Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Biz həmişə öndə olmalıyıq...

Biz həmişə öndə olmalıyıq...

27.04.2022 [10:07]

Xaricdə yaşayan soydaşlarımız yeni reallıqların təbliğində və erməni cinayətlərinin beynəlxalq səviyyədə ifşa edilməsində daha böyük fəallıq göstərməlidir

Nardar BAYRAMLI

22-23 aprel tarixlərində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı mühüm məqamlarla yadda qaldı. Qurultayda çıxış edən Prezident İlham Əliyev dünyada yaşayan soydaşlarımıza müvafiq tövsiyələr verdi. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqların dünyada təbliğ olunması, eləcə də Ermənistanın törətdiyi müharibə cinayətlərinin ifşa edilməsi qarşıda dayanan əsas vəzifələrdən biridir.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, hələ Ermənistanın 30 illik işğalı dövründə və 44 günlük müharibə zamanı xaricdə yaşayan milyonlarla soydaşımız Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırdı. Onun sözlərinə görə, bu gün də bu işin davam etdirilməsinə böyük zərurət var: “Çünki  müharibə başa çatsa da, Azərbaycana qarşı olan əsassız iddialar hələ də davam edir. Zəfər yolu ilə Zəfər qurultayında iştirak etmək üçün Şuşaya gedən soydaşlarımız yolboyu erməni vandalizminin şahidi oldular. Şuşa da daxil olmaqla ermənilərin işğal etdiyi ərazilərdə yaratdığı acınacaqlı vəziyyət, törətdikləri talançılıq, barbarlıq bir daha onu göstərir ki, bu ərazilər heç vaxt onlara mənsub olmayıb. Onların bu ərazilərdə əbədi qalacaqlarına ümidləri də olmayıb, ona görə də yalnız dağıtmaq və talamaqla məşğul olublar. Bu gün həmin ərazilərə gedən hər bir şəxs ermənilərin faşist əməllərinin şahidi olur.  Dövlətimizin başçısı qurultaydakı çıxışında regionda hazırkı proseslərdən də ətraflı danışıb və bildirib ki, Azərbaycan Ermənistana beş bənddən ibarət sülh sazişi təklif edib. Ermənistanda mövcud olan  revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur. Cənab Prezident qeyd etdi ki, əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. Düşünürəm ki, erməni tərəfi dövlətimizin başçısının bu xəbərdarlığından düzgün nəticə çıxarmalıdır”.

Millət vəkili qeyd edib ki, diaspor təşkilatlarımız  Vətən müharibəsinin yaratdığı yeni reallıqların dünya ictimaiyyətinə çatdırılmasında daha fəal olmalıdırlar: “Xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları  genişdir. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətinə Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdırlar. Eyni zamanda, regionda hazırkı proseslər, Azərbaycanın sülh təşəbbüsləri, Ermənistana təqdim olunan beş prinsipdən ibarət təkliflər sülh sazişinin imzalanması üçün böyük imkanlar yaradır. Soydaşlarımız bütün bunları xaricdə təbliğ etməklə Azərbaycanın nə qədər sülhpərvər ölkə olduğunu beynəlxalq birliyə çatdırmış olacaq”.

Milli Məclisin deputatı Əziz Ələkbərli də hesab edir ki, Prezident İlham Əliyev Şuşadakı nitqində bir daha dünyanın diqqətini Ermənistanın, erməni xalqının və dünya erməniliyinin faşist mahiyyətinə çəkdi: “30 il ərzində binaları daş-daş söküb, daşıyıb satmışdılar. Qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Yəni Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Ona görə azad edilmiş torpaqlara gedən hər qonaq erməni vəhşiliyini görür və görməlidir. Görməlidir ki, biz təkcə işğalçını yox, faşistləri məhv etdik. Onların Birinci Qarabağ müharibəsində, İkinci Qarabağ müharibəsində, iki müharibə arasındakı dövr ərzində bütün əməlləri faşist əməlləridir”.

Millət vəkilinin fikrincə, Prezidentin Zəfər Qurultayındakı nitqində verdiyi növbəti mesajın ermənilərin indiki Ermənistan ərazisində - tarixi Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı son iki yüz ildə törətdiyi deportasiya və soyqırımlarla bağlı olması da təsadüfi deyil: “XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır... Bundan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülüb. Xalqımıza qarşı bu ədalətsizliklər heç bir mənəviyyata sığmır və diaspora təşkilatları bütün Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin xalqlarına çatdırmalıdır. Çünki dünyada informasiya müharibəsi davam edir. Biz bu müharibədə də həmişə öndə olmalıyıq”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün­lük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Prezident bu gün

Prezident bu gün

24 May 10:33

Analitik

MEDİA

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31