Regionlarda aqrar sektorun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
24.01.2017 [10:01]
Kənd təsərrüfatının ayrı-ayrı sahələrində daha yüksək nəticələrin əldə olunması üçün yeni istehsal və ixrac imkanları yaradılır
Arxada qoyduğumuz 2016-cı il ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı baxımından uğurlu il oldu. Aqrar təsərrüfatların ayrı-ayrı sahələrində əldə olunan nəticələr bunu deməyə əsas verir. Cari il üçün hədəflənən nəticələr isə daha yüksəkdir. Bu məqsədlə hazırda regionlarda kənd təsərrüfatının ölkəmiz üçün yeni ixrac imkanları yaradacaq istiqamətlərinin intensiv şəkildə inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır və zəruri tədbirlər həyata keçirilir. Bütün ölkəboyu fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması, intensiv metodların tətbiqinə geniş meydan verilməsi aqrar sektorda yeni istehsal və ixrac imkanları yaradır.
Bəli, bu il kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı istiqamətində mühüm addımlar atılır. Belə ki, yeni torpaq sahələrinin əkin üçün hazırlanması, meyvəçiliyin inkişafı üçün yeni bağların salınması da bunun tərkib hissəsidir. Bu isə onu deməyə əsas verir ki, 2017-ci ildə də inkişaf dinamik şəkildə davam etdiriləcək. Vurğulamaq yerinə düşər ki, bu, regionlarda vətəndaşların sosial rifah halının yüksəlməsinə də təkan verəcək.
Məsələn, tütünçülük İsmayıllı rayonunda ənənəvi sahələrdəndir. Hazırda ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda aparılan islahatlar, ənənəvi sahələrin yenidən bərpası İsmayıllıda da tütünçülüyün inkişafına təkan verib.
Artıq ötən ildən torpaq mülkiyyətçiləri tütünçülüklə yenidən məşğul olmağa başlayıblar. Bu sahəyə ən çox Topçu, Qalınçaq, Buynuz, Qurbanəfəndi sakinləri maraq göstərirlər. Torpaq mülkiyyətçiləri ilkin olaraq 5 hektar sahədə tütün yetişdirib və sahələrdən 3,4 ton məhsul götürüblər. Qarşıdakı mövsümdə tütün əkini sahələrinin iki dəfə artırılması nəzərdə tutulub.
Eləcə də keçən mövsümdə İsmayıllı rayonunda 894 hektarda kartof əkilib və sahələrdən 9276 ton məhsul istehsal edilib. Bu il isə rayonda əkin sahələrinin 900 hektardan çox olacağı proqnozlaşdırılır. Artıq kartof əkini üçün şum çıxarılıb, kifayət qədər toxum tədarük olunub.
Qeyd edək ki, ötən il rayonun Talıstan, Cülyan və Kürdmaşı kəndlərində sahibkarlar tərəfindən ilk dəfə sənaye üsulu ilə 165 hektar sahədə kartof yetişdirilib. Almaniya və Hollandiyadan gətirilən toxumu müasir texnologiya ilə becərən sahibkarlar hər hektardan orta hesabla 40-50 ton kartof götürüblər. Cari mövsümdə isə onlar sənaye üsulu ilə azı 200 hektar sahədə kartof əkməyi nəzərdə tutublar. Rayonda kartof əkininə hava şəraitindən asılı olaraq fevralın əvvəllərində başlanılacaq.
Şabranlı fermerlər isə üzümçülük təsərrüfatlarında budama işlərinə başlayıblar. Üzümçülük rayonun kənd təsərrüfatının aparıcı sahələrindən sayılır. Şabran ərazisində üzüm bağlarının ümumi sahəsi 500 hektardan çoxdur. Fermerlər hava şəraitinin əlverişli keçməsindən istifadə edərək budamanı sürətləndiriblər. Budama işlərinə dekabr ayından başlanılıb.
