Sahibkarlara növbəti güzəşt
25.05.2023 [11:31]
İmkanlar genişləndirilir
Nicat Dilqəmli
Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra Azərbaycan dövləti yeni prioritetlər müəyyən etdi. Uzun illər işğal altında saxlanılan dədə-baba torpaqlarımızda mənfur düşmənin basdırdığı minaların aşkarlanaraq zərərsizləşdirilməsi, bərpa-quruculuq işlərinin aparılması, nəticə etibarı ilə keçmiş qaçqın və məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi bu prioritetlər sırasında ilk yerdə qərarlaşıb. Müharibənin başa çatmasından qısa müddət sonra başlanılan abadlıq-quruculuq işlərinin uğurlu nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar verilir. Həmin ərazilərin bərpası, yenidən canlanması, ən müasir tələblərə cavab verən infrastrukturun qurulması dövlət başçısının birbaşa nəzarətindədir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı görülən işlərlə şəxsən maraqlanması, müvafiq tapşırıqlar verməsi, habelə həmin ərazilərdəki çıxışlarında bərpa-quruculuq işləri barədə söhbət açması deyilənləri bir daha təsdiq edir. Dövlət vəsaitləri hesabına həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycan dövlətinin gücünü, qüdrətini nümayiş etdirir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışın reallaşması üçün vacib olan məqamlardan biri bu ərazilərin minalardan təmizlənməsidir. Məhz bu məqsədlə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4311 milyon manat vəsaitdən 99,9 milyon manatı sırf ərazilərin minalardan təmizlənməsinə xərclənib. Bundan başqa, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına 82,8 milyon manat xərclənib.
Bütün bunlarla bərabər hazırda əsas hədəf dövlət investisiyalarının tədricən özəl investisiyalarla əvəzlənməsi, işğaldan azad olunmuş ərazilərin bərpası üçün layihələrin maliyyələşdirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadiyyatın liberallaşdırması, dövlət əmlakının özəlləşdirilməsinin və aktivlərinin satışının sürətləndirilməsidir. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən mütəmadi olaraq müxtəlif güzəştlər tətbiq edilir. Sahibkarlığın dəstəklənməsi istiqamətində atılan addımlardan biri də istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların kommunal xidmətlərə görə ödədikləri vəsaitin bir qismini geri ala bilməsi barədə qərardır. Belə ki, işıq, su, qaz və kanalizasiya xidmətlərindən istifadə üçün büdcəyə ödənilən pulun 20 faizi geri alınacaq. Daha dəqiq desək, sahibkar tərəfindən ay ərzində fərqli kommunal xidmətlərin istifadəsi zamanı 1000 manat ödəniş həyata keçirilibsə, onun 200 manatı sahibkarın hesabına qayıdacaq. Təbii ki, sözügedən güzəştin tətbiq edilməsinin vacibliyini, qərarın əhəmiyyətini müxtəlif aspektlər üzrə dəyərləndirmək olar. Lakin burada önəmli olan əsas məqam bu üstünlüklərin işğaldan azad edilmiş ərazilərdə çalışan sahibkarlar üçün geniş imkanların yaradılmasında, işçilərin əməkhaqqlarının artırılmasında və ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın formalaşmasında müstəsna rol oynamasıdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında tətbiq edilən güzəştlərin həm sərmayenin cəlb edilməsi, həm də yeni iş yerlərinin yaradılması baxımından vacib olduğunu bildirdi: “Nəzərə alsaq ki, məskunlaşma prosesinə paralel olaraq iqtisadiyyatın formalaşması və reintenqrasiyası əsas prioritetlərdəndir və iqtisadiyyatın formalaşması həm də yerli və xarici sərmayelərin cəlb edilməsini nəzərdə tutur. Bu baxımdan, sahibkarlara imkan verəcək ki, praktiki olaraq əksər vergilərdən azad olunmaqla öz fəaliyyətlərini qura bilsinlər”.
İqtisadçı-ekspertin sözlərinə görə, yalnız vergidən azadolunma deyil, eyni zamanda, sosial haqların kompensasiyası da birbaşa olaraq işəgötürənin xərcinin azalmasına və işçinin əməkhaqqısının artmasına imkan verəcək: “İşçilərlə bağlı olan güzəştlər onların məzuniyyət hüquqları daxil olmaqla əməkhaqqlarına birdəfəlik müavinətlərin alınmasına imkan yaradacaq. Güzəştlər kifayət qədər genişmiqyaslıdır. Bu həm işəgötürən, həm də işçinin bu güzəştlərdən faydalanmasına imkan verəcək”.
V.Bayramov onu da qeyd edib ki, güzəştlərin tətbiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın daha qısa zamanda formalaşmasına və Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunmasına imkan yaradacaq: “Eyni zamanda, həmin ərazilərimizin nəqliyyat və logistik imkanlarının genişləndirilməsi həm də güzəştlərdən istifadə edərək istehsal sahələri quran iş adamlarımızın, sahibkarlarımızın öz məhsullarını yalnız daxili bazara deyil, həm də xarici ölkələrə ixrac etməsinə imkan yaradacaq. Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın formalaşması Azərbaycan üçün həm də qeyri-neft ixrac imkanlarının genişləndirilməsinə səbəb olacaq”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 May 19:44

