Nağdsız ödənişlər - şəffaf iqtisadiyyatın təşviqi...
27.09.2023 [11:51]
Ölkəmizdə iqtisadi artımın təmin edilməsi, şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu addımlardan biri nağdsız ödənişlərin əhatəsinin genişləndirilməsidir. Məlumdur ki, nağdsız ödənişlər maliyyə əməliyyatlarının şəffaf və sürətli aparılmasına imkan verir. Digər tərəfdən isə nağdsız ödənişlərin əsas üstünlüklərindən biri onların tətbiq edilməsinin yaratdığı komfortdur. Plastik kartlar və digər nağdsız ödəniş vasitələri ilə həm ölkə daxilində, həm də xaricdə alış-veriş üçün ödəniş imkanları yaranır.
Ötən illə müqayisədə 20.2 faiz artım...
Azərbaycanda son bir ayda ödəniş kartlarının sayı 323 min ədəd artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Belə ki, bu il sentyabr ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 323 min ədəd artaraq 15 milyon 669 min ədəd təşkil edib. AMB-dən verilən məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2 faiz artıb.
Qeyd edək ki, ödəniş kartlarında artım debet kartları üzrə 20 faiz, kredit kartları üzrə 21.4 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 65 min, kredit kartları 362 min, digər kartlar isə 2.1 milyon ədəd artıb.
Vətəndaşlarımız innovasiyalara açıqdır...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib ki, dünyada çoxdan tətbiq edilən bu praktika pandemiyadan sonra Azərbaycanda geniş və sürətli formada inkişaf etməyə başladı. Bu əməliyatlar zamanı operativliyin təmin olunduğunu vurğulayan iqtisadçı qeyd edib ki, kartla hansısa əməliyyatlar aparılarkən vergidən yayınmaq qeyri-mümkündür: “Nağdsız ödənişlər zamanı hökumət və dövlət tərəfindən pul vəsaitlərinin dövriyyəsinə alqı- satqı əməliyyatlarına geniş və dəqiq nəzarət etmək imkanı əldə olunur. Nağdsız ödənişlərin ən böyük üstünlükləri məhz bundan ibarətdir. Ümumiyyətlə, bütün ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi həm fiziki, həm hüquqi şəxslər, həm də hökumətin və dövlətin iqtisadi maraqları, mənafeyi üçün olduqca zəruri əhəmiyyət kəsb edir. Bundan başqa iri həcmdə alqı-satqı əməliyyatlarının nağd şəklində deyil, bank yolu ilə qeyri-nağd, köçürmə yolu ilə həyata keçirilməsinin tətbiqi özü çox effektiv bir vasitədir. Bu il avqustun 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 20 faiz artaraq 15 milyonu ötüb. Bu dövr ərzində ölkə daxilində bu kartlarla aparılan nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 24 milyard manata çatıb. Ölkə daxilində kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz bəndi artaraq 53 faizə bərabər olub. Daha bir maraqlı göstərici isə bu gün POS-terminallarda aparılan hər 4 əməliyyatdan birinin “token” əməliyyatı, yəni mobil telefonlar və ya digər ağıllı cihazlar vasitəsilə olmasıdır. Bu statistik göstəricilər vətəndaşlarda nağdsız ödənişlərə marağın yüksəldiyini və Azərbaycan əhalisinin innovasiyalara açıq olduğunu göstərir”.
İnfrasturuktur daha da genişləndirilməlidir
V.Bayramov qeyri-nağd hesablaşmaları zamanı “ƏDV geri al” mexanizminin tətbiqi ilə məqamı xüsusilə vurğulayıb. O, bildirib ki, bu mexanizm çərçivəsində təxminən yarım milyard manata yaxın vəsait vətəndaşlarımıza geri qaytarılıb: “Bütün bu faktlar vətəndaşlarımız üçün plastik kartlardan istifadəyə marağın artdığına sübutdur. 2023-cü ildən etibarən isə plastik kartlarla alış-veriş edən zaman daha çox ödəniş həyata keçirilir. Bu da təbii ki, nəticədə vətəndaşlarımızın plastik kartlardan istifadə etməklə ödənişlərin həyata keçirilməsinə marağının ar?masına gətirib çıxarıb. Qeyd edim ki, Azərbaycanda plastik kartların sayında da artımlar var. Həm pandemiya dövrü, həm də son illər onlayn alış-verişə marağın güclənməsi bütövlükdə nağdsız ödənişlərin həcminin artmasına səbəb olub. Bizim də təklifimiz odur ki, bu sahədə infrastruktur daha da genişləndirilsin. Xüsusən də bölgələrdə plastik kartlardan istifadə ilə bağlı çətinliklər var”.
İqtisadi artım üçün zəmin...
İqtisadçı qeyd edib ki, düzgün istifadə olunarsa, nağdsız hesablaşmalar vasitəsi mal və ya xidmət üçün daha etibarlı bir ödəniş üsuluna çevrilir:
“Dünya ölkələri üzrə aparılmış bir sıra tədqiqatlar sübut edir ki, nağdsız hesablaşmalar iqtisadi artıma müsbət təsir edir”.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxGündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54

