Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Novruz ərəfəsində 12-ci Amnistiya Aktı imzalanacaqmı?

Novruz ərəfəsində 12-ci Amnistiya Aktı imzalanacaqmı?

25.01.2022 [10:10]

Əfv sərəncamları, amnistiya aktları...

N.BAYRAMLI

İnsan hüquqlarına və azadlıqlarına verilən dəyərdir

Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir. İnkişafın milli modelini formalaşdıran ölkəmizdə iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azərbaycan BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulub. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoyub, hüquqi islahatların keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan verib, mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilib. Demokratik cəmiyyətlərdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali prinsiplərindən biridir. Müstəqil Azərbaycan dövləti də bu prinsipə sadiqliyini daim nümayiş etdirir.

Ölkəmizdə həyata keçirilən humanizm siyasətinin, insan hüquqlarının müdafiəsi tədbirləri çərçivəsində əfv və amnistiya institutunun böyük rolu var. Xatırladaq ki, bu istiqamətdə sonuncu dəfə ötən ilin noyabr ayında Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev  tərəfindən irəli sürülmüş təşəbbüs əsasında 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsi barədə qərar qəbul edib. Hazırda  bu qərarın icrası prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün yerinə yetirilir. Bu barədə ötən gün Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş kollegiya iclasında bildirib. K.Əliyevin sözlərinə görə, hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib.

Ümumiyyətlə, bu məsələ cəmiyyətin daim diqqət mərkəzindədir. Məhz buna görə də parlamentin yaz sessiyası ərzində İnsan hüquqları komitəsi tərəfindən “Əfv institutu-Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələrin  keçirilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, bu tipli müzakirələrin aparılması bütövlükdə cəmiyyətimiz üçün faydalıdır. Parlamentin İnsan hüquqları komitəsinin mütəmadi olaraq aktual mövzularla bağlı ictimai dinləmələr təşkil etdiyini deyən Ə.Nuriyevin sözlərinə görə, Ombudsmanın, insan alveri ilə mübarizə üzrə Milli Koordinatorun illik məruzələrindən əvvəl həmin məruzələrlə bağlı ictimai dinləmələr təşkil edilir. Bu baxımdan, əfv və amnistiya institutu ilə bağlı təşkil olunacaq ictimai dinləmələr də əhəmiyyətlidir.

O qeyd edib ki, Azərbaycanda indiyədək 67 əfv sərəncamı, 11 Amnistiya Aktı qəbul olunub: “Bu fakt ölkəmizdə humanizm siyasətinin, insan hüquqlarına verilən önəmin göstəricisidir. Düşünürəm ki, bu institutun əhəmiyyəti ilə bağlı təşkil olunan ictimai dinləmələrdə faydalı təkliflər də irəli sürüləcək. Məsələn, bu yöndə təcrübənin təkmilləşdirilməsi istiqamətində hansı addımlar atıla bilər? Əfv olunmuş və ya amnistiyaya düşmüş insanlardan neçə nəfəri yenidən cinayət törədib? Həmin kateqoriyaya aid olan şəxslərdən nə qədəri cəmiyyətə tam adaptasiya olunub və s. Düşünürəm ki, ictimai dinləmələrdə hüquq-mühafizə, məhkəmə, icra orqanlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin və ekspertlərin iştirakı bu kimi məsələlərə aydınlıq gətirə bilər. Eyni zamanda, mövcud vəziyyət təhlil olunaraq qanunvericilikdə də müvafiq dəyişikliklər edilə bilər”.

Qarşıdan gələn Novruz bayramı ərəfəsində yenidən Amnistiya Aktı və ya əfv sərəncamı ola bilərmi? Bununla bağlı Ə.Nuriyev deyib ki, sonuncu Amnistiya Aktı ötən ilin noyabrında qəbul edildiyi üçün Novruz bayramında yenidən bu barədə qərarın qəbul edilməsi real görünmür: “Çünki Amnistiya aktları bir neçə ildən bir qəbul olunur. Əfv sərəncamı isə real görünə bilər. Novruz bayramları ərəfəsində dövlət başçısı tərəfindən əfv sərəncamının imzalanması ənənə halını alıb. Bu mənada, qarşıdan gələn Novruz bayramı münasibətilə belə bir addım atıla bilər. Bu, Azərbaycan Prezidentinin səlahiyyətindədir”.    

Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə isə bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti humanizm və sosial ədalət prinsiplərinə əsaslanır, həmçinin dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyəri əks etdirir. Onun sözlərinə görə, bu kontekst­də respublikamızda vaxtaşırı olaraq məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması mühüm əhəmiyyət kəsb edir: “Bu müsbət ənənənin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra insan hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atılıb, ölüm hökmünə moratorium qoyulub. O dövrdən etibarən Azərbaycanda heç kimə ölüm hökmü tətbiq olunmayıb və sonradan bu cəza növü ləğv edilib. Bununla yanaşı, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib”.

K.Qubadzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ötən müddət ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamlarının və fərmanlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb: “Xüsusi vurğulamaq lazımdır ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentdə qəbul edilmiş amnistiya aktları əsasında minlərlə məhkum müxtəlif növ cəzalardan azad edilib. Eyni zamanda, 8 Noyabr - Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq və humanizm ənənələrini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən amnistiya elan edilməsi təşəbbüsünün irəli sürülməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Bütün bunlar ölkəmizdə insan hüquq və azadlıqlarına verilən dəyərin nümunəsidir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 220 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31