Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə edilib

01.05.2021 [00:25]

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Günay Əfəndiyeva görüşün əhəmiyyətindən bəhs edərək, nazirin Azərbaycanın tarixi Zəfər qazandığı günlərdə baş tutan səfərinin xüsusi önəm daşıdığını qeyd edib. O, Litvada yaşayan türk milli azlıqların - tatar və karaimlərin türk dünyasının ayrılmaz parçası olduqlarını vurğulayıb. Günay Əfəndiyeva, eyni zamanda, 2021-ci ilin “Litva tatarlarının tarixi və mədəniyyəti ili” elan edilməsi məsələsinə toxunaraq, bunun Litvanın öz ərazisində yaşayan azsaylı xalqlara olan münasibətinin təzahürü olduğunu bildirib.

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Fondda olmasından böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, təşkilat ilə Litva arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. Nazir Azərbaycana səfərinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan başlanmasının təsadüf olmadığını vurğulayıb. Fond ilə Litva arasında olan tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətində gələcəkdə birgə layihələrin reallaşdırılacağından bəhs edən nazir, Günay Əfəndiyevanı Litvaya səfərə dəvət edib.

Görüşdə tərəflər təşkilat ilə Litva arasında olan əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini və cari ilin fevral ayında Fond ilə Litvanın Azərbaycan və Türkmənistandakı səfirlikləri arasında imzalanan Əməkdaşlıq Memorandumunun maddələri əsasında gələcək planları müzakirə ediblər.

Paylaş:
Baxılıb: 1432 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30