Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikallar postibrahimbəyov dövrünə hazırlaşır

Radikallar postibrahimbəyov dövrünə hazırlaşır

10.07.2013 [13:15]

Nadir Azəri

Dağıdıcı düşərgə ermənipərəst kinodramaturqun Bakıya gəlməyəcəyinə əmindir
Qoca kinodramaturq Rüstəm İbrahimbəyovun “Milli şura”sı ətrafında gərginlik davam edir. Bu qondarma qurumdakı partiyaların təmsilçilərinin verdikləri açıqlamalar isə həmin gərginliyi daha da artırır. Və əksər müşahidəçilərin qeyd etdikləri kimi, “Milli şura” daxilində mövcud olan anormal durum bu qondarma qurumun seçkilərə qədər siyasi meydanda qalmayacağına işarə edir.
Əslində, Rüstəm İbrahimbəyovun “Milli şura”sının heç bir uğur qazanmayacağı, əksinə, radikal düşərgədəki parçalanmanı daha da şiddətləndirəcəyi tamamilə gözlənilən idi. Çünki əvvəla, xarici anti-azərbaycançı dairələrin sifarişi əsasında ortaya atılan bu qondarma qurumda “birləşənlər” bir-birinə patoloji nifrət bəsləyən qüvvələr, daha dəqiq desək, “mehriban düşmənlər”dir. Digər tərəfdən isə, bu qüvvələrin ayrı-ayrı ideoloji prinsipləri əsas götürmələri onların eyni çətir altında qalmasını qeyri-mümkün edir.
O da kimsəyə sirr deyil ki, radikal düşərgədəki bir-birinə nifrətlə yanaşan qüvvələri “Milli şura”da cəm olmağa vadar edən məhz xarici faktordur. Daha dəqiq desək, öz fəaliyyətlərini xarici anti-azərbaycançı dairələrin direktivləri əsasında quran düşərgə təmsilçiləri “Milli şura”ya da məhz ölkədən kənardan gələn təlimata uyğun olaraq qoşulublar. Onları “Milli şura”ya istiqamətləndirən digər amil isə bu qondarma quruma xaricdən ayrılacaq maliyyədən daha çox pay qoparmaq istəkləridir.
Yəni, bu, bir həqiqətdir ki, ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun uğur qazanıb-qazanmayacağı düşərgə partiyalarının umrunda belə deyil. Düzdür, “Milli şura”da Rüstəm İbrahimbəyovun “vahid namizəd” olmasına dair qərar qəbul edilib. Amma əksər ekspertlərin də vurğuladıqları kimi, bu faktiki olaraq proseslərdə və əməli işlərdə öz əksini tapmır. Digər tərəfdən, ortada ziddiyyətli məqamlar var. Məsələn, bu adamın ölkə vətəndaşlığı ilə bağlı problemi var, həmçinin, barəsində vergilərdən yayınma haqqında istintaq prosesi davam edir. Bu isə onun namizədliyinin qeydə alınmasını sual altına alır.
Təbii ki, radikallar bütün bunları bilirlər və elə bildikləri üçün də Rüstəm İbrahimbəyovun üzərində dayanıblar. Yəni, onlar bilirlər ki, vergidən yayınan qoca kinodramaturq seçki ərəfəsində Bakıya gəlməyə ürək etməyəcək. Və bu zaman yenə də hər kəs öz oyununu oynayacaq. Əslində, hazırda düşərgədəki partiyalar, xüsusilə də, AXCP ilə “Müsavat” arasında başlanan növbəti savaş da bu məqamdan irəli gəlir. Görünən odur ki, “Milli şura”da təmsil olunan partiyalar Rüstəm İbrahimbəyovun “mən Bakıya gəlmirəm” şəklində açıqlamasını səbrsizliklə gözləyir və dərhal hərəkətə keçmək üçün hansı addımları atacaqlarını bəri başdan götür-qoy edirlər.
Məsələn, Müsavat Partiyasına yaxın KİV-lərin məlumatına görə, ötən həftə İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyən partiyaların toplantısı keçirilib. Eyni zamanda, Teleqraf.com xəbər verir ki, Müsavat Partiyası Məclisinin və “Milli şura”nın üzvü Novella Cəfəroğlu Rüstəm İbrahimbəyovun “vahid namizəd” kimi irəli sürülməsi haqda qərarın əleyhinə getmədiyini deməklə yanaşı, “Amma İsa Qəmbər də namizəddir. Hesab edirəm ki, o, seçkilərə gedəcək” sözlərini də əlavə edib.
