedən yol

05 Noyabr 14:10  

İqtisadiyyat

Siyasət

10-cu görüş...

05 Noyabr 09:23

Sosial

İqtisadiyyat

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30