/ / “İRS” jurnalının yapon dilində nəşr olunan dördüncü nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğam haqqında məqaləsi dərc edilib
“İRS” jurnalının yapon dilində nəşr olunan dördüncü nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğam haqqında məqaləsi dərc edilib
17.01.2014 [10:37]
Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və “İRS-Isan” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan jurnalın yapon dilində növbəti nömrəsi nəşr edilib.
Jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə qayğısının və diqqətinin təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi yapon oxuculara təqdim edilir.
Məqalədə muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı danışılır.
Bundan əlavə, jurnalda baş redaktor Musa Mərcanlının “Qarabağ - muğamın beşiyi”, Tofiq Musayevin ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi haqqında “Xocalıda cinayət: hadisənin günahkarları, baş verənlərin beynəlxalq hüquqa əsasən təsnifatı və məsuliyyət”, ötən il yaradıcılığının 900 illik yubileyi qeyd olunmuş böyük Azərbaycan şairi Məhsəti Gəncəvi haqqında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Hüseynovun “ Müasirimiz Məhsəti Gəncəvi”, tarix üzrə fəlsəfə doktoru İzmira Quliyevanın “Azərbaycanın təbii boyaları - təbiətin insana hədiyyəsi”, Afət Rüstəmbəyovanın Azərbaycan tətbiqi sənətində xüsusi yeri olan Qurama sənəti haqqında “Qurama- Azərbaycan tətbiqi sənətinin bir növü kimi”, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun Milli Azərbaycan Tarixi Muzeyində saxlanan yapon qılıncı haqqında məqalələri yer alıb.
Ölkəmizə səfər edərək son illər Azərbaycanın sürətli inkişafının şahidi olmuş yapon müəllifləri, tanınmış iqtisadçı-ekspert Kazuyasu İşidanın “Yeni zirvələr fəth edən Azərbaycan” və JİJİ PRESS informasiya agentliyinin müxbiri Yokoi Hirominin “Odlar yurdu Azərbaycana səyahət” başlıqlı məqalələri də jurnalda yerləşdirilib.
Nəfis tərtibatda hazırlanmış jurnalın nəşrinin məqsədi yapon xalqını Azərbaycanın zəngin tarixi-mədəni irsi, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları və ölkəmizin inkişaf perspektivləri haqqında daha ətraflı məlumatlandırmaqdır.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21

