/ / Cavid Qarayev: Bakı Olimpiya Stadionunda təşkil olunacaq konsertdə 20 min tamaşaçı iştirak edəcək
Cavid Qarayev: Bakı Olimpiya Stadionunda təşkil olunacaq konsertdə 20 min tamaşaçı iştirak edəcək
02.12.2016 [09:32]
Dekabrın 31-də Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Ən Yeni il” adlı möhtəşəm konsert proqramı təşkil olunacaq. Bakı Olimpiya Stadionunda baş tutacaq konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, Türkiyənin tanınmış ifaçıları Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev deyib. Bakı Olimpiya Stadionunun tək idman obyekti kimi fəaliyyət göstərmədiyini söyləyən direktor qeyd edib ki, stadion, həm də multifunksional mərkəz kimi fəaliyyət göstərir. “Bildiyiniz kimi, il ərzində bir neçə uğurlu tədbirlərimiz olub. Stadion ən müasir səs və video avadanlıqları ilə təchiz edilib. Bu baxımdan möhtəşəm konsert proqramlarının təşkili üçün əlverişli imkana malikdir. Konsert proqramının təşkilatçısı Bakı Olimpiya Stadionudur. Əlbəttə, bizə bu işdə konsert təşkilatçılığında böyük təcrübəyə malik şirkətlər təşkilati və texniki dəstək verəcəklər. Sözügedən konsert proqramı bütün iştirakçılar üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı düşündüyümüz hədiyyədir. Əsas sürprizlər stimullaşdırıcı lotereya vasitəsilə oynanılan mənzil və iki avtomobildir. Digər maraqlı sürprizlər də nəzərdə tutulur”, - deyə Cavid Qarayev söyləyib.
Bakı Olimpiya Stadionunun 60 min tamaşaçı tutumu olduğuna diqqət çəkən direktor deyib ki, konsertdə stadionun oturacaqlarından istifadə edilməyəcək. Bütün əyləncələr meydançada olacaq və tamaşaçılar da səhnənin ətrafında duracaqlar. Bu baxımdan stadionun tribunalarının doldurulması nəzərdə tutulmayıb.
Biletlərin standart qiymət məsələsinə toxunan C.Qarayev deyib ki, qiymətlər 9 AZN-dən 100 AZN-dəkdir. 100 manatlıq yerlərə “Qızıl halqa” adlandırılan xidmət daxildir. Bu xidmət vasitəsilə tamaşaçılar furşet və səhnəyə yaxın yerlərdən istifadə edə biləcəklər. Bu günə kimi 2500 bilet satılıb. Konsertdə 20 min tamaşaçının iştirak edəcəyi gözlənilir.
Konsertin soyuq havalara təsadüf etdiyi üçün qabaqlayıcı tədbirlərdən danışan stadionun direktoru hava amili nəzərə alınaraq texniki cəhətdən də hazırlıqların yüksək səviyyədə getdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ehtiyac yaranarsa tamaşaçıların duracaq yerləri ətrafında xüsusi istilik zonaları quraşdırılacaq. Bundan əlavə, bayram stilinə uyğun müvafiq dekorasiyalar da qurulacaq. Konsertin təhlükəsizliyinə Türkiyənin “Qara bulud” təhlükəsizlik şirkəti də cəlb olunacaq. Konsertdə futbolçularımız da iştirak edəcək. Ancaq “topla şou” nəzərdə tutulmayıb.
Cavid Qarayev deyib: “Konsert proqramı çərçivəsində əlavə olaraq əsl bayram əhval-ruhiyyəsi yaratmaq məqsədilə AAF Park yaşayış kompleksində mənzil, SEAT Azərbaycan tərəfindən 2 ədəd avtomobil (“Teledo” və “İbiza”) və “HELL” tərəfindən təqdim olunan ikinəfərlik Macarıstana səyahət hədiyyə fondu olan lotereya təşkil olunacaq. Hər biletin sahibi lotereya oyununun iştirakçısı ola bilər. Bunun üçün konsert günü stadiona gəlib biletin “kötüyünü” xüsusi lotodroma atmaq lazımdır. Oyunun qalibləri stadionda olmasalar belə, uduşlu biletlərin seriyaları qanunla təyin olunmuş vaxt müddətində ictimaiyyətə təqdim ediləcək”.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