Onun sözlərinə görə, namizəd məsələsində tələsməyə dəyməz.
Novella Cəfəroğlunun sonrakı sözləri isə, əslində, “Müsavat”ın həm İbrahimbəyova, həm də AXCP-yə mesajı kimi dəyərləndirilə bilər. Belə ki, “Milli şura”nın İbrahimbəyovun namizədliyindən imtina etmək imkanının olduğunu deyən Cəfəroğlu “Bizim onsuz da prezidentliyə namizədlərimiz var. Başqa sözlə, imkan var ki, ondan imtina edək” sözlərini də əlavə edib.
Təbii ki, “Müsavat” düşərgəsindən eşidilən bu kimi çağırışlar Əli Kərimlinin rəhbərlik etdiyi AXCP tərəfindən heç də razılıqla qarşılanmır və “cəbhəçilər” İsa Qəmbərin namizədlik iddiasından geri çəkilməsi üçün bütün təzyiq vasitələrini işə salıblar. Məhz bunun nəticəsidir ki, son vaxtlar hər iki partiyanın təmsilçiləri sosial şəbəkələrdə yenidən bir-birinə müharibə elan ediblər. Bu məsələdə isə AXCP “hücumçu tərəf” təsiri bağışlayır. Belə ki, bu partiyanın funksionerləri nəinki İsa Qəmbərə “namizədlikdən imtina et” mesajını ünvanlayır, hətta “Müsavat” başqanının yaxın ətrafına qarşı təhqirlər yağdırmaqdan belə çəkinmirlər. Əslində, Əli Kərimlini və onun partiyasını başa düşmək heç də çətin deyil. Çünki onlar da yaxşı bilirlər ki, Rüstəm İbrahimbəyovdan radikallara bir xeyir olmayacaq. Yəni, ermənipərəst kinodramaturq Bakıya dönməyəcək və bu zaman İsa Qəmbər radikallara məxsus meydanın mərkəzində görünəcək. Beləliklə, Rüstəm İbrahimbəyovun Bakıya dönməyəcəyini bilən AXCP bu halda meydanın İsa Qəmbərə qalmaması üçün bütün resurslarını işə salıb.
Lakin radikal düşərgədə cərəyan edənlər heç də bununla tamamlanmır. Və sanki “Milli şura”da təmsil olunan digər partiyalar Rüstəm İbrahimbəyovun “mən Bakıya gəlmirəm” şəklində açıqlamasının verilməsini gözləyirlər. Məsələn, KXCP sədri Mirmahmud Mirəlioğlu deyib ki, rəhbərlik etdiyi partiyanın Ali Məclisinin də öz namizədi ilə seçkilərdə iştirak etmək qərarı var: “Həmin qərar Ali Məclisindir. Bu qərarı “Milli şura”da, sizinlə söhbətdə və ya ayrı ünvanda təftiş etmək, dəyişdirmək olmaz. Əlbəttə, Ali Məclis öz qərarına baxacaq və uyğun addımlar atacaq”.
Bu azmış kimi, Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəydən sonra birləşdirici fiqur kimi Rüstəm İbrahimbəyovun ortaya çıxması iddiasını qəbul etməyib: “Rüstəm müəllim birləşdirici fiqur deyil. Rüstəm müəllim əlacsızlıqdan bütün tərəflərin gəldiyi ümumi qənaətdir”.
Göründüyü kimi, KXCP sədri də radikalların Rüstəm İbrahimbəyovun “vahid namizəd”liyini candərdi, əlacsızlıqdan dəstəklədiklərini təsdiqləyir. Eyni zamanda, onun KXCP-nin də seçkilərə öz namizədi ilə getmək qərarının olmasını xatırlatması yuxarıdakı fikirləri təsdiqləyir. Yəni, görünən odur ki, ermənipərəst kinodramaturqun Bakıya gəlməyəcəyinə əmin olan radikal düşərgə postibrahimbəyov dövrünə hazırlaşır.

Paylaş:
Baxılıb: 1601 dəfə

Müəllifin digər məqalələri:

QARA rəngin "sevdalıları"

Yaxud dövlətə və xalqa qarşı...

11.07.2018 [18:05]

Üçüncü ölkədə yaşamaq üçün Vətənini satanlar

Yaxud, Cavid Orucovun düşmənə...

04.02.2014 [09:03]

“Milli şura”da dava düşdü

Əli Kərimlini təhqir edən...

20.08.2013 [08:57]

Amerikadan və Rusiyadan əliboş qayıdanlar...

Avropada dilənməyə...

25.07.2013 [09:35]

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30