Amerikadan və Rusiyadan əliboş qayıdanlar...
25.07.2013 [09:35]
Nadir Azəri
Avropada dilənməyə başlayıblar
Radikal müxalifət düşərgəsində isterika qarışıq gərginlik hökm sürməkdədir. Buna səbəb isə ermənipərəst Rüstəm İbrahimbəyovun “Milli şura”sının “oxunun daşa dəyməsidir”. Əksər müşahidəçilərin qeyd etdikləri kimi, “Milli şura” daxilində mövcud olan anormal durum, həmçinin, Rüstəm İbrahimbəyov-Eldar Namazov-Eldəniz Quliyev triosunun son xarici səfərlərinin də iflasa uğraması bu qondarma qurum daxilində parçalanma və qarşıdrma meyillərini artırıb. Bütün bunlar isə “Milli şura”nın seçkilərə qədər siyasi meydanda qalmayacağına işarə edir.
Əslində, “Milli şura”nın heç bir uğur qazanmayacağı, əksinə, radikal düşərgədəki parçalanmanı daha da şiddətləndirəcəyi tamamilə gözlənilən idi. Çünki əvvəla, xarici anti-azərbaycançı dairələrin sifarişi əsasında ortaya atılan bu qondarma qurumun xalq tərəfindən heç bir dəstəyi yoxdur. Digər tərəfdən, burada “birləşənlər” bir-birinə patoloji nifrət bəsləyən qüvvələr, daha dəqiq desək, “mehriban düşmənlər”dir. Nəhayət, bu qüvvələrin ayrı-ayrı ideoloji prinsipləri əsas götürmələri onların eyni çətir altında qalmasını qeyri-mümkün edir.
Beləliklə, bütün bu sadalananlar radikalların digər “birlikləri” kimi “Milli şura”nın da tez bir zamanda tarixin tozlu arxivinə göndəriləcəyinə işarə edir. Əslində, bunu, qondarma qurumun ideoloqları, o cümlədən, ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyov da yaxşı bilir. Ona görə də, qoca kinodramaturq və onun çiyindaşları gah dünyanın bu başında, gah da o başında görünür, qapı-qapı gəzib dəstək dilənirlər. Daha doğrusu, Amerikadan və Rusiyadan əliboş qayıdanlar, indi də Avropada dilənməyə başlayıblar.
Belə ki, yayılan məlumatlara görə, R.İbrahimbəyov bu dəfə də Avropaya üz tutub. Təbii ki, ermənipərəst kinodramaturqun yaxın ətrafı və radikal düşərgəyə yaxın KİV bu səfər ətrafında “qarışqadan fil düzəltməyə” calışacaq, “İbrahimbəyovun Avropada bir sıra mühüm görüşlər keçirdiyi”, “Hansısa ölkələrin siyasi dairələri tərəfindən yüksək səviyyədə qarşılandığı”na dair yalan məlumatlarla cəmiyyəti aldatmağa cəhd göstərəcək. Necə ki, bunu bir müddət əvvəl ABŞ və Rusiya səfərləri zamanı etmişdilər. Lakin hadisələrin gedişi göstərdi ki, nə ABŞ-da, nə də Rusiyada bu qondarma quruma, həmçinin, onun rəhbərliyinə dövlət səviyyəsində heç bir dəstək verilmir. Sadəcə olaraq, hər iki ölkədəki ermənipərəst, anti-azərbaycançı dairələr “Milli şura”nı “qidalandırmaqla” Azərbaycanda sabitliyi pozmağa cəhd göstərirlər.
“Milli şura”nın başbilənləri niyə xaricə boylanırlar?
Əslində, bu məqam eyni zamanda “Milli şura”nın başbilənləri niyə xaricə boylanırlar” sualına da cavab kimi dəyərləndirlə bilər. O mənada ki, ideyası, fəaliyyət prinsipləri xaricdəki anti-Azərbaycan dairələr tərəfindən hazırlanan qondarma “Milli şura” ölkə daxilində heç bir maraq və dəstək tapmayıb. Təxminən bir ay bundan qabaq bəyan edilməsinə baxmayaraq, onun fəaliyyəti əsla hiss olunmur, əksinə, cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri bu qondarma quruma qarşı qınaqlarla çıxış edir, Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığı bir vaxtda belə bir qurumun yaradılmasına, ümumiyyətlə, ehtiyac olmadığını bildirirlər.
