“Yaşıl sərmayələr”: Haradan, necə əldə etmək olar?
04.04.2024 [10:47]
“Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” məkanının yaradılması ilə bağlı bir sıra prioritetlər müəyyən edilib ki, bu da yaxın onillikdə yeni çağırışlardan biri kimi “yaşıl artım”a yönəlik səylərin və sərmayələrin artırılacağından xəbər verir.
“Yaşıl enerji” konseptinin icrası hədsiz dərəcədə böyük maliyyə tutumlu proqram olduğundan Azərbaycanın birbaşa yerli sərmayələri kifayət edə bilməz, ona görə də xarici investorların və aparıcı maliyyə institutlarının vəsaitlərinə ehtiyac duyulur. Bu baxımdan ölkəmiz “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir.
İlk olaraq, xarici sərmayədarların cəlb edilməsi əsas hədəflərdəndir. Bu istiqamətdə mühüm nəticələr əldə olunub. Son 2 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Bundan başqa, Azərbaycan Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. Dünya Bankı donor kimi öz maliyyə dəstəyini göstərəcəyini, Azərbaycanda 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri, “yaşıl hidrogen” və sahələrə investisiyalara açıq olduğunu bəyan edib. Avropa Bankı da bərpa olunan enerji və regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsində maliyyə donorluğuna razılıq verib. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayırmaqla bağlı Bakı ilə razılaşıb. Həmçinin, “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılmasında maliyyə təchizatçı olmaq niyyətini ifadə edib.
Asiya İnkişaf Bankı da Azərbaycanda enerji sektoruna, o cümlədən “yaşıl enerji” sahəsinə, xüsusi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji layihələrinə maliyyə dəstəyində maraqlı olduğunu bəyan edib.
Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq təcrübədə “yaşıl enerji” layihələrinin maliyyələşdirilməsində istifadə edilən digər maliyyə alətlərini də nəzərdən keçirir. Hazırda qlobal miqyasda “yaşıl” ehtiyacların ödənilməsinin bir aləti kimi yaşıl investisiyalardan geniş istifadə olunur. Bu, Avropa İttifaqı (Aİ) ölkələrində geniş yayılmış modellərdən biridir. Belə ki, Aİ ölkələrinin bir çoxunda ətraf mühit naminə “yaşıl istiqrazlar”? xüsusi yer verilir. “Yaşıl istiqrazlar” iqlim dəyişikliyinə davamlı olan iqtisadiyyata keçid üçün əlavə resursları toplamaq məqsədilə istifadə edilən investisiya mənbəyidir və 100-dən çox ölkə bu maliyyə mənbəyinə daha çox üstünlük verir. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatına görə, 2022-ci ilə qədər ümumilikdə 250 milyard dollar həcmində “yaşıl istiqrazlar” buraxılıb ki, bu kağızların yarısı maliyyə institutları tərəfindən emissiya edilib. Bu istiqrazların təxminən 34 faizi bərpaolunan enerji mənbələrinə ayrılır.
Bu kağızların emissiyasında əsas təşəbbüskarın Dünya Bankı olmasını və DB-nin Azərbaycanla “yaşıl enerji”də bir koalisiyada təmsil olunmasını nəzərə alsaq, ölkəmizin həmin istiqrazlara çıxışı daha asan ola bilər.
Digər bir maliyyələşmə mənbəyi “yaşıl enerji subsidiyaları”dır. Bu model də Aİ ölkələrində geniş yayılmış maliyyə alətlərindən biridir. Belə ki, müxtəlif ekoloji fondlar, eləcə də BMT-nin ətraf mühitlə bağlı qurumları da Aİ ilə əməkdaşlıq çərçivəsində ekoloji subsidiyaların ayrılmasında fəal rol oynayır. Bütün bu maliyyə mənbələrinə çıxış Azərbaycan üçün də əhəmiyyət kəsb edir və COP29 Zirvə görüşünün Bakıda keçirilməsini və BMT və digər qlobal təşkilatların, eləcə də digər beynəlxalq ekoloji icmanın üzvlərinin bu tədbiri dəstəkləməsini nəzərə alsaq, yuxarıda qeyd edilən maliyyə mənbələrindən, investisiyalardan faydalanması mümkün və labüddür.
Elbrus
Xəbər lenti
Hamısına baxGündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54

