Arıqlamaq üçün asan, amma təhlükəli vasitələr
19.11.2022 [10:47]
İnsan sağlamlığına ziyan vuran süni arıqlama vasitələrinə niyə bu qədər ehtiyac var?
Səidə RƏHİMLİ
Son dövrlərdə cəmiyyətdə artıq çəkili insanların sayı getdikcə artır. Bunların səbəbləri arasında müxtəlif xəstəliklər, sağlam olmayan qidalanma, hərəkətsiz həyat tərzi, psixoloji problemlər dayanır. Hər kəs sürətli şəkildə kilo verib arıqlamağa can atır. İşin problem yaradan hissəsi də məhz budur: “sürətli”. Yavaş-yavaş, illərlə aldığımız kiloları nəyə görə sürətlə verməyi seçirik? Belə bir tələbat yarandığı üçün də problemi fürsətə çevirənlər artıq hər tərəfi əhatələyib.
Arıqlama çayları, kofeləri, arıqladan dərmanlar, piy əridən aparatlar və s. Təəssüf ki, idman etməyə tənbəllik edən, pəhrizlərə iradəsi və səbri çatmayan insanlar sağlam şəkildə arıqlamaq yerinə “sürətli” olacağını düşündükləri bu vasitələrə əl atırlar. Bəli, arıqlama çayları, kofeləri və ya dərmanlar ilə iştahımız kəsilə bilər, kilomuz azala bilər. Lakin bu yolla biz daha çox bədəndəki suyu atırıq, piy çəkisi isə olduğu kimi qalır. Bəs bu çayların, dərmanların bədənimizdə nəyə ziyan olduğunu hardan bilirik? Bunların fəsadları sonradan üzə çıxır və sizin ağlınıza belə gəlmir ki, fəsadların səbəbləri qəbul etdiyiniz kimyəvi tərkibli arıqlama vasitələri ola bilər. Hər nə qədər satıcılar tərəfindən “zərərsiz” olaraq göstərilsələr də, həkimlər tərəfindən yazılan dərmanların belə orqanizmdə müsbət təsiri ilə yanaşı ziyanının da olduğunu nəzərə alıb arıqlamaq üçün qəbul etdiyimiz, dərmanlar qədər araşdırılmayan bu kimyəvi vasitələrin orqanizmimizə necə ziyanlı ola biləcəyini bir düşünək. Diyetoloqlar kimyəvi tərkibli bu vasitələrin xəstəliklərimizə təkan verə biləcəklərini, mədə və bağırsaq sistemlərimizdə problem yarada biləcəklərini deyirlər. Sağlamlığımızı riskə atmamalıyıq.
Hər gün müxtəlif növlərinin yarandığı piy əridən aparatlara (masaj aparatları xaric) gəldikdə isə bunların çoxu bədənimizə şüa verir və radiyasiyanın da sağlamlığımıza olan zərərlərini artıq bilirik. Piy əridən masaj aparatlarını təcrübə edənlər bunun heç də təsirli vasitə olaraq görmürlər. Hərəkət etmədən arıqlamaq istəyiriksə, bəlkə də, sınana bilər. Lakin bütün həkimlərin tövsiyə etdiyi idman həm kilo verməyin, həm də sağlamlığın açarıdır.
Diyetoloqlar və həkimlər belə vasitələrdən birmənalı olaraq uzaq durmağımızı tövsiyə edirlər. Arıqlama çayları və ya dərmanlar sağlamlığa ziyan olan vasitələrdir. Bunlar vasitəsilə sürətlə verilən kilolar daha da artığı ilə geri qayıdır. Sağlam şəkildə kilo vermək üçün sağlam şəkildə qidalanmalı və idmanla məşğul olmalıyıq. Artıq çəkinin hansı problemlə əlaqəli yarandığı diyetoloqlar və ya həkimlər tərəfindən ataşdırılmalıdır. Menyular fərdin xəstəlikləri, psixoloji vəziyyəti, yemək vərdişləri, iş rejimi, fiziki aktivliyi nəzərə alınaraq diyetoloq tərəfindən hazırlanmalıdır.
Əgər artıq çəkiliyiksə, etməli olduğumuz şey işinin peşəkarı olan bir dietoloqa getmək və mütəmadi olaraq idmanla məşğul olmaqdır. Unutmayaq, sağlam bədəndə sağlam can olar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46

