Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycanlı gənclər UNESCO-nun foto-müsabiqəsində iştirak etməyə dəvət olunurlar

Azərbaycanlı gənclər UNESCO-nun foto-müsabiqəsində iştirak etməyə dəvət olunurlar

08.06.2021 [09:21]

UNESCO-da “İpək Yolu gənclərin gözü ilə” 3-cü foto-müsabiqə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun İpək Yolu Proqramı çərçivəsində təşkil edilən foto-müsabiqəyə avqustun 24-dək müraciət olunmalıdır. Hər il keçirilən “İpək Yolu gənclərin gözü ilə” adlı foto-müsabiqə İpək Yolu üzərində olan mədəni irs abidələri ilə bağlı baxışları kameraların obyektivi ilə əks etdirmək üçün yaxşı fürsətdir.
Gənclər tərəfindən çox vaxt ünsiyyət və özünü ifadə üçün güclü vasitə kimi istifadə edilən vizual sənətlər, xüsusilə də foto qloballaşan dünyamızın üzləşdiyi əsas məsələlər barədə məlumatlılığın artırılmasında əhəmiyyətli rol oynamaq potensialına malikdir.
Dünyanın bəlası olan pandemiya zamanı çoxsaylı təhsil və mədəniyyət ocaqlarının müvəqqəti bağlandığı bir dövrdə bu foto müsabiqə gənclərin bir-birləri ilə rəqəmsal məkanda əlaqə qurmaq və yaradıcılıqlarını, eləcə də post-pandemiya dünyamızı görmə qabiliyyətlərini bölüşmək üçün ideal platformadır.
Müsabiqə 14-17 və 18-25 yaş qruplarına bölünür. Müsabiqəyə “Tekstil və geyim” və “COVID-19 pandemiyası dövründə mədəniyyətlərarası mübadilə, o cümlədən tekstil və geyim” adlı iki mövzu ilə bağlı fotolar göndərmək tövsiyə olunur. Sonda Türkiyə, Banqladeş, Böyük Britaniya, Çin, Efiopiya və Meksikadan olan fotoqraflardan ibarət münsiflər heyəti qalibləri seçəcək.
Azərbaycanın gənc fotoqrafları da müsabiqədə iştirak etməyə dəvət olunurlar. Foto-müsabiqə ilə bağlı UNESCO-nun internet saytında aşağıdakı linkdə daha ətraflı məlumat almaq olar: https://unescosilkroadphotocontest.org/fr.
Əlavə suallar üçün Silkroadsphotocontest@unesco.org elektron ünvanına müraciət oluna bilər.

Paylaş:
Baxılıb: 1189 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30