TAP yenidən gündəmdə...
17.12.2021 [10:20]
Nicat Dilqəmli
Azərbaycanda qaz layihələrinin icrası uğurla həyata keçirilməkdədir. Bu xüsusda Azərbaycan qazının Avropaya nəqlinə hesablanan Trans-Adriatik Qaz Kəməri (Trans-Adriatik Pipeline (TAP)) layihəsini qeyd etmək yerinə düşər. TAP layihəsi Cənub Qaz Dəhlizinin mühüm seqmentlərindən biri olaraq” Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizinin dibindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini yerinə yetirir. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Məlumatlara görə, Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin “Axpo” şirkəti irəli sürüb. Beləliklə, 10 il ərzində aparılan araşdırmalar və danışıqlar nəticəsində ideya reallığa çevrilib. Azərbaycanın yürütdüyü çoxşaxəli siyasət sayəsində reallaşan bu layihə dünya ölkələrinin də diqqət mərkəzindədir. Müxtəlif dairələrdə, hətta bu layihənin regionda böyük qaz ixracatçılarından biri olan Rusiya ilə rəqabət xarakteri daşıdığı da müzakirə olunur. Halbuki Azərbaycan enerji siyasətini heç vaxt digər ixracatçılarla rəqabət aparmaq üçün müəyyənləşdirmir. Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibəsində də bu məqama xüsusi diqqət çəkilib. “El Pais” qəzetinin müxbirinin dövlət başçımıza ünvanladığı “ötən il həyata keçirdiyiniz yeni qaz dəhlizi - TAP layihəsinə cənab Putin ilə söhbətlərinizdə toxunulubmu? Bu, Rusiya qazına alternativ olduğu üçün cənab Putini narahat edən məsələdirmi?” sualına dövlət başçımızın cavabı belə olub: “Xeyr. İl ərzində müntəzəm olaraq görüşməyimizə və tez-tez telefon söhbəti aparmağımıza baxmayaraq, səmimi desəm, biz heç vaxt Prezident Putinlə bu məsələni müzakirə etməmişik”.
Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Vladimir Putin bu məsələni heç vaxt qaldırmayıb: “Çünki zənnimcə, bu rəqabət məsələsi böyük mənada şişirdilib. Bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz. Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır”.
Azərbaycan Avropaya qaz ixracatı məsələsinə heç vaxt rəqabət kimi baxmayıb. Belə ki, bu, sadəcə kommersiya layihəsidir: “Bizim Avropaya ixracımız dediyim kimi, rəqabət təşkil etmir və biz heç vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu, bir kommersiya layihəsi idi. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan “Şahdəniz” yatağının daxili gəlirlilik dərəcəsi artıb. Yəni, o, kommersiya baxımından çox cəlbedici olub. Biz nəhəng qaz ehtiyatlarına malikik və bizim bazara ehtiyacımız var idi”.
Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan müsahibəsində ölkəmizin enerji resurslarının ixracı məqsədilə Avropa İttifaqı məkanını seçməsinin səbəblərinə də aydınlıq gətirib. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Bizim üçün bazar hara ola bilərdi? Bu, Rusiya ola bilməzdi, çünki Rusiya özü ixracatçıdır. Bu, Gürcüstan da ola bilməzdi, çünki onun qaza olan ehtiyacı nisbətən azdır. Bu, Türkiyə ola bilərdi və oradan isə Avropa. Biz məhz belə də etdik. Türkiyəyə ixrac 2006-cı ildə başlandı. Həcm getdikcə artırdı və daha sonra Avropaya ixrac başlandı. Yəni, bizim üçün bu, bir kommersiya layihəsi idi, lakin onu siyasiləşdirdilər. Təəssüf ki, böyük mənada bunun heç bir mənası yox idi. Rusiya Federasiyası və onun rəhbərliyi məsələnin əsl mahiyyətini anlayır. Bizim qazımız heç bir halda alternativ deyil. Bu, yalnız istehlakçıların ehtiyacı olduğu əlavə həcmdir. Məsələn, bu gün bizim qazımız Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Qazımız artıq Avropaya nəql edildiyindən biz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəyik”.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