Xəbər lenti
29 May 18:22

Siyasət
29 May 17:10

Xəbər lenti
29 May 17:02

İqtisadiyyat
29 May 13:59

Xəbər lenti
29 May 13:57

Xəbər lenti
29 May 13:09

Xəbər lenti
29 May 12:21

Xəbər lenti
29 May 12:13

Xəbər lenti
29 May 11:25

Siyasət
29 May 11:03

Xəbər lenti
29 May 10:38

İdman
29 May 10:24

Xəbər lenti
29 May 09:30

Siyasət
28 May 23:24

Xəbər lenti
28 May 23:14

Xəbər lenti
28 May 23:08

Gündəm
28 May 22:44

Siyasət
28 May 22:09

Siyasət
28 May 21:30

Gündəm
28 May 21:17

Xəbər lenti
28 May 20:17

Xəbər lenti
28 May 20:14

Xəbər lenti
28 May 19:32

Xəbər lenti
28 May 18:40

Xəbər lenti
28 May 18:37

Xəbər lenti
28 May 18:35

Xəbər lenti
28 May 17:10

Xəbər lenti
28 May 17:08

Gündəm
28 May 16:59

Xəbər lenti
28 May 16:16

Xəbər lenti
28 May 16:13

Xəbər lenti
28 May 16:11

Xəbər lenti
28 May 13:38

Siyasət
28 May 13:21

Gündəm
28 May 13:19

Xəbər lenti
28 May 12:44

Xəbər lenti
28 May 11:53

Xəbər lenti
28 May 11:46

Xəbər lenti
28 May 11:40

Xəbər lenti
28 May 11:38

Xəbər lenti
28 May 11:35

Siyasət
28 May 11:32

Gündəm
28 May 11:30

Xəbər lenti
28 May 11:28

Xəbər lenti
28 May 11:01

Gündəm
28 May 10:59

Dünya
28 May 09:10

Xəbər lenti
27 May 23:47

Xəbər lenti
27 May 22:57

Xəbər lenti
27 May 22:55

Xəbər lenti
27 May 22:15

Xəbər lenti
27 May 22:14

Xəbər lenti
27 May 22:12

Gündəm
27 May 21:29

Xəbər lenti
27 May 21:27

Xəbər lenti
27 May 20:43

Xəbər lenti
27 May 20:41

Xəbər lenti
27 May 20:38

Xəbər lenti
27 May 19:38

Xəbər lenti
27 May 18:48

Xəbər lenti
27 May 18:42

Xəbər lenti
27 May 16:34

Siyasət
27 May 16:11

İqtisadiyyat
27 May 16:08

Xəbər lenti
27 May 16:06

Xəbər lenti
27 May 16:03

Xəbər lenti
27 May 14:08

Xəbər lenti
27 May 13:29

Xəbər lenti
27 May 13:26
