Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura”da dava düşdü

“Milli şura”da dava düşdü

20.08.2013 [08:57]

Nadir Azəri

Əli Kərimlini təhqir edən müsavatçını cəbhəçilər döydülər
Radikal düşərgənin cəm olduğu “Milli şura” adlanan qondarma qurum son günlərini yaşayır desək, heç də yanılmarıq. Buna səbəb isə sözügedən qondarma qurum daxilində prezidentliyə “vahid namizəd”in kimliyi ətrafında yaranmış gərginliyin artıq söyüş və döyüş mərhələsinə qədəm qoymasıdır. Bu barədə bir qədər sonra...
Hələlik isə vurğulamaq yerinə düşər ki, xaricdəki anti-azərbaycançı dairələrin sifarişi əsasında yaradılan “Milli şura” bir müddət öncə ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə “vahid namizəd”liyinə dair qərar çıxarmışdı. Lakin qısa zaman ərzində bəlli oldu ki, radikal müxalifətin digər işləri kimi, bu işi də ala-yarımçıq görülüb. Daha dəqiq desək, ermənipərəst kinodramaturqun ikili vətəndaşlığı, həmçinin, onun yol verdiyi bir sıra maliyyə cinayətlərinə görə ölkəyə gəlmək istəməməsi radikalların “vahid namizəd” oyununu fiaskoya uğradıb.
Həm bu, həm də “Müsavat” başqanı İsa Qəmbərin istənilən halda seçkilərdə namizəd kimi iştirak etməkdə israrlı görünməsi və Əli Kərimli başda olmaqla cəbhəçilərin buna kəskin əks-reaksiya verməsi “şura” daxilində onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib. “Milli şura”nın avqustun 18-də keçirdiyi aksiyanın fiasko ilə nəticələnməsi isə radikal düşərgədə əsəbləri daha da tarıma çəkib. Və gözlənildiyi kimi bu fiasko AXCP-“Müsavat” savaşının yeni mərhələsinə təkan verib.
Daha doğrusu, bu əsəbi vəziyyət özünü qondarma qurumun dünən keçirilən sessiyasında bütün çılpaqlığı ilə nümayiş etdirib. Lent.az-ın əldə etdiyi məlumata görə, hələ sessiyadan əvvəl kuluarlarda AXCP üzvlərinin mitinqdə müsavatçıların az iştirak etməsi ilə bağlı narazılıqları və mübahisələri olub. Belə ki, cəbhəçilər müsavatçıları “qəsdən aksiyaya gəlməməkdə” ittiham ediblər. Elə toplantının əvvəlində də mitinqin kütləviliyinin təmin edilmədiyi, aksiya qərarının yanlış olduğu bildirilib və müəyyən vaxt üçün aksiyalara fasilə verməyin zəruriliyi barədə təkliflər səsləndirilib.
Eyni zamanda, “Milli şura”nın “vahid namizəd”i ilə bağlı məsələ də mübahisə mövzusuna çevrilib. İş o yerə çatıb ki, “Müsavat” başqanı İsa Qəmbər iclası tərk edərək, partiyanın çayxanasına gəlib və bir müddət orda partiyadaşları ilə söhbət etməyə üstünlük verib. Məlumatlarda o da bildirilir ki, cəbhəçilərin İbrahimbəyov olmayacağı təqdirdə seçkini boykot etməyə çağırması müsavatçıların etirazına və mübahisəyə səbəb olub.
Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunların fonunda “Milli şura” daxilində prezidentliyə “vahid namizəd”in kimliyi ətrafında yaranmış gərginlik artıq söyüş və döyüş mərhələsinə qədəm qoyub. Belə ki, “Milli şura”nın Müsavat Partiyasının qərargahında keçirilən iclası zamanı orda iştirak edən şəxslərdən biri döyülüb. Lent.az-a daxil olan məlumata görə, iclasın gedişinə və mübahisələrə etiraz edən şəxs AXCP sədri Əli Kərimlinin ünvanına təhqiramiz ifadələr işlədib. Bu isə cəbhəçilərin etirazına səbəb olub. Onu iclasdan çıxarmaq istəyən cəbhəçilərlə həmin şəxs arasında dava düşüb və bu şəxs cəbhəçilər tərəfindən döyülüb.
Yeri gəlmişkən, radikal düşərgəyə yaxın KİV hadisənin iclas zalında deyil, dəhlizdə baş verdiyini bildirməklə yanaşı, Əli Kərimlinin ünvanına söyüş söyən şəxsin müsavatçı olmadığını, guya qərargaha təxribat üçün gəldiyini və söz-söhbət yaranandan sonra isə onun qərargahı tərk etdiyini iddia edib. Lakin diqqətli oxucu “söyüş söyən şəxs müsavatçı olmayıb” tipli bu xəbərin məsələnin mahiyyətindən, yəni, AXCP-“Müsavat” qovğasından, həmçinin, söyüş söyən şəxsin kimliyindən diqqəti yayındırmağa xidmət etdiyinin fərqindədir. Yəni, kənar şəxsin, müsavatçı olmayan birisinin Müsavat Partiyasının mərkəzi qərargahına necə girdiyi sual doğurur. Digər tərəfdən, nəzərə alsaq ki, həmin vaxt partiyanın qərargahında “Milli şura”nın sessiyası keçirilib, o zaman müsavatçıların naməlum şəxsi hansı səbəbə qərargaha buraxmaqları da başqa bir sual yaradır...

Paylaş:
Baxılıb: 1687 dəfə

Müəllifin digər məqalələri:

QARA rəngin "sevdalıları"

Yaxud dövlətə və xalqa qarşı...

11.07.2018 [18:05]

Üçüncü ölkədə yaşamaq üçün Vətənini satanlar

Yaxud, Cavid Orucovun düşmənə...

04.02.2014 [09:03]

Amerikadan və Rusiyadan əliboş qayıdanlar...

Avropada dilənməyə...

25.07.2013 [09:35]

Radikallar postibrahimbəyov dövrünə hazırlaşır

Dağıdıcı düşərgə...

10.07.2013 [13:15]

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30