Süni intellekt: DÜŞMƏN, YOXSA DOST
02.03.2023 [11:39]
Qönçə QULİYEVA
Günü-gündən inkişaf edən texnologiyanın qarşıdakı 15-20 il ərzində də dünyamızı sürətlə dəyişəcəyi proqnozlaşdırılır. Əvvəllər yalnız fabrik və zavodlarda işi asanlaşdırmaq məqsədilə yaradılmış robot texnikası bu gün süni intellektin formalaşması kimi inqilab etməyi bacarıb. Ağıllı robotlar yalnız elm sahəsində deyil, gündəlik həyatımıza da sirayət edib.
Süni intellekt nədir ?
Süni intellekt tapşırıqları yerinə yetirmək üçün insan intellektini təqlid edən və toplanılan məlumatlar əsasında özünü təkrar təkmilləşdirə bilən sistemlərə və ya maşınlara deyilir.
Süni intellektin funksiyaları yalnız bir neçə əməliyyatı icra etməklə məhdudlaşmır. Çox güclü düşüncə, məlumatların təhlili və analizi qabiliyyətinə malik olan yeni nəsil robotlar hətta bir çoxlarının görə bilmədiyi işləri yerinə yetirə bilir. Bəzən insan zəkasını belə üstələyir. Məsələn, adi hesablama əməliyyatını insandan daha tez icra edir. İşin maraqlı tərəfi isə əldə olunan nəticənin bir çox hallarda dəqiq, səhvsiz olmasıdır.
Bir çox xüsusiyyətlərinə - funksiyalarına görə insandan heç də fərqlənməyən robotexnikalar gələcəkdə insanı əvəz edə bilərmi?
Bu sual ətrafında araşdırma apardıqda olduqca müxtəlif fikirlər bu fərziyyələrlə rastlaşdıq. Bəziləri bunu mümkünsüz hesab etsə də, digər bir qrup süni intellektin daha təkmil formalarının insanı əvəz edə biləcəyindən narahatdır.
Araşdırmalara görə, 1,5 kiloqramlıq insan beyni saniyədə təxminən 100 trilyon əməliyyat yerinə yetirə bilir ki, bu da dünyanın ən güclü superkompüterindən təxminən, üç dəfə çoxdur. Maşınlar isə bu emal gücünü əldə edə bilmir. Lakin süni intellektə malik olan robotlar kifayət qədər funksionaldır. Sürətlə dəyişən dünyada süni intellekt bizi hər addımda müşayiət edir. Biz bu dəyişiklikləri dayandıra bilmərik, amma müsbət tərəflərindən faydalanmaqla dünyamızı daha da yaxşılaşdıra, işlərimizi isə asanlaşdıra bilərik.
Düşünək ki, süni intellekt insanın verdiyi tapşırıqları və əmrləri yerinə yetirmir. Onda nə baş verəcək?
Yaxın gələcəkdə süni intellektin super intellektə çevriləcəyinin və bunun gözlənilməz faciələr yaşadacağı kimi proqnozlar da az deyil. İddialara görə, onlar insan əmrlərini həyata keçirməkdən imtina edib, bəşəriyyətlə rəqabət də apara bilərlər.
Tədqiqatçılar iddia edirlər ki, öz-özünə inkişaf etməyi bacaran süni intellekt növbəti mərhələlərdə idarəolunmaz hala gələcək. Bu isə nəzəri cəhətdən bir çox arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Çünki super intellekt məqsədlərinə çatmaq üçün heç bir sərhəd tanımır.
“Süni intellekt: Müasir bir yanaşma” adlı tədqiqatda süni intellekt texnologiyası belə müəyyən edilir: İnsan kimi düşünür, yəni, insanın idrak düşüncəsini modelləşdirir. Məntiqi düşünür, yəni, məntiqi fikirləşərək qanunları tətbiq edir. İnsan kimi davranır, yəni, sualları cavablandırır. Rasional hərəkət edir.
Xeyrindən çox ziyanı var
Süni intellektin riskləri haqqında da düşünməyin vaxtıdır. Yüksək süni intellektin formalaşması gələcəkdə işsizlik probleminə də yol aça bilər. Müəssisədə bir neçə şəxsin işini bir robotun gördüyü halda insan əməyinə ehtiyac qalacaqmı? Təbii ki, yox. Bu isə işçilərin ixtisar edilməsinə, hətta bəzi biznes sahələrinin tamamilə məhvinə səbəb olacaq. Mütəxəssis Beppe Grillonun da dediyi kimi, süni intellekt ənənəvi biznes dünyasını məhv edir.
İkinci məqam isə sırf insan həyatı ilə bağlıdır. Belə ki, inkişaf etmiş “süni intellekt”də insanları sosial həyatdan tamamilə təcrid etmə, düşünməyə, araşdırmaya maneə olma “bacarığı”da var. Bu mənzərə isə bizə heç də yad deyil.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05

