/ / Azərbaycanın tanınmış mədəniyyət, incəsənət və mətbuat xadimlərinə “TÜRKSOY-un 20 illiyi” yubiley medalı təqdim edilib
Azərbaycanın tanınmış mədəniyyət, incəsənət və mətbuat xadimlərinə “TÜRKSOY-un 20 illiyi” yubiley medalı təqdim edilib
11.01.2014 [09:52]
Yanvarın 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında türk dünyasının mədəni irsinin təbliği, türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsi sahəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətləri olan Azərbaycanın tanınmış mədəniyyət, incəsənət və mətbuat xadimlərinə “TÜRKSOY-un 20 illiyi” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında Azərbaycanın yüksək səviyyədə fəallığından geniş söhbət açıb. Bildirib ki, Bakıda keçirilən bütün tədbirlərdə, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan beynəlxalq forumlarda, müxtəlif konfranslarda, mərasimlərdə TÜRKSOY-un təmsil olunması bu nüfuzlu beynəlxalq təşkilatın üzvləri arasında əməkdaşlığı daha da artırır və onları bir-birinə yaxınlaşdırır.
TÜRKSOY-un baş katibi diqqətə çatdırıb ki, biz hamımız türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, ümumi tariximizi öyrənmək, ortaq dilimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı yerinə yetiririk. Biz birgə mədəniyyətimizi inkişaf etdirməklə yanaşı, onu dünyanın hər yerində təbliğ edirik.
Düsen Kaseinov 2013-cü ildə TÜRKSOY-un 20 illik yubileyinin dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda da böyük təntənə ilə qeyd edildiyini diqqətə çatdırıb, Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində yubiley tədbirinin yüksək səviyyədə keçirildiyini vurğulayıb. Qeyd edib ki, TÜRKSOY-un toplantısı ondan sonra Parisdə, Strasburqda, Astanada və digər şəhərlərdə də keçirilib. Bu yubiley tədbirləri çərçivəsində Azərbaycanın mühüm mədəniyyət hadisələri də geniş qeyd edilib.
Sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikova, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovaya, Azərbaycan Milli konservatoriyasının rektoru Siyavuş Kərimiyə, müğənnilərdən Azərinə, Azər Zeynalova, tanınmış tədqiqatçı jurnalist Ramiz Əsgərə və AzərTAc-ın baş direktoru Aslan Aslanova “TÜRKSOY-un 20 illiyi” yubiley medalını təqdim edib.
Yubiley medalına layiq görülənlər adından çıxış edən Ədalət Vəliyev fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə minnətdarlığını bildirib, TÜRKSOY-un həyata keçirdiyi genişmiqyaslı tədbirlərin, eləcə də Azərbaycan mədəniyyətinin bu təşkilat səviyyəsində dünyada təbliğinin böyük əhəmiyyət daşıdığını deyib. Diqqətə çatdırıb ki, TÜRKSOY-un yaradılmasının 20 illik yubileyi ötən il Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yüksək səviyyədə qeyd edilib. Əlamətdar haldır ki, türkdilli dövlətlərin başçıları bu qurumun fəaliyyətini yüksək qiymətləndirmiş, qarşıdakı illərdə onun birləşdirici missiyasını, görəcəyi işləri dəyərləndirib və inkişaf perspektivlərini göstəriblər. TÜRKSOY-un bu yüksək mükafatı bizi bundan sonrakı fəaliyyətimizdə daha sıx və faydalı əməkdaşlığa sövq edəcək.
Mərasimin sonunda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34

