“ULDUZ”UN İŞIĞI
15.02.2025 [09:34]
Müsahibim “Ulduz” jurnalının baş redaktor müavini, yazıçı Təranə Vahiddir.
- Təranə xanım , “Ulduz”da nə var, nə yox?
- “Ulduz”da həmişə işıq var. Yaradıcı insanların, yaradıcı ruhların, ədəbiyyat deyilən nəsnəsənin və sözün işığı. Dünən də elə olub, bu gün də belədir, ümid edirəm sabah da belə olacaq.
- “Ulduz” son illər bir çox uğurlu layihələrə imza atdı. Bu layihələrin əsas hədəfləri nə idi?
- Hədəfimiz və məqsədimiz 58 il ədəbi gəncliyi ətrafında birləşdirən, ədəbi zövqün formalaşmasında danılmaz xidməti olan və ədəbiyyatımızı yetərincə təbliğ edən bir jurnalı yaşatmaqdır. Dünyanın hər yerində ədəbi jurnalları axına qarşı üzən fikir qayıqlarına bənzədirlər. Bu gün sürət əsridir, internet əsridir, sosial şəbəkələrin meydan suladığı və çox vaxt yanlış sularda üzdüyü bir vaxtda axına qarşı üzmək o qədər də asan deyil. Yarım əsrdən çox öz ənənəsi olan bir jurnalın yeni yelkənlər açıb yeni limanlar axtarması, jurnalın ilk səhifəsindən son səhifəsinə kimi zövqü, harmoniyanı qoruyub saxlaması, poliqrafiya baxımından gənclərin ruhunu oxşamaq çətin olsa da, görünən dağa nə bələdçi, işimizin öhdəsindən yetərincə gəlirik. Jurnalın baş redaktoru Qulu Ağsəs az qala hər gün yeni bir ideya ilə işə gəlir, xoşbəxtlikdən “Ulduz”da hamı istedadlıdır, axtarışdadır, yenilik sorağındadır. Bu səbəbdən “Ulduz” hər sayında yenilənir. Təəssüf ki, “Ulduz”un işığını solğun görənlər, uğuruna kölgə salıb, fədakarlığını hay-küy kimi qələmə vermək istəyənlər də var. Olsun. Belələrinə ən yaxşı cavabımız öz yolumuzla getmək, uğurlu saylarımızla oxucularımızı sevindirməkdir.
- Deyəsən ürəyiniz doludur...
- Əslində, çox danışmağı sevmirəm. Amma elə məqamlar var ki, o anda susmağın özü ədalətsizlikdir. “Ulduz”un büdcəsi çox deyil. O büdcə ilə “Ulduz”u “topa tutanlar” gördüyümüz işlərin onda birini görə bilməzlər. Ötən əsrin 90-cı illərində “Ulduz”un ağır sınaqlardan keçdiyini xatırlatmaq istəyirəm. Aylarla, hətta, illərlərlə “Ulduz”un əməkdaşları əməkhaqqı almayıblar. Amma onlar bu jurnalı yaşatdılar, imkan vermədilər ki, “Ulduz”un işığı sönsün. Onlardan biri bu gün də sıralarımızdadır. Jurnal yaranan gündən “Ulduz”da işləyən rəssam Ədalət Həsəni deyirəm. Öz aramızda onu “Dünyanın ən ədalətli adamı” adlandırırıq. Biz yolu “Ulduz”dan keçən belə fədakar insanların yolunu davam etdiririk və etdirəcəyik.
- Bir az da layihələrdən danışaq...
- Son on ildə hansı layihələr həyata keçirmişik bunu bilənlər bilir, görənlər görür, xüsusi buraxılışlar, müsabiqələr, klassiklərin yubileyi ilə bağlı nəşrlər, “Müəllifin ilk kitabı” seriyasından kitabçalar...və s. Bunları danışıb vaxtınızı almaq istəmirəm, əsas odur ki, günü bu gün də bütün nəsillər, xüsusilə yaşlı nəsil “Ulduz”da çap olunmaq istəyir.
- Ötən ilin sonunda “Ulduz” jurnalı ilə “Xalq qəzeti” TV-nin xüsusi layihəsi oldu. Layihə necə qarşılandı?
- Layihənin məqsədi gənclərlə görüş keçirmək, ədəbiyyatla gənclik arasında körpü yaratmaq, ulduza çevrilmiş şairləri, yazıçıları görüşlərə dəvət edib “Ulduz”lu görüşlər” keçirməkdir. Azərbaycan Dövlət Pedaqoji Unuversitetində, Azərbaycan Dövlət İqdisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecində yaddaqalan görüşlərimiz oldu. Müasir gəncliyin səsini, arzularını eşitmək, ədəbiyyat sevgisini görmək bizi ümidləndirdi ki, bu layihəni davam etdirək.
- “Ulduz”la “Genc yürekler”in birgə layihəsi böyük əks-səda yaratdı. İstərdim, bu barədə də məlumat verəsiniz.
- “Ulduz” bu addımı ilə jurnallar arasında daha bir ilkə imza atdı. “Genc yürekler” jurnalının bir sayı “Ulduz”da türk dilində çap olundu, “Ulduz”un bir sayı da qardaş Türkiyədə Azərbaycan dilində işıq üzü gördü. Bu bir mübadilə idi, eksperiment də adlandırmaq olar, nəticə gözlədiyimizdən də uğurlu oldu.
AYB-nin sədri, Xalq yazıçısı Anarın iştirakı ilə “Genc yürekler” dərgisinin təqdimatını keçirdik. Bu layihədən sonra Türkiyədə çap olunan daha iki jurnaldan qarşılıqlı mübadilə üçün təklif aldıq. Qısa vaxtda bunları gerçəkləşdirəcəyik.
- “Ulduz” bu il nələri planlaşdırır?
- Bu il 35 yaşa qədər olan gənclərin yaradıcılığı üç xüsusi buraxılışlarda - poeziya, proza və tənqiddə oxuculara təqdim edəcəyik. Yusif Səmədoğlunun 90 illik yubileyi ilə əlaqədar Yusif Səmədoğlu adına hekayə müsabiqəsi keçirəcəyik. Artıq danışıqlar aparmışıq, “Ulduz” jurnalı ilə Özbəkstanın hələ adını açıqlamaq istəmədiyimiz tanınmış ədəbi jurnalı arasında layihəmiz olacaq. Bu dəfə bizim yazıçı və şairlərin əsərləri özbək dilində Özbəkistanda, özbək qardaşlarımızın əsərləri Azərbaycan dilində “Ulduz”da çap olunacaq. Dünya Türk Gənc Yazarlar Birliyi ilə “Ulduz”un xüsusi buraxılışı olacaq ki, bu buraxılışda bütün türkdilli xalqların gəncləri təmsil olunacaq. Bu il “Genc yürekler” dərgisi bir sayını 35 yaşadək olan gənclərimizin yaradıcılığına həsr olunacaq. Başqa saylarımız isə yeni imzalar, yeni yazılarla oxucuların görüşünə gələcək.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Dekabr 13:25
Dünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36