Bu il Oğuz rayonunda tütün əkini sahələrinin genişləndirilərək 200 hektara çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, uzun illər fasilədən sonra 2016-cı ildə Oğuzda yenidən tütün yetişdirilməsinə başlanılıb. İlkin olaraq təsərrüfatlarda 13,7 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib, 15,3 ton quru tütün istehsal olunub. Tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması, tütün istehsalçılarına subsidiyaların verilməsi oğuzlu fermerlərin də bu gəlirli sahəyə marağını xeyli artırıb.
Rayonun Xaçmaz kəndi yaxınlığındakı ərazidə, dövlət ehtiyat fondu torpaqlarına aid 2 min hektar sahədə yeni qoz bağının salınması üçün hazırlıq işlərinə başlanılıb. Hazırda ərazi texnikanın köməyi ilə kol-kosdan təmizlənərək şumlanır, tinglərin əkilməsi üçün hazır vəziyyətə gətirilir. Burada əkiləcək yüksək məhsuldar qoz ağacı tinglərinin Türkiyədən gətirilməsi planlaşdırılır. Tinglərin cari ilin yazında əkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda rayon ərazisində dövlət meşə fonduna aid torpaq sahələrində 135 hektar qoz bağı var. Bu bağların 103 hektarı barverəndir. Ötən il qoz bağlarından 311 ton məhsul tədarük olunub.
Zaqatala rayonunda fındıqçılıq tarixən inkişaf etmiş təsərrüfat sahələrindəndir. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır. Fındıqçılıq çox gəlirli sahə olduğundan əhali fındıq bağlarını genişləndirir. Ötən il bağlardan hər hektardan 1 tona yaxın məhsul götürülüb. Hazırda rayonun bir sıra kəndlərində, eləcə də Bəhmətli kəndində əhalinin istifadəsində yüzlərlə hektar fındıq bağı var. Bu bağların böyük əksəriyyəti isə son illərdə salınıb. Fındıqçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanan kənd sakinləri 2016-cı ildə əlavə olaraq yeni fındıq bağları salıblar. Yeni salınan bağlar 5-6 ildən sonra tam məhsul verəcək. Bu isə, öz növbəsində, əhalinin gəlirlərinin daha da artmasına, güzəranının yaxşılaşmasına, ixracın yüksəlməsinə səbəb olacaq.
Bu il Zaqatala rayonunda barama istehsalının da ötən illə müqayisədə iki dəfədən çox artırılaraq 13,5 tona çatdırılması nəzərdə tutulur. Belə ki, ötən il rayonda 1,5 ton barama istehsalı proqnozlaşdırılsa da, kümdarlar 6 tondan çox yaş barama istehsal ediblər. Qeyd edək ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Zaqatala rayonunda da uğurla icra olunur. Baramaçılığın dirçəldilməsi və onun yem bazasının möhkəmləndirilməsi məqsədi ilə 2016-cı ilin payız mövsümündə rayon ərazisində 147 min ədəd tut tingi əkilərək yeni bağlar salınıb.
Kürdəmir rayonunda isə bu il azı 1200 hektar sahədə kartof əkiləcək. Fermerlər və torpaq mülkiyyətçiləri yerli bazarlarda daim ciddi tələbat olan bu məhsulu yetişdirməkdə çox maraqlıdırlar. Artıq hər yerdə, xüsusilə daha çox kartof əkilən Kürqırağı ərazilərdə, o cümlədən Mehdili, Axtaçı, Qocalı, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində sahibkarlar əkinə hazırlığı başa çatdırıblar. Belə ki, şum çıxarılıb, artıq 50 tondan çox toxum tədarük olunub. Tədarük edilən toxumun 90 faizi yerli istehsaldır. Sahibkarlar hava şəraitindən asılı olaraq fevral ayının əvvəllərindən əkinə başlayacaqlar.
Ötən il Ağsu rayonunda ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən bir milyon manat artaraq 156,2 milyon manat təşkil edib. Məhsul buraxılışında kənd təsərrüfatının payı 45,6 faiz olub. Qeyri-neft sektorunun inkişafı, aqrar sektorda aparılan islahatlar ümumi məhsul buraxılışında bu sahənin çəkisini artırır.
