Haqq səsimizin dünyaya çatdırılması!
27.12.2024 [09:12]
Ədalətə inamımızı itirmirik...
Uzun illər yurd həsrətindən sonra 44 günlük Vətən müharibəsində hərbi, siyasi, eləcə də diplomatik və informasiya sahəsində qələbə qazandıq. Ölkə başçısının İkinci Qarabağ savaşı müddətində və postmüharibə dövründə dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr xalqımızın Zəfər çalmasında son dərəcə əhəmiyyətli rol oynamışdı.
Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyini, müharibənin səbəblərini siyasi uzaqgörənliklə dünya auditoriyasının diqqətinə çatdırırdı. Bu da ondan xəbər verir ki, ölkəmiz təkcə ön cəbhədə deyil, həm də informasiya müharibəsində ciddi mübarizə aparırdı. Bütün dünyaya göstərmiş olduq ki, Azərbaycan xalqını işğalla, əzməklə, tapdamağa çalışmaqla, saxtakarlıqla məhv etmək mümkün deyil.
Müharibədə əldə olunan uğurlar, Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hansı işlər görülüb?
İnformasiya müharibəsi həmişə davam edəcək...
Sualımızı cavablandıran Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev bildirib ki, informasiya hazırda o qədər əhəmiyyətli vasitəyə çevrilib ki, ondan bütün məqsədlər üçün effektiv şəkildə istifadə etmək olur: “Ona görə də indiki zamanda informasiya müharibəsi yenə davam edir. Hərbi müstəvidə müharibə bitmiş hesab edilsə də, informasiya müharibəsi həmişə davam edəcək. Biz hazırkı texnologiyaların təqdim etdiyi müxtəlif növ informasiya alətlərini milli maraqlarımız üçün istifadə etməyi bacarmalıyıq. Necə ki, ordumuz hərbi sahədə tükənməz savaş nümunəsi yaratdı, media subyektləri də informasiya məkanında eyni qəhrəmanlığı göstərməyi bacarmalıdırlar. Lakin informasiyanın qəbul edilməsi də ayrıca bir məsələdir. Auditoriya bəzən ən doğru, dəqiq informasiyanı qəbul etməkdən imtina edir, çünki ya buna hazır deyil, ya da qəbul etmək istəmir. Burada bir daha informasiyanın siyasiləşməsi məsələsinə şahidlik edirik. Amma bütün bunlara baxmayaraq, bizim zəngin təcrübəmiz var”.
Elmi istiqamət vacibdir...
Deputatın sözlərinə görə, ermənilərin müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətdə təbliğatın aparılması üçün maarifləndirmə, elmi istiqamət vacibdir: “Hüquq, tarix sahəsində olan alimlərimizin potensialından istifadə edə bilərik. Alimlərin bu istiqamətə yönəlik elmi tədqiqatlarını da beynəlxalq ictimaiyyətə müxtəlif dillərdə çatdırmalıyıq”.
4 əsas cinayət
N.Məhəməliyev qeyd edib ki, ermənilərin törətdiyi dörd əsas beynəlxalq cinayət var. Bunlar hərbi təcavüz cinayəti, müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırım cinayətidir: “Həmin cinayətləri mühakimə etməkdən ötrü mütləq şəkildə fərdlər, onların hərbi-siyasi rəhbərliyi mühakimə edilməlidir. Beynəlxalq hüquqda beynəlxalq cinayət məhkəməsi deyilən qurum yaradılıb. Bu məhkəmə Roma Statutu əsasında fəaliyyət göstərir. Azərbaycan həmin beynəlxalq məhkəmənin statutunu hələ ratfikasiya etməyib. Ona görə də bu cinayətlərlə bağlı həmin məhkəməyə müraciət etmək imkanına malik deyilik.
Fikrimcə, gələcəkdə bu hüquqi vasitədən- beynəlxalq cinayət məhkəməsindən istifadə edib, erməni cinayətlərinə lazım olan hüquqi qiymət verilməsi ilə bağlı addımlar ata bilərik”.
Milli məhkəmələrimizin rolu...
Millət vəkili vurğulayıb ki, universal cinayət yurisdiksiyası prinsipinə əsasən, milli məhkəmələrimiz də sadaladığımız dörd cinayətə görə hüquqi mühakiməni həyata keçirə bilər: “Bu da öz sərəncamımızda olan hüquqi vasitələrdən biridir. 2020-ci ilin sentyabr-oktyabr aylarında Ermənistan tərəfindən Azərbaycanın hərbi əməliyyatlar zonasından tamamilə kənarda olan-Tərtər, Bərdə, Gəncə, Mingəçevir, Xızı, Abşeron, Yevlax, Beyləqan və digər yerlərdə sivil vətəndaşlar, mülki obyektlər hədəf kimi seçilmişdi. Bu, təbii ki, beynəlxalq hüquqla qadağan olunmuş əməl idi”.
İkili standartlar
Deputat bildirib ki, Ermənistan 44 günlük müharibədə beynəlxalq hüquqla qadağan olunmuş silahlardan da müntəzəm olaraq istifadə edirdi: “30 il ərzində gördük ki, bütün beynəlxalq təşkilatlar hər zaman Ermənistanın Azərbaycana hərbi təcavüzü məsələsində ikili standartlardan çıxış edib, ədalətli mövqe göstərməyiblər. Buna baxmayaraq, yenə də ədalətə inamımızı itirmirik və yenə də beynəlxalq qurumlara müraciət edirik. Gələcəkdə onların bu məsələdə hansı addım atacaqları, ədalətli mövqeyimizi dəstəkləyəcəyi və ya dəstəkləməyəcəyi artıq onların vicdanına qalmış məsələdir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxHadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Mədəniyyət
16 Oktyabr 10:04
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07