Beləliklə, cəmiyyətdə sosial dayaq kimi mühüm amildən məhrum olan və buna görə də, seçkiqabağı dövrdə aktiv elektoratdan təcrid olunan “Milli şura” təmsilçiləri ümidlərini xaricdən hər hansı dəstəyə bağlayırlar. Məhz buna görə də, qondarma qurumun sədri Rüstəm İbrahimbəyov, icra aparatının rəhbəri Eldar Namazov, sonuncunun “sağ əli” sayılan Eldəniz Quliyev və digərləri mətbuata verdikləri açıqlamalarında tez-tez “Milli şura”ya guya xaricdən dəstək göstərilməsi ilə bağlı müxtəlif cəfəng fikirlər səsləndirirlər. Əlbəttə, burada hansısa xarici ölkənin Azərbaycanda bir qrup autsayder radikal müxalifətçinin təşkil etdiyi qondarma “Milli şura”ya dövlət dəstəyindən söhbət gedə bilməz. Çünki radikalların tez-tez adını çəkdikləri Rusiyanın, ABŞ-ın, Avropa dövlətlərinin ölkəmizlə qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri formalaşıb. Bu səbəbdən də, sözügedən ölkələrin Azərbaycanın dövlət maraqlarına qarşı çıxan “Milli şura”ya dəstək vermələrini heç təsəvvürə gətirmək belə, mümkün deyil. Qondarma “Milli şura”ya xarici dəstək dedikdə, ancaq və ancaq məlum antimilli dairələrin öz çirkin məqsədləri naminə ayırdıqları maliyyə vəsaitləri və bunun müqabilində qurumun sədrinə, ayrı-ayrı təmsilçilərinə müəyyən təlimatlar vermələri başa düşülməlidir. İş ondadır ki, tez-tez “Milli şura”ya xaricdən dəstək var”, deyən R.İbrahimbəyov, E.Namazov, E.Quliyev və digərləri bununla bir növ “piar” kampaniyası aparırlar. Guya ki, qondarma “Milli şura” ciddi bir qurumdur və ona beynəlxalq dəstək göstərilir.
Nə oldu rəis, alınmadı?
Bu məqam özünü məlum trionunun bir qədər əvvəl gerçəkləşən turist səfəri zamanı da biruzə verdi. Lakin onların nə uydurmalarından asılı olmayaraq bundan əvvəl R.İbrahimbəyovun okeanın o tayında bağlı qapılar arxasında qalmasının ardınca reneqat E.Namazov da eyni acınacaqlı taleni yaşamalı oldu. Hər halda onun ABŞ səfəri ilə bağlı danışmağa elə də meyilli olmaması qondarma qurumda yaşanan xəyal qırıqlığından xəbər verir.
Onu da xatırlatmaq yerinə düşər ki, onlar Rusiyada da buna oxşar aqibətlə üzləşiblər. Hər halda R.İbrahimbəyovun qəzəbli şəkildə Rusiyanın hakimiyyət dairələrinin Azərbaycan hakimiyyəti ilə isti münasibətlərə malik olmasını dilə gətirməsi onun “Şimal” xəyallarının puç olduğuna dəlalət edirdi. Bir sözlə, Rusiyada şimala xas soyuq münasibətlə qarşılaşan “Milli şura”nın rəhbərliyi okeanın o tayında bundan betər günə qaldılar. Belə məqamda isə yada məhşur “Nə oldu rəis, alınmadı?” kəlamı düşür.
