/ / Kənd təsərrüfatının inkişafı regionların sosial-iqtisadi yüksəlişinin əsas komponentlərindən biridir
Kənd təsərrüfatının inkişafı regionların sosial-iqtisadi yüksəlişinin əsas komponentlərindən biridir
25.08.2015 [10:09]
Aqrar sahənin inkişafına yönələn Dövlət proqramları ölkəmizin ərzaq təhlükəsizliyinin təminatının qarantına çevrilib
Ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafı, ümumilikdə bütün sahələrdə ardıcıl tərəqqi və yüksəliş strategiyası uğurla həyata keçirilməkdədir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı Azərbaycanda reallaşdırılan məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir. Ümumiyyətlə, dövlət tərəfindən aqrar sahədə həyata keçirilən infrastruktur layihələrinin davamlılığı, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsinin sürətləndirilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib.
Əksər ekspertlərin də vurğuladıqları kimi, ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması heç də təsadüfi deyil. Belə ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla əhalinin iş yerləri ilə təminatında ən böyük pay sahibidir. Nəticədə, bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bununla yanaşı, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin, bu istiqamətdə bir sıra Dövlət proqramları reallaşdırılıb. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.
Onu da vurğulayaq ki, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları” respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayır. Təsadüfi deyil ki, məhz istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb.
Bu proqramların icrası nəticəsində ölkədə kənd təsərrüfatı sahəsində də ciddi artım müşahidə olunur. Çünki proqramların əsas hədəflərindən biri qeyri-neft sektorunda xüsusi yer tutan aqrar sahənin inkişafıdır. Güclü sənaye potensialı olan Azərbaycan, eyni zamanda, kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Bütün bu və digər amillər, həmçinin, qlobal miqyasda yaranan yeni çağırışlar ölkəmizdə kənd təsərrüfatının intensiv metodlarla inkişafını mümkün və zəruri edir. Qeyd edildiyi kimi, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, bu ilin birinci yarısında kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. İyul ayının 1-nə olan məlumata görə, qarğıdalı da daxil olmaqla 2,1 milyon ton payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərdən məhsul toplanıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 320,9 min ton çox məhsul yığılıb. Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 14 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 7,3 faiz artıb.
Qeyd etdiyimiz kimi, ölkədə kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən, taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. O da əlamətdar haldır ki, kənd təsərrüfatı istehsalçılarına verilən texnikanın 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.
Yeri gəlmişkən, cari ilin birinci yarısında Xaçmaz rayonunda da kənd təsərrüfatının inkişafı istiqamətində mühüm uğurlar əldə olunub. Məlum olduğu kimi, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu ilin birinci yarısında rayon üzrə 1550 ha sahədə şum qaldırılıb, 1201 ha yazlıq bitkilər - 135 ha yonca, 659 ha kartof, 407 ha tərəvəz əkilib. Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli Sərəncamına uyğun olaraq 2007-2014-cü illərdə rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına 19,8 milyon manat və toxum istehsalçılarına 1,5 milyon manat məbləğində yardım verilib. Son illər torpaq mülkiyyətçilərinin meyvəçiliyə marağının artması nəticəsində rayonda meyvə bağlarının ümumi sahəsi 15347 hektara çatıb. Hazırda rayonda 4000 ha alma bağı, 3000 ha fındıq, 1500 hektardan artıq şaftalı bağı var. Üzüm bağlarının ümumi sahəsi 299,6 hektardır.
Aqrar sahəyə yüksək dövlət qayğısı nəticəsində kənd təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda kifayət qədər işlər görülüb. Yalama Dövlət Damazlıq müəssisəsinin bazasında ən müasir texnologiyalara əsaslanan pilot heyvandarlıq-südçülük müəssisəsinin yaradılmasına başlanılıb. Hazırda ərazidə tikinti-quraşdırma işləri aparılır. Ötən müddətdə “Aqrolizinq” ASC-nin Xaçmaz filialı tərəfindən 1454 nəfər istehsalçıya 70 faiz güzəştlə 1141 ton azot və fosfor gübrələri satılıb.
2006-cı ilin iyul ayından başlayaraq Bakı şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında rayon kənd təsərrüfatı məhsulları istehsalçıları hesabat dövründə də müntəzəm iştirak edirlər.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

