“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib
15.02.2014 [11:09]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdə iştirak edib
Fevralın 14-də “Üns” Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva görüşdə iştirak ediblər.
AzərTAc xəbər verir ki, görüş milyonlarla kinosevərin məhəbbətini qazanmış Klaudiya Kardinalenin məşhur filmlərdə yaratdığı rollardan fraqmentlərin nümayişi ilə başlayıb.
Kinorejissor Ayaz Salayev aktrisanın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verib. Görüş Klaudia Kardinale ilə müsahibə formasında davam edib.
Aktrisa 1938-ci ildə Tunisdə anadan olub. 1957-ci ildə Klaudia Kardinale ölkənin ən gözəl qadını seçilib və Venesiya kinofestivalına dəvət alıb. O, Lukino Viskonti və Federiko Fellini kimi əfsanəvi rejissorların filmlərində baş rolları ifa edib. Daha sonralar isə aktrisanın İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi “Yaraşıqlı Antonio”, Alen Delonla birlikdə rol aldığı “Rokko və onun qardaşları”, eləcə də “Leopard”, “Böyük Ayının dumanlı ulduzları”, “İnteryerdə ailə portreti” kimi filmlər onu Avropa kinosunun ulduzuna çevirib. Lakin K.Kardinale bununla kifayətlənməyib və çəkildiyi “Çəhrayı pantera” filmi ilə Hollivudu da fəth edib.
Gecədə aktrisanın ən çox sevdiyi mahnılar ifa edilib. Sonra aktrisa tamaşaçıları maraqlandıran sualları cavablandırıb.
ÜNS-ün yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayeva Klaudia Kardinaleyə görüşdə iştirak etdiyinə görə təşəkkürünü bildirib, onun tamaşaçıların ürəyində xüsusi yer tutduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxAnalitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51