Yeri gəlmişkən, “Milli şura”nın başbilənlərinin ABŞ və Rusiya səfərlərinin uğursuz olmasını bu qurumun üzvü, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin KİV-ə açıqlaması da təsdiqdəyir. Açıqlamasında “Hesab edirəm ki, ABŞ Azərbaycanla əməkdaşlığını hələ uzun illər davam etdirəcək” deyən Sülhəddin Əkbər “Təbii ki, heç bir azərbaycanlı istəməz ki, ölkəmizdə hadisələr xoşagəlməz variantda inkişaf etsin. Bunu nəinki ABŞ, hətta Rusiya da istəmir. Çünki Azərbaycanda vəziyyətin bu şəkildə inkişafı ən azı Rusiyanın cənub hissəsini əhatə edəcək. Odur ki, bu, Moskva üçün də arzuolunan deyil” sözlərini də əlavə edib.
Dəstək dilənçiləri indi də Avropaya üz tutublar
Beləliklə, ABŞ və Rusiyadan üzüqara dönənlər indi də Avropa turnesinə çıxıblar. Məqsəd isə dəyişməzdir. “Milli şura”da təmsil olunan ünsürlər qapı-qapı düşüb Azərbaycanın gələcəyini xaricdə axtarırlar. Yəni, dəfələrlə təsdiqləndiyi kimi, onlar üçün əsas olan ölkənin, xalqın ümummilli maraqları deyil, şəxsi gözləntilərinin təmin olunmasıdır. Adına “milli” sözü yapışdırılan qondarma qurumun təmsilçilərinin xarici ölkələrə növbəti səfərləri, özgə qapısını döymələri bir daha sübut edir ki, radikallar milli təəssübkeşlik hissindən çox uzaqdırlar, onlar Azərbaycanın məsələlərinin daxildə, cəmiyyətimizin nümayəndələri ilə deyil, xaricdə, ölkəmizə münasibətləri heç də xoş olmayan dairələrdə müzakirələrə çıxarılmasına məmnuniyyətlə razılıq verirlər. Təbii ki, buna görə həm də yaxşı “qonorar” alırlar.
Yalan üzərində qurulmuş siyasətin son akkordları...
Yeri gəlmişkən, Eldar Namazov ABŞ səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında maraqlı bir ifadə işlədib. Belə ki, o, “Rüstəm İbrahimbəyovun Avropa səfəri işlərimizin yekunu olacaq” deyib. Əslində, yəqin, Namazov bu ifadəni heç də təsadüfən səsləndirməyib. O mənada ki, sözügedən səfər təkcə bu ünsürlərin işlərinin deyil, həm də yalan üzərində qurulmuş “Milli şura” oyununun da sonu olacaq.
Çünki bu gün hər bir açıqlamasında ermənilərə böyük sevgisini nümayiş etdirən “Milli şura”nın rəhbərinin, onun ardınca digər üzvlərin xaricə dost axtarışına çıxmaları, daha dəqiq desək, dilənçilik siyasəti bir çox məqamlara aydınlıq gətirir. Bir daha aydın olur ki, bu qondarma qurum xaricdəki anti-azərbaycançı dairələrin bir layihəsidir və məqsəd ölkəmizdəki inkişafa mane olmaqdır. Ona görə də, Azərbaycan cəmiyyəti belə bir qondarma qurumu qəbul etmir və ona hər hansı şəkildə dəstək vermir.
Digər tərəfdən, son xarici səfər fiaskolarından aydın görünür ki, “Milli şura”ya xaricdəki anti-azərbaycançı dairələrdən göstərilən dəstəyin bu və ya digər ölkənin dövlət siyasəti ilə hər hansı şəkildə bağlılığı yoxdur. Yuxarıda da vurğuladığımız kimi, Azərbaycanın Rusiya, əksər Avropa ölkələri və ABŞ-la qarşılıqlı-faydalı əməkdaşlığa söykənən çox yüksək səviyyəli münasibətləri formalaşıb. Əsasən, beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan sözügedən mərkəzlər isə bu münasibətlərə xələl gətirmək iqtidarında deyillər. Bir sözlə, ABŞ-dan və Rusiyadan əliboş qayıdan “Milli şura” rəhbərliyini Avropa turnesində də eyni acınacaqlı aqibət gözləyir.
Müəllifin digər məqalələri:
8 aprel “mitinq”indən...
11.04.2017 [10:00]
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40

