“Media haqqında” qanun nəyi, necə dəyişəcək?
11.12.2021 [10:23]
Parlamentdə “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib
Dekabrın 10-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri iştirak ediblər.
Media üçün yol xəritəsi
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. O bildirib ki, Azərbaycan mətbuatı hər zaman olduğu kimi, vətəndaşlıq mövqeyi nümayiş etdirir. Biz bunu Vətən müharibəsində aydın gördük və şahidi olduq. Bu gün müzakirə etdiyimiz “Media haqqında” qanun layihəsi media üçün yol xəritəsidir. Əli Hüseynli “Media haqqında” Qanunun Azərbaycan mətbuatının inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə hazırlanan qanun layihəsində bir sıra prinsipial məsələlərin öz əksini tapdığını bildirib. O deyib ki, 44 günlük Vətən müharibəsi medianın rolunun, informasiyanın gücünün hərbi əməliyyatlar kimi önəmli olduğunu göstərdi. Yeni qanun layihəsi ölkəmizdə medianın daha da inkişaf etdirilməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edəcək. Komitə sədri diqqətə çatdırıb ki, 146 yaşlı mətbuatımızın ənənələrini qoruyub saxlamaq və daha da inkişaf etdirmək qarşıya vacib məsələ kimi qoyulub. “Media haqqında” Qanun bu vəzifələrin yerinə yetirilməsində yol göstərəcək.
Yeni mərhələ, yeni imkanlar
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib ki, “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir. Bu layihə media sahəsində hüquqi normativ bazanın yaradılması və jurnalistlərin peşəkarlığının artırılmasını, digər mühüm məqamları özündə ehtiva edir. “Media haqqında” Qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. İcraçı direktor diqqətə çatdırıb ki, qanun qəbul edilməsində məqsəd daxili məhsulun keyfiyyətli hazırlanması, paylanması, ölkənin prinsiplərinə, dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Qanun layihəsində bir çox məsələlərin əks olunduğunu qeyd edən Əhməd İsmayılov layihədə müəllif hüquqlarının qorunması ilə bağlı vacib müddəaların öz əksini tapdığını deyib. KİV-in hüquqlarının, fikir, söz azadlığının təmin edilməsi, bərabər imkanların yaradılması mühüm amillər kimi diqqət çəkir. Media biliklərinin artırılması və bu sahədə çalışanlar üçün imtiyazların müəyyən edilməsi də qanun layihəsində yer alıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Media Reyestrinin əhəmiyyətindən bəhs edib. O, Qanunun mahiyyətində şəxsiyyətin toxunulmazlığının ana xətt kimi keçdiyini diqqətə çatdırıb.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov da qanun layihəsi ilə bağlı fikirlərini bildirib.
Daha sonra çıxış edənlər - millət vəkilləri Razi Nurullayev, Qüdrət Həsənquliyev, Elman Nəsirov, “APA Media Group”un Baş direktoru Vüsalə Mahirqızı, “Real” TV-nin baş direktoru Mirşahin Ağayev, “Xəzər” TV-nin baş direktoru Murad Dadaşov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, “Teleqraf Media Qrupu”nun rəhbəri Aynur Camalqızı, Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, ekspert Osman Gündüz və digərləri müvafiq fikir və təkliflərini səsləndiriblər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru, İşçi Qrupun rəhbəri Əhməd İsmayılov sualları cavablandırıb.
Jurnalistlərin Media Reyestrinə daxil edilməsi məcburidir?
Yeri gəlmişkən, “Media haqqında” qanun layihəsində əksini tapan bir sıra məsələlər xüsusi olaraq diqqəti cəlb edir. Məsələn, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Layihədə qeyd olunub ki, media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləmir, internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.
Xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq
Digər məsələ ondan ibarətdir ki, media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, onların bir-birilərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək. Qanun layihəsində qeyd olunur ki, informasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda, ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq.
Güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin, jurnalistlərin dairəsi müəyyənləşəcək
Başqa bir məqam isə budur ki, reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarilə mətbu nəşrlərin hesabatı zamanı tələb olunan məlumatlardır, müasir dövrün çağırışlarına uyğunlaşdırılıb. Burada məqsəd həm media subyektlərinin, həm də jurnalistlərin fəaliyyətini daha səmərəli təşkil etməkdir. Reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq. Eyni zamanda, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək.
Göründüyü kimi, “Media haqqında” Qanunun qəbulu Azərbaycan mediasının inkişafına xidmət edən mühüm addımlardan biri olacaq.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01