Rayonda ənənəvi sahələr olan ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın və pambıqçılığın inkişaf perspektivləri Ağsuda ümumi məhsul buraxılışında kənd təsərrüfatının inkişafına ciddi təsir göstərəcək. Təkcə bu il 2500 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Artıq bunun üçün plantaj şum çıxarılıb.
Cəlilabad rayonunda da yazlıq kartof əkininə başlanılıb. Rayonda kartofçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları əkin zamanı yerli toxumlarla yanaşı, Rusiyadan gətirilmiş məhsuldar toxumlara da üstünlük verirlər.
Havaların əlverişli keçməsindən istifadə edən məhsul istehsalçıları əkin kampaniyasını qısa müddətdə başa vurmaq üçün bütün qüvvələri səfərbərliyə alıblar. Təsərrüfat sahibləri əkin sahələrinin münbitliyini artırmaq və məhsuldarlığın yüksəldilməsi məqsədilə torpağı gübrələrlə qidalandırır, əkin zamanı aqrotexniki qaydalara əməl edirlər.
Qeyd edək ki, ötən il Cəlilabadda 4500 hektar sahədə kartof əkilib. Kartofçuluqda yüksək gəlir əldə edən məhsul istehsalçıları bu il əkin sahələrini xeyli genişləndiriblər.
Qəbələ rayonunda da kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi üçün böyük ərazidə yeni fındıq bağları salınıb. Prezident İlham Əliyevin fındıqçılığın inkişaf etdirilməsi və yeni bağların salınması ilə bağlı tapşırığı yüksək səviyyədə həyata keçirilir. Artıq rayonda yeni fındıq bağlarının salınması ilə əlaqədar mövcud potensialın araşdırılması, habelə Qəbələdə bar verən 3480 hektar fındıq bağının nəzarətə götürülərək ağaclara mütəxəssislər tərəfindən aqrotexniki qulluq işlərinin göstərilməsi istiqamətində tədbirlərə başlanılıb və bu məqsədlə xüsusi qərargah yaradılıb. Ötən ilin son rübündə bölgənin ən böyük fındıqçılıq rayonu olan Qəbələnin 20-yə yaxın kəndində əhali arasında geniş maarifləndirmə işləri aparılmaqla yanaşı, kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri həyata keçirilib. Qısa müddətdə rayonda 700 hektar sahədə yeni fındıq bağı salınıb. Mirzəbəyli, Zərgərli, Tikanlı, Nic, Mıxlıqovaq, Solqıca, Bum və digər kəndlərin sakinləri istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrini kol-kosdan təmizləyərək əraziyə fındıq tingləri əkiblər. Tinglər kəndlilərin fərdi təsərrüfatlarındakı mövcud fındıq bağlarından çıxarılaraq sakinlərə paylanılır. Bundan əlavə, “Gilan Holdinq” tərəfindən də rayonda böyük fındıq bağlarının salınması üçün tədbirlər görülüb. Bu ilin yaz aylarında rayonda daha 300 hektar sahədə fındıq bağının salınması üçün işlər davam etdirilir. Hər il rayonda 100-120 hektar sahədə yeni fındıq bağı salınırdısa, yeni plana uyğun olaraq, ümumilikdə Qəbələdə 1000 hektar sahədə yeni bağın salınması qarşıya məqsəd qoyulub.
Qeyd edək ki, 2016-cı ildə Qəbələdə mövcud olan 3480 hektar bar verən fındıq bağından 8 min 200 ton məhsul yığılıb. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, bir kiloqramını 5 manata fındıq qəbulu məntəqələrinə də satıblar. Rayonda fındıq emalı zavodu fəaliyyət göstərir ki, bu da kəndliləri ildən-ilə fındıq bağlarını daha da genişləndirməyə və məhsuldarlığı artırmağa həvəsləndirir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10

