Qax şəhərinin mərkəzi meydanında bayram şənliyi keçirilib
30.12.2013 [09:10]
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 29-da Qax şəhərinin mərkəzi meydanında bayram şənliyi keçirilib.
AzərTAc xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli lider Heydər Əliyevin meydanda ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Bayramsayağı bəzədilmiş meydanda keçirilən tədbirdə çıxış edənlər başa çatmaqda olan 2013-cü ilin ölkəmiz üçün olduqca uğurlu və əlamətdar olduğunu xüsusi vurğulayıblar. Bildirilib ki, oktyabrda keçirilən prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin inamlı qələbəsi hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir.
Qeyd olunub ki, bu günlər xalqımız iki əlamətdar bayramı - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ilin gəlişini böyük ruh yüksəkliyi ilə qeyd edir. 31 dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi, soydaşlarımızı həmrəyliyə və birliyə çağıran gündür. Bu gün hər bir yurddaşın doğma Vətənə - Azərbaycana böyük sevgisinin izhar olunduğu gündür.
Çıxış edənlər deyiblər ki, ötən hər il müstəqil Azərbaycanın həyatında iqtisadi tərəqqi, yüksəliş dövrü kimi öz silinməz izini qoyur. Ulu öndərin başladığı bu yüksəliş yolu ilə Prezident İlham Əliyev Azərbaycanı inamla gələcəyə doğru aparır.
Təbrik və çıxışlardan sonra meydan Şaxta baba və Qar qıza verilib. Onların gəlişi uşaqların böyük sevincinə səbəb olub. Şaxta baba şənlik iştirakçılarına Yeni il arzularını çatdırıb, uşaqları bayram hədiyyələri ilə sevindirib.
Bir neçə saat davam edən bayram şənliyində rayon mədəniyyət evinin, incəsənət məktəbinin, kənd mədəniyyət evlərinin kollektivləri, habelə tanınmış müğənnilər rəngarəng konsert proqramı ilə iştirakçılara xoş ovqat bəxş ediblər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42

