Xəzərin dibi ilə yaradılan əməkdaşlıq körpüsü
24.10.2025 [10:54]
İntensiv siyasi dialoqa adekvat olaraq iqtisadi əlaqələrin genişlənməsi, yeni nəqliyyat bağlantıları, icra olunan layihələr Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətləri getdikcə dərinləşdirir və ölkələrimiz bir-birinə daha sıx bağlanır. Bu kontekstdə Azərbaycan - Qazaxıstan əlaqələrinin strateji tərəfdaşlılq səviyyəsinə yüksəlməsi xüsusi diqqət çəkir. İki dost ölkə arasında qarşılıqlı maraqlara əsaslanan münasibətlər çoxvektorludur və bura yeni perspektivli istiqamətlər də əlavə olunur.
Azərbaycan-Mərkəzi Asiya “yaşıl enerji” gündəliyi
Azərbaycanla Qazaxıstan və bütövlükdə Mərkəzi Asiya regionu dövlətləri arasında böyük perspektiv vəd edən yeni əməkdaşlıq istiqamətlərindən biri “yaşıl enerji” seqmentidir. İndiyədək Azərbaycan və Qazaxıstan enerji əməkdaşlığı üzrə yaxşı nəticələr qazanıblar. Qeyd edək ki, 2023-cü ildən indiyədək Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə 3 milyon tondan çox Qazaxıstan neftinin nəqli reallaşdırılıb. Keçən il bu strateji xammalın Azərbaycan ərazisindən tranziti təxminən 1,5 milyon ton təşkil edib. Yaxın vaxtlarda bu həcmi artırmaq, həm də xeyli artırmaq nəzərdə tutulur. Həmçinin SOCAR və “KazMunayGaz” arasında birgə layihələr üzrə əməkdaşlıq imkanları da müzakirə olunur.
İki dost ölkə qazanılan təcrübəyə, qarşılıqlı etimad mühitinə istinad etməklə “yaşıl enerji” seqmenti üzrə də əməkdaşlığa başlayıb. Bu günlərdə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov ölkələrimiz arasında Xəzər dənizinin dibi ilə “yaşıl enerji” kabelinin çəkilməsi layihəsinin hazırlanması prosesindən danışıb. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlığın əsas mövzusu enerji sahəsidir. Bu, neftin Bakı-Tbilisi-Ceyhan marşrutu vasitəsilə əlavə istiqamət üzrə nəqli və Xəzər dənizinin dibi ilə “yaşıl enerji” kabelinin çəkilməsini əhatə edir.”Hazırda artıq birgə müəssisə yaradılıb, texniki-iqtisadi əsaslandırma mərhələsi maliyyələşdirilib”, - deyə nazir qeyd edib. Qazaxıstanlı nazir bildirib ki, layihənin maliyyələşdirilməsində iki bank, o cümlədən Asiya İnkişaf Bankı iştirak edir. “Hazırda texniki-iqtisadi əsaslandırmanın formalaşdırılması prosesi gedir. Bu mərhələ başa çatdıqdan sonra layihənin dəqiq dəyəri müəyyən ediləcək və qərar qəbul olunacaq”, - deyə Akkenjenov əlavə edib.
Burada söhbət ötən ilin noyabrında Bakıda böyük uğurla baş tutan COP29 şərçivəsində Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin müvafiq layihə üzrə üç ölkə və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında təsdiqlənən İcra Proqramının həyata keçirilməsi istiqamətində görülən işlərdən gedir. Xatırladaq ki, bir qədər bundan əvvəl Azərbaycan Energetika Nazirliyində “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC arasında “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması və nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması ilə bağlı sənəd imzalanıb. Sənəd “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti”nin şöbə müdiri Saltanat Şunayeva və “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin İdarə Heyəti sədrinin müavini Feruz Kurbonov tərəfindən imzalanıb. “Yaşıl Dəhliz Birliyi” MMC-nin rəhbəri (baş direktor) vəzifəsinə Fərhad Məmmədovun təyin edilməsi razılaşdırılıb.
COP29 çərçivəsində imzalanan Sazişin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq “yaşıl enerji”nin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək. Həmçinin layihə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirərək, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdıracaq. Bu əməkdaşlıq, həmçinin Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək. Layihə Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır və Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlığa xidmət edəcək. Təsadüfi deyil ki, Avropa İttifaqı “Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinin yaranmasına 1 milyard avro həcmində kredit ayıracağını bəyan edib.
Dost ölkələrin geniş potensialı və hədəfləri
Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 iqlim konfransında dövlət başçıları tərəfindən müvafiq sənəd imzalanarkən müasir çağırışlar və üç dost ölkənin alternativ enerji sahəsində geniş potensialı və iddialı hədəfləri əsas götürülüb. Məlumdur ki, hazırda qlobal enerji bazarında sürətli transformasiyalar gedir. Bir tərəfdən, ölkələr üçün enerji təhlükəsizliyinin önəmi artır. Digər tərəfdən isə qlobal istiləşmə, ekoloji fəlakətlərin artması nəzərə alınmaqla enerji istehsalında bərpaolunan enerji mənbələrdən daha geniş istifadə olunması prioritet kimi qəbul edilir. Beləliklə, “yaşıl enerji”yə keçid dünya üçün yeni bir vazkeçilməz çağırışdır.
Azərbaycan yeni qlobal çağırışa ilk qoşulan ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və “yaşıl enerji” məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. Bütövlükdə, respublikamızda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Müəyyənləşdirilən zaman çərçivəsində bu hədəfə çatılması tam realdır. Xəzərin Abşeron sahillərində, işğaldan azad olunmuş ərazilərimizdə, Naxçıvanda bərpaolunan mənbələrdən enerji istehsalı üçün geniş imkanlar mövcuddur. Hesablamalara görə, ölkənin bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt təşkil edir. 2032-ci ilədək quruda və dənizdə yaradılacaq 6 QVt-dan çox gücün 4 QVt-nın “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi ilə mərhələli şəkildə ixracına başlanması planlaşdırılır ki, bu da təxminən 4,5 milyon ton emissiyanın azaldılmasına bərabərdir.
Ölkəmizdə elektrik enerjisi istehsalının ilbəil artması məmnunluq doğurur. 2025-ci ilin 9 ayı üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 12,1 milyon kVt·st artaraq 21 798,7 mln. kVt·st olub. Bu dövrdə İES-lərdə 18 659,6 milyon kVt·st, SES-lərdə 2 414,3 milyon kVt·st, digər mənbələr üzrə isə 724,8 milyon kVt·st, o cümlədən külək elektrik stansiyalarında 30,5 milyon kVt·st, Günəş elektrik stansiyalarında 511 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Xəzərin digər sahillərində yerləşən dost Qazaxıstan və Özbəkistan da böyük həcmlərdə bərpaolunan enerji potensialına malikdirlər. Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı planlaşdırır, 2050-ci ilə qədər isə “yaşıl enerji” ümumi enerji istehlakının azı yarısını təşkil etməlidir. Qazaxıstanın külək enerjisi potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, Günəş enerjisi potensialı isə 1 trilyon kilovat/saatdır.
Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payını 25 faizə çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 QVt, Günəş enerjisinin potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir ki, bunlar da kifayət qədər böyük həcmlərdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:40

